İdrak prosesləri ilə emosiya və hisslərin dialektik vəhdət təşkil etməsi – müasir təlim nəzəriyyəsi üçün fundamental əhəmiyyət kəsb edən qanundur. Yəni pedaqoji təfəkkür, təhsilin humanistləşdirilməsi, humanitarlaşdırılması, interaktiv təlim metodlarının geniş vüsət aldığı bir şəraitdə, şagird təfəkkürünün emosional cəhətdən zehni hisslərin köməyi ilə fəallaşdırılması müasir dərsə verilən əsas psixopedaqoji tələbdir. Təfəkkür ilə hisslərin sinxron surətdə inkişaf etdirilməsi şəxsiyyətin yetişdirilməsinin ana xəttini təşkil etməlidir.
Estetik hisslər.İnsanın estetik hisslərinin obyektini ətraf aləmin cisim və hadisələri, təbiət gözəllikləri, insan yaradıcılığının bədii məhsulları, musiqi, başqa adamların, eləcə də şəxsin özünün rəftar və davranışı ola bilər.