Psixologiyanın predmeti və vəzifələri



Yüklə 102,58 Kb.
səhifə58/60
tarix31.12.2021
ölçüsü102,58 Kb.
#112181
1   ...   52   53   54   55   56   57   58   59   60
psixologiya imtahan

Aristotel incəsənət əsərlərinin qavranılmasının insanın psixoloji və fizioloji vəziyyətinə müsbət təsirini qeyd edtmiş və bu halı “təmizləmə” (katarsis) adlandırmışdır. Estetik hisslər insan psixikasına stenik təsir göstərməklə orqanizmin funksiyasını aktivləşdirir, bədəni gümrah edir.

Praksis hisslər– insanın öz fəaliyyətinə bəslədiyi emosional münasibəti ilə bağlıdır. Fəaliyyət prosesi insanda həm müsbət, həm də mənfi emosional reaksiya ilə müşaət edilir.

43. Emosional hallar.

Emosiya (latınca “emoverre” həyəcan keçirmək deməkdir) insanın üzvü tələbatının təmin olunub-oolunmaması ilə əlaqədardır. Emosiya canlı varlığın, orqanizmin vəziyyətini və xarici təsirlərinin bioloji əhəmiyyətini müəyyənləşdirmək tələbatı ilə bağlıdır. Hiss və emosiyalar həm də insan davranışını tənzim edən psixi fəaliyyət formasıdır. Emosiyalar tələbatların təzahürünün subyektiv forması kimi çıxış edir. Emosiya həm insana, həm də heyvana xasdır. Hisslər isə münasibətlərin təzahür formalarının ifadə edir. Ona görə də emosiyaları hisslərin təzahür formaları kimi başa düşmək lazımdır. Emosiyaların inkişafının alı səviyyəsi davamlı hisslərdir. İnsanlar öz hisslərini emosiyalar formasında yaşayırlar. Emosiyalar – insan təcrübəsinin hissi fundamenti hesab olunur. Onlar ətraf aləmlə, cəmiyyətlə qarşılıqlı münasibətləri zənginləşdirir və xatirələrə dinamiklik verir. İnsan hiss və emosiyaların köməyilə gündəlik həyatında rastlaşdığı bioloji, psixoloji, sosial gərginliklərdən azad olur. Bu psixoterapevtik funksiya kimi orqanizmin relaksasiyasına kömək edir.

Əhvallar. Əhval tədricən yaranan, orta qüvvəyə malik olan, xeyli müddət davam edən emosional haldır. Səhər eşitdiyimiz xoş ir xəbər bütün gün gümrah, şən əhval ruhiyyə keçirməyimizə səbəb ola bilər. Bu baxımdan əhval xeyli müddət insanın davranışına və psixo proseslərinə təsir edən üumi emosional haldır.

İnsanda yaranan əhvallar müsbət və ya mənfi xarakter daşıya bilər. Məsələn, müsbət xarakter daşıyan gümrah, şən, işgüzar əhval ruhiyyə xeyli müddət, bəzən bir və ya bir neçə gün davam etməklə insanın fəaliyyətinə də öz müsbət təsirini göstərə bilir. Bunun təsiri altında insan öz işini ruh yüksəkliyi, inamla yerinə yetirir.



Mənfi əhval-ruhiyyə isə insanın fəaliyyətinə ləngidici təsir göstərir. Bir çox hallarda əhvalın yaranması və dəyişməsi böyük emosional təəssürat yaradan, bəzi hissləri canlandıran, digərlərini zəiflədən müxtəlif həyat hadisələrindən ibarət ola bilər. Ona görə də birinci növbədə məktəblilərdə pis əhvalın yaranmasına təsir edən mənbələrin aşkara çıxarılması, imkan daxilində onların aradan qaldırılması, məktəbliyə nəzakətli yanaşmaq lazım gəlir.

Affektlər.Bu sürətlə yaranan, qüvvətli, nisbətən tez keçib gedən emosional hallardır. Affektlər insanı tez bürüyən, sürətlə ötüb keçən, iradi nəzarətin pozulması ilə səciyyələnən emosional prosesdir. Bu zaman insan keçirdiyi qorxu, hiddət, qəzəb və s. hisslərə güclü şəkildə qapılır. İnsan bu cür hərəkətlərin icrasına əvvəlcədən hazırlaşmır. Onun bütün hərəkətləri şüurun nəzarətindən kənar baş verir. Fizioloji affekt adlanan bu hal tez də keçib gedə bilir.

44. Emosional halların ifadəsi və fizioloji əsasları.

Emosional həll dedikdə, şəxsdə məsələnin həlli prinsipinin tapılmasına olan inam hissinin əmələ gəlməsidir. Bundan sonrakı əməliyyatla əlaqədar olaraq emosional fəallıq da artır. Məsələnin emosional planda həlli, onun intellektual planda həllini surətləndirir. Belə ki, emosiyalar idrak proseslərini nəinki fəallaşdırır, həm də problemlə bağlı qavrayışın, hafizənin, təfəkkürün məzmununa seçici təsir göstərir. Müasir təlim nəzəriyyəsinin mühüm tələbi – agirdlərin təfəkkürününü inkişaf etdirilməsi problemini yalnız hiss və emosiyaların fəallaşdırılması zəminində, təfəkkürlə hissin vəhdətinin təmin edilməsi əsasında uğurla həll etmək olar. Təxəyyül ali psixi funksiya kimi idrak fəaliyyətində mühüm rol oynaır. O, ilk növbədə hissləri fallaşdırmağın başlıca vasitəsidir. Təxəyyül gücündən istifadə etməklə gələcək peşəsi qanadında səyahət edən gənc tələbə öz hisslərini daha da rövqləndirir. Bununla da özünün təlim fəaliyyətinə münasibəti dəyişir və tələbə daha səylə oxumağa başlayır. Təxəyyülün aktivləşdirilməsi tələbənin emosional cəhətdən fəallaşdırılmasının önəmli şərtlərindən biridir.



Psixologiya tarixində hiss və emosiyaların əmələ gəlməsi haqqında müxtəlif nəzəriyyələr mövcud olmuşdur. Bunlardan Ceyms-Lange, Kannon-Bard nəzəriyyələrini və S.Şixterin konsepsiyasını qeyd etmək olar. İnsanın emosional və hiss halına simpatik və parasimpatik sinir sistemi nəzarət edir. Dalaşarkən və ya qorxuya düşüb qaçarkən simpatik sistem insan orqanizmində müəyyən dəyişikliklər etməklə (məsələn, qan təyziqi artır, qanın laxtalanması dərəcəsi yüksəlir, tərləmə artır və s.) onu düşdüyü vəziyyətə hazırlayır və enerji dolu qanı bütün hüceyrələrə göndərir. Belə bir təhlükəli vəziyyət aradan qalxdıqdan sonra parasimpatik sistem öz funksiyasına başlayır və insanın fizioloji durumunu normallaşdırır. Adi vəziyyətdə müəyyən duyğu və emosiyaların, təhlükəli vaxtlarda isə qorxu və qəzəb emosiyalarının müşayiəti ilə yaşayırıq.


Yüklə 102,58 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin