İlkin elmi təsəvvürlər (ikinci mərhələ). Bu dövr eramızadan əvvəl VII-VI əsrlərdən başlayaraq XVIII əsrin sonuna qədər olan dövrü əhatəedir. Bu dövrdə psixologiya elmi fəlsəfənin tərkibində inkişaf etmişdur. İkinci mərhələnin başa çatması ilə bağlı olaraq psixoloji ədəbiyyatda fikir və mövqelər fərqlidir. Psixologiyanın inkişafının mərhələlərə ayrılması digər elmlərdə olduğu kimi şərti xarakter daşıyır. Bəzən psixologiya elminin müstəqil elm sahəsi kimi yaranmasını V.Vundtuneksperimental psixologiya laboratoriyasının yaranması tarixindən götürməyi təklif edənlərolmuşdur.