Psixologiyanın predmeti və vəzifələri



Yüklə 102,58 Kb.
səhifə10/60
tarix31.12.2021
ölçüsü102,58 Kb.
#112181
1   ...   6   7   8   9   10   11   12   13   ...   60
psixologiya imtahan

1-ci mərhələ lap qədim zamanlardan başlayaraq XIX əsrin 70-80-cı illərinə qədər davam edir;

2-ci mərhələ isə (XIX əsrin 70-80-cı illərindən müasir dövrə qədər) psixologiyanın müstəqil elm kimi inkişaf mərhələsidir.

Psixoloji biliklər hələ bizim eramızdan neçə min il əvvəl, qədim şərq ölkələrində təşəkkül tapmışdır. Azərbaycanda ilk psixoloji təsəvvürlərin təşəkkülü xalqın qədim adət-ənənə, mərasim və ayinləri, əyləncə və oyunları ilə bağlı olmuşdur. Ailə və məişət (toy, yas vəs.) mərasimlərində kütləvi psixoloji hadisələrin maraqlı xarakteristikalarına təsadüf edilir.

Azərbaycanda psixoloji ideyaların inkişafında şifahi xalq ədəbiyyatının roluxüsusilə qeyd olunmalıdır. Keçəl, küpəgirən qarı, kosa obrazları uzun müddət həm də xalqın müəyyən sosial etalon və stereotiplərini ifadə etmişdir. Azərbaycan lətifələrində xalqın müxtəlif sosial hadisələr haqqındakı ictimai rəyi özünün parlaq ifadəsini tapmışdır. Molla Nəsrəddin, Bəhlul Danəndə el-oba içərisində “insan sərrafı” kimi məşhurlaşmışdılar.Onlar, necə deyərlər, əsl praktik psixoloq idilər. Eyni zamanda Azərbaycan nağıllarında və dastanlarında müxtəlif psixoloji hadisələr geniş təsvir olunmuşdur. XI əsrdən başlayaraq Azərbaycanda psixoloji ideyalar fəlsəfi traktat və bədii ədəbiyyat nümunələrində geniş surətdə öz əksini tapır.

Azərbaycanda psixoloji ideyaların inkişafında Bəhmənyar, Xaqani Şirvani, Nizami Gəncəvi, Nəsrəddin Tusi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Abbasquluağa Bakıxanov, M.F.Axundov, Ü.Hacıbəyov, H.Cavid, C.Cabbarlı kimi görkəmli elmifikir nümayəndələrinin, mütəffəkir şair və yazıçıların böyük rolu olmuşdur.



Bəhmənyarın zəngin fəlsəfi irsində maraqlı psixoloji ideyalara rast gəlinir. O, fikri “insan zehninin hərəkəti” adlandırmış, təfəkkür formalarının psixoloji mahiyyətini geniş şərh etmiş, insan fikrinin nəticədən səbəbə doğru hərəkətinə diqqət yetirmişdir.


Yüklə 102,58 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin