Psixologiyanın predmeti və vəzifələri



Yüklə 102,58 Kb.
səhifə18/60
tarix31.12.2021
ölçüsü102,58 Kb.
#112181
1   ...   14   15   16   17   18   19   20   21   ...   60
psixologiya imtahan

Fəaliyyət məhsullarını təhlil etmək də şəxsiyyətin psixologiyasını öyrənmək üçün əhəmiyyətlidir. Müxtəlif yaşlı uşaqların çəkdikləri rəsmləri, düzəltdikləri oyuncaqları, əl işlərini və s.təhlil edərək psixoloqlar bu və ya digər yaşda uşağın qavrayış, diqqət, maraq, təfəkkür xüsusiyyətlərini öyrənə bilərlər.

  • Tərcümeyi-halı öyrənmə şəxsiyyətin keçdiyi həyat yolunu və onun psixi inkişafa göstərdiyi təsiri müəyyənləşdirmək məqsədi daşıyır. Adətən böyük mütəfəkkirlər, xadimlər, yazıçılar, ixtiraçılar, sərkərdələr öz tərcümeyi hallarını yazırlar. Psixoloqlar bu yazıları tədqiq edərək hansı yaş və şəraitdə bu və ya digər psixi proses və xassənin təşəkkül etmə və dəyişən xüsusiyyətlərini öyrənirlər.



    1. Psixologiyanın əsas tədqiqat metodları (müşahidə metodu).

    Müşahidə metodu. Elmin öyrəndiyi sahə ilə əlaqədar əldə edilən ilkin məlumat mşahidə, yəni bilavasitə həmin hadisəni nəzərdən keçirmək yolu ilə müəyyən edilir. Müşahidə dedikdə psixi hadisələrin cərəyanına müdaxilə etmədən onu baş verdiyi təbii şəraitdə məqsədəuyğun və müntəzəm surətdə izləmək nəzərdə tutulur. Müşahidə psixoloji faktları öyrənmək, təsbit etmək üçün böyük əhəmiyyətə malikdir. Müşahidə vasitəsilə istər ayrıca bir şəxsin, istərsə də müəyyən qrupun psixoloji vəziyyəti barədə qiymətli məlumat əldə etmək mümkündür. Onun köməyilə insanın şəxsi və ictimai həyatından nəzərə çarpan hadisə və dəyişiklikləri müəyyənləşdirmək olar.

    Müşahidə metodunun tətbiqinin müəyyən şərtləri vardır:



    1. Müşahidə elmi cəhətdən mühüm problemin öyrədilməsinə yönəlməlidir,

    2. Müşahidə mütəşəkkil və ardıcıl surətdə təşkil edilməlidir.

    3. Öyrənilən hadisə barədə daha ətraflı məlumat əldə etmək üçün həmin hadisə müxtəlif şəraitdə nəzərdən keçiriılməli, ona təsir edən bütün amillər ətraflı və dəqiq surətdə aydınlaşdırılmalıdır.

    4. Elmi müşahidələrin nəticələri dəqiq surətdə qeyd edilməli və lazım gəldikdə asanlıqla bərpa olunmalıdır.

    5. Müşahidə və onun nəticələrinin təhlili müşahidəçidən obyektivlik tələb edir.

    Müşahidənin etibarlı nəticə verməsi üçün qarşıya çox dəqiq və aydın məqsəd qoymaqla yanaşı, müəyyən sxemdən də istifadə etmək lazımdır. Bu həm də müşahidə nəticələrini asanlıqla təsbit etməyə kömək göstərir. Müşahidə materiallarını təsbit etmət üçün müxtəlif texniki vasitələrdən (audio, video, foto, səsyazma, gizlin çəkilişetmə və s.) istifadə edilir. Bu zaman hadisələrin təbii gedişinə xələl gətirən heç bir hərəkətə yol vermək olmaz. Yəni üzərində müşahidə aparılan adamlar hansı niyyətlə, nə məqsədlə, nə üçün müşahidə edildiyini bilməməlidir.

    1. Psixologiyanın əsas tədqiqat metodları (eksperimental metod).

    Eksperiment metodu. Eksperiment metodu müşahidə metodundan fərqli olaraq nisbətən qısa müddətdə daha dəqiq nəticələr əldə etməyə imkan verir. Eksperiment zamanı eksperimenti aparan alim-psixoloq öyrəniləcək adamın fəaliyyət göstərməsi- hər hansı bir eksperimental tapşırığı yerinə yetirilməsi üçün şəraiti niyyətli surətdə yaradır və həmin şəraiti istədiyi vaxt dəyişir.

    Eksperimentdə adətən iki kəmiyyəti – asılı olmayan (A) və asılı (B) kəmiyyətləri fərqləndirilirlər.

    Eksperiment zamanı alim-psixoloq A kəmiyyətini (iş şəraitini, iştirakçıların tərkibini, hadisələrin ardıcıllığını, məsələnin xarakterini, təlimatı və s.) dəyişir, bundan sonra isə B kəmiyyətində baş verən dəyişiklikləri müəyyən edir. Beləliklə, eksperiment prosesində A və B kəmiyyətləri arasındakı asılılıq öyrənilir. A kəmiyyəti B kəmiyyətindən əvvəl gəlir və onun səbəbini təşkil edir, B kəmiyyəti isə nəticə kimi özünü göstərir. Eksperimentdə müxtəlif cihazlardan, texniki vasitələrdən, şəkillərdən, mətnlərdən və s.dən istifadə olunur. Belə eksperimentlər adətən, laboratoriyalarda və ya xüsusi otaqlarda aparılıq. Bu cəhəti nəzərə alaraq onlara laboratoriya eksperimenti deyirlər.

    Göründüyü kimi, müşahidədən fərqli olaraq eksperiment zamanı tədqiqatçı fəal tərəf kimi çıxış edir, müəyyən psixoloji hadisələrin mahiyyətini izah etməkdən ötrü zəruri olan şəraiti özü yaradır.



    1. Psixologiyanın köməkçi metodları (psixodiaqnostik metod).

    Psixodiaqnostik metod.Psixoloji hadisələr çox mürəkkəb və rəngarəng olduğu üçün onları müxtəlif yol və vasitələrin köməyi ilə tədqiq etmək mümkündür. Təbiətşünaslıq elmlərinin müxtəlif sahələrində olduğu kimi, müşahidə və eksperimen metodları psixologiya elmində də əsas metodlar hesab edilir. Başqa metodlar isə köməkçi metodlar kimi nəzərdən keçirilir. Bu baxımdan psixodiaqnostik metodların əhəmiyyətini qeyd etmək lazımdır.

    Psixologiyada psixodiaqnostika məqsədilə hələ XIX əsrin sonlarından başlayaraq testlərdən istifadə olunur. Test –ingilis dilindən tərcümədə “sınaq” deməkdir. Psixologiyada da bu mənada işlədilir və fərdi fərqləri öyrənmək məqsədilə tətbiq olunur.

    Psixodiaqnostik metodlar içərisində sosiometriya (latınca “cəmiyyəti ölçmək” deməkdir) mühüm yer tutur. Bu və ya digər qrupda (kollektivdə) insanlar arasındakı qarşılıqlı münasibətləri öyrənmək məqsədilə ondan istifadə olunur. Sosiometriya amerikan psixoloqu C.Moreno tərəfindən işlənilmişdir. Sosiometriya hansı formada tətbiq edilirsə edilsin, onun nəticələrini müşahidə və eksperiment yolu ilə dəqiqləşdirmək zəruridir. Sosiometriyanın tətbiqi qaydaları ilə qısa tanış olaq. Şagirdlərə tutaq ki, aşağıdakı məzmunda vərəq verilir:

    Kiminlə bir partada oturmaq istərdin? 1-ci, 2-ci, 3-cü şagird suala cavab verəkən 3 nəfərin adını qeyd edir. )1-ci kiminlə oturmaq istəyir, əgər bu mümkün olmasa, 2-ci və 3-cü kiminlə oturmaq istəyir). Müvafiq suala sosiometrik meyar deyilir.



    1. Psixologiyanın köməkçi metodları (intervyu və anket metodu).

    İctimai rəyi, şəxsiyyətlərarası münasibətləri və s.öyrənmək üçün tətbiq edilən metodlardan biri də intervyüdür. İntervyü sorğu üsulları silsiləsinə daxil olub mənaca “qarşılaşma” , “söhbət”, “müsahibə” deməkdir. O daha çox birtərəfli kommunikasiya prosesidir. Bu zaman hər hansı məsələ haqqında müəyyən bir şəxsin mülahizəsi soruşulur. Psixologiyada intervyü, adətən: a) tədqiqatın başlanğıc mərhələsində işçi fərziyyəni müəyyənləşdirmək, b) problem barədə ilkin məlumat toplamaq, c) başqa metodlar vasitəsilə yığılmış materiallara əlavə faktlar cəlb etmək üçün tətbiq edilir.

    Anket sorğusu.İntervyüdən fərqli olaraq anket sorğusu zaman zuallara yazılı surətdə cavab verirlir. Bu metoddan sosioloji tədqiqatlarda daha geniş miqyasda istifadə edilir. Psixologiyada isə anket metodu diaqnostik məqsədlə istifadə edilir.

    Beləliklə, aydın olur ki, psixologiyanın tədqiqat metodları çox və rəngarəngdir. Tədqiqatın səmərəli olması üçün konkret problemin elmi surətdə həllinə imkan verən adekvat metodlar seçilməsinə xüsusi diqqət yetirilməlidir.



    1. Psixoloji təlimlər tarixi.

    Psixoloji biliklər, hələ bizim eramızdan neçə min il əvvəl, qədim şərq ölkələrində təşəkkül etmişdir. onun inkişafı fəlsəfə və təbiətşünaslığın inkişafı ilə bağlı olmuşdur. Təsadüfi deyil ki, lap əvvəldən psixologiya elmi materializm və idealizmin mübarizəsi meydanı olmuşdur. Ruh haqqında problem psixologiyada kəskin ideya toqquşmasının mərkəzi problemi idi. Hətta orta əsrlərdə universitet tələbələri ilk mübarizədə professorun mövqeyini qiymətləndirmək istədikdə deyirdilər: “Bizə ruh haqqında danışın.”

    Psixologiya elminin inkişafını tarixi planda nəzərdən keçirsək, şərti surətdə onun iki mərhələsini fərqləndirə bilərik: 1-ci mərhələ lap qədim zamanlardan başlayaraq XIX əsrin 70-80-cı illərinə qədər davam edir. 2-ci mərhələ isə (XIX əsrin 70-80-cı illərindən müasi dövrə qədər) psixologiyanın müstəqil elm kimi inkişaf mərhələsidir.

    Psixologiya elmi öz tarixinin birinci mərhələsində fəlsəfənin bir sahəsi kimi inkişaf edirdi. Müxtəlif ictimai formasiyaları əhatə edən bu mərhələdə psixologiya elminin inkişafında təbiətşünaslıq elmləri də müəyyən rol oynamışdır. Lakin bununla belə birinci mərhələdə psixologiya elmi, hətta təbiətşünaslıqla bağlı ideyaları da fəlsəfi baxımdan mənalandırır və təhlil edirdi. Birinci mərhələdə onun əsas üsulu özünümüşahidə və müşahidədən ibarət idi. Psixologiya elmi əslində təsviri xarakter daşıyırdı. XIX əsrin ortalarında psixologiya elmi bir sıra nailiyyətlər əldə etdi. Onlardan ən başlıcası isə bundan ibarətdir ki, həmin dövrdən eksperimental üsullar tədricən psixologiya elminə nüfuz edirdi. 1879-cu ildə isə Leypsiq şəhərində Vilhelm Vundt məşhur eksperimental psixologiya laboratoriyasını yaratdı. Əslində Vundtun laboratoriyası psixologiya tarixində üçüncü laboratoriya idi. Lakin birinci iki laboratoriya diqqəti cəlb etməmiş və psixologiya elminin inkişafında əsaslı rol oynamamışdır. Vundtun laboratoriyası isə qısa müddət ərzində nəinki Almaniyada, həm də bütün dünyada psixologiya elminin inkişafına böyük təsir göstərdi. O bir növ dünya psixologiyasının Məkkəsinə çevrildi: psixoloqlar müxtəlif ölkələrdən Leypsiq şəhərinə axışıb gəlir, Vundtun laboratoriyası ilə tanış olur və öz ölkələrində onun timsalında eksperimental laboratoriyalara yaradırdılar. Bir qədərdən sonra Vundtun laboratoriyası əsasında dünyada ilk Eksperimental Psixologiya institutu təşkil olundu. Beləliklə, psxologiya eksperimental elmə çevrilməklə yanaşı, müstəqil bir elm kimi inkişaf etməyə başladı.

    2. Psixologiya elminin inkişaf mərhələləri.-Psixologiya elmi öz inkişafının müxtəlif mərhələlərindən keçmişdir. Bunlar aşağıdakılardan ibarətdir:Elmə qədərki birinci mərhələ. Qədim dövrlərdən başlayaraq bizim eradan əvvəlki VII-VI əsrlərə qədərki dövrü əhatə edir. Bu dövrdə ruh (psixika) haqqında təsəvvürlər çoxsaylı mif və əfsanələrdə, nağıl və ilkin dini inamlarda, totemlərdə öz əksini tapmışdır.İlkin elmi təsəvvürlər (ikinci mərhələ). Bu dövr eramızadan əvvəl VII-VI əsrlərdən başlayaraq XVIII əsrin sonuna qədər olan dövrü əhatə edir. Bu dövrdə psixologiya elmi fəlsəfənin tərkibində inkişaf etmişdur. İkinci mərhələnin başa çatması ilə bağlı olaraq psixoloji ədəbiyyatda fikir və mövqelər fərqlidir. Psixologiyanın inkişafının mərhələlərə ayrılması digər elmlərdə olduğu kimi şərti xarakter daşıyır. Bəzən psixologiya elminin müstəqil elm sahəsi kimi yaranmasını V.Vundtun eksperimental psixologiya laboratoriyasının yaranması tarixindən götürmədiyi də təklif edənlər də var.Psixologiya elminin inkişafının üçüncü mərhələsi. İlk dəfə Vilhelm Vundtun Almaniyanın Leypsiq şəhərində ilk eksperimental psixologiya laboratoriyasını yaratmaq ilə öz fəaliyyətinə başlayır. Eksperimental psixologiya laboratoriyasını yaranması ilə pixologiya müstəqil, obyektiv və eksperimental elm sahəsinə çevrildi. Lakin V.Vundtun assosianist yanaşmanın əsasında qurduğu psixoloji model insanın ruhi aləmi, emosinal haləti, şəxsiyyətin strukturu, yaradıcı fəallığı ilə bağlı yeni faktlar verə bilmədi. Psixologiya elminin inkişafının dördüncü mərhələsi. XX əsrin II yarısında yeni psixologiya məktəbləri və istiqamətləri: humanist psixologiya, genetik psixologiya, koqnitiv psixologiya meydana çıxdı. Beləliklə, demək olar ki, XX əsrin 60-cı illərindən başlayaraq psixologiya elmi özünün yeni inkişaf mərhələsinə daxil oldu. Bu mərhələnin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, indi ayrılma, parçalanma yox, ayrı-ayrı məktəblərin, tədqiqat istiqamətlərinin birləşməsi prosesi gedir.

    3. Psixologiya elminin əhəmiyyəti və onun sahələri.

    Psixologiya böyük nəzəri və əməli əhəmiyyətə malikdir. Elmi psixologiya idrak prosesinin şüur hadisələrinin mahiyyətini, əsas xüsusiyyətlərini düzgün izah etməklə ruh haqqında idealist, dini görüşlərin əsassızlığını ifşa edir və beləliklə, maddi aləm haqqında düzgün elmi materialist dünyagörüşünün təşəkkül etməsinə qüdrətli təsir göstərir. Gənc nəslin təlim və tərbiyəsini düzgün, səmərəli qurmaq işində psixologiyanın əhəmiyyəti çox böyükdür. Bu cəhətdən psixologiya böyüyən nəslin təlim-tərbiyə məsələləri ilə məşğul olan pedaqogika ilə sıx əlaqədardır. Məktəbdə müxtəlif elmlərin əsaslarını şagirdlərə mənimsətmək və hərtərəfli inkişaf etmiş bir vətəndaş yetişdirmək üçün müəllim onların qavrayış, diqqət, hafizə, təfəkkür, hiss və iradəsinin qanunauyğunluqlarını bilməli və təlim prosesində bunlara əsaslanmalıdır. Bundan başqa, valideyn, tərbiyəçi və müəllimlər uşaqlara müəyyən şəkildə tərbiyəvi təsir edərək onların şəxsiyyətini, psixi prose və xassələrini inkişaf etdirib tərbiyələndirməli, onlara fərdi yanaşmağı bacarmalıdırlar. Bütün bunlar üçün də onların psixologiyasını, uşaqların psixoloji inkişaf xüsusiyyətlərini bilmələri zəruridir. Psixologiyanı bilmədən dövlətimizin bizlərdən olan ən başlıca tələbini- hərtərəfli inkişaf etmiş vətəndaş yetişdirmək tələbini lazımi səviyyədə yerinə yetirə bilmərik.

    Müasir dövrdə psixologiya insan haqqında ən mühüm elmlərdən biri kimi diqqəti cəlb edir. Təsadüfi deyildir ki, hazırda insan həyatı və fəaliyyətinin elə bir sahəsi yoxdur ki, psixologiya elmi oraya nüfuz etməsin. Mübaliğəsiz demək olar ki, hazırkı dövrdə bütün dünyada hər cür fəaliyyətin və insan münasibətlərinin səmərəliliyini psixoloji biliklərin tətbiində görürlər. Lakin nəzərə almaq lazımdır ki, mühüm elm sahəsi olan psixologiya başqa elmlərdən təcrid olunmuş şəkildə deyil, onlarla vəhdətdə mövcuddur və fəaliyyət göstərir. Bəs elmlər sistemində psixologiya elmi hansı yeri tutur, onun başqa elmlərlə qarşılıqlı əlaqəsi nədən ibarətdir? Elmlər sisteminin təsnifatını verən B.M.Kedrov bu sistemdə psixologiyanın roluna xüsusi diqqət yetirmişdir. Onun “elmlər üçbucağı”nda bunu aydın görürük. B.M.Kedrova görə psixologiya bir tərəfdən fəlsəfə elmləri, digər tərəfdən təbiət elmləri, üçüncü tərəfdən humanitar elmlər içərisində aralıq mövqe tutur.

    Psixologiya çoxsahəli bir elmdir. Müasir dövrdə psixologiya elminin nisbətən müstəqil şəkildə inkişaf edən müxtəlif sahələri vardır. Məhz buna görə də “psixologiya elmi” deyil, “psixologiya elmləri” termininin işlədilməsi daha çox yerinə düşərdi. Belə ki, hər 4-5 ildən bir psixologiya elminin yeni bir sahəsinin yaranmasının şahidi oluruq.

    Beləliklə də, psixoloji elmlər sistemi ümumi psixologiyadan və psixologiya elminin müxtəlif sahələrindən ibarətdir.

    Ümumi psixologiya psixologiya elminin əsas problemlərini nəzəri və eksperimental istiqamətdə işləyir. Psixologiyanın metodoloji, nəzəri-tarixi məsələlərinin, məsələn, psixi proseslərin əmələ gəlməsi, psixoloji qanunların müəyyən edilməsi, tədqiqat metodlarının nəzəri-praktik məsələlərinin öyrənilməsi onun baçlıca vəzifəsidir. Ümumi psixologiya fəaliyyət və ünsiyyətin, eləcə də şəxsiyyətin ümumi psixoloji məsələlərini öyrənir. Ümumi psixologiya psixologiya elminin hər bir sahəsinin inkişafının fundamental əsasını təşkil edir.

    Müasir ensiklopediya və lüğətlərdə psixologiya elminin yüzdən çox sahəsi haqqında məlumat verilir. Bunları sadalamaqla təsvir etmək məqsədəuyğun deyildir. Psixoloji tədqiqatlar göstərir ki, psixoloji fənlərin böyük əksəriyyəti konkret fəaliyyət sahələrini öyrənir. Müasir psixoloji fənləri təsnif etmək üçün mövcud ədəbiyyatda aşağıdakı üç prinsipdən istifadə olunur:


    1. Konkret fəaliyyət sahələrinə görə (əmək psixologiyası, tibbi psixologiya, pedaqoji psixologiya, hüquq psixologiyası, hərbi psixologiya, idman psixologiyası, kommunal psixologiya, kosmik psixologiya və s.)

    2. İnkişafın psixoloji aspektinə görə (yaş psixologiyası, diferensial psixologiya, cinsi fərqlərin psixologiyası, psixodiaqnostika və s.)

    3. İnsanın cəmiyyətə münasibətinə görə (sosial psixologiya, siyasi psixologiya, idarəetmə psixologiyası, etnopsixologiya, iqtisadi psixologiya və s.).

    4. Psixologiya elminin Azərbaycanda inkişaf yolu

    Azərbaycanda psixologiya elminin inkişafını tarixi planda nəzərdən keçirsək, şərti olaraq onun iki mərhələsini fərqləndirə bilərik: 1-ci mərhələ lap qədim zamanlardan başlayaraq XIX əsrin 70-80-cı illərinə qədər davam edir; 2-ci mərhələ isə (XIX əsrin 70-80-cı illərindən müasir dövrə qədər) psixologiyanın müstəqil elm kimi inkişaf mərhələsidir.

    Psixoloji biliklər hələ bizim eramızdan neçə min il əvvəl, qədim şərq ölkələrində təşəkkül tapmışdır. Azərbaycanda ilk psixoloji təsəvvürlərin təşəkkülü xalqın qədim adət-ənənə, mərasim və ayinləri, əyləncə və oyunları ilə bağlı olmuşdur. Ailə və məişət (toy, yas vəs.) mərasimlərində kütləvi psixoloji hadisələrin maraqlı xarakteristikalarına təsadüf edilir. Azərbaycanda psixoloji ideyaların inkişafında şifahi xalq ədəbiyyatının rolu xüsusilə qeyd olunmalıdır. Keçəl, küpəgirən qarı, kosa obrazları uzun müddət həm də xalqın müəyyən sosial etalon və stereotiplərini ifadə etmişdir. Azərbaycan lətifələrində xalqın müxtəlif sosial hadisələr haqqındakı ictimai rəyi özünün parlaq ifadəsini tapmışdır. Molla Nəsrəddin, Bəhlul Danəndə el-oba içərisində “insan sərrafı” kimi məşhurlaşmışdılar. Onlar, necə deyərlər, əsl praktik psixoloq idilər. Eyni zamanda Azərbaycan nağıllarında və dastanlarında müxtəlif psixoloji hadisələr geniş təsvir olunmuşdur. XI əsrdən başlayaraq Azərbaycanda psixoloji ideyalar fəlsəfi traktat və bədii ədəbiyyat nümunələrində geniş surətdə öz əksini tapır. Azərbaycanda psixoloji ideyaların inkişafında Bəhmənyar, Xaqani Şirvani, Nizami Gəncəvi, Nəsrəddin Tusi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Abbasquluağa Bakıxanov, M.F.Axundov, Ü.Hacıbəyov, H.Cavid, C.Cabbarlı kimi görkəmli elmi fikir nümayəndələrinin, mütəffəkir şair və yazıçıların böyük rolu olmuşdur.

    XII-XVI əsrlərdə, xüsusən Nəsrəddin Tusi, Nəsimi, Füzuli yaradıcılığında psixoloji ideyalar daha qabarıq surətdə özünü göstərmiş, “Əxlaqi Nasiri”, “Alicənab insanların xarakteri və keyfiyyətləri” (N.Tusi), “Mətləül-etiqad”, “Həqiqətüs-süəda”, “Hədisi-ərbəin” (M.Füzuli) kimi xüsusi fəlsəfi – psixoloji əsərlər yazılmışdır. İmadəddin Nəsimi şəxsiyyətin mənəvi azadlığının carçısı kimi insani, onun yaradıcı dühasını tərənnüm etmişdir. Nəsiminin nöqteyi-nəzərincə, insan mürəkkəb struktura malik, həm genetik, həm də sosial cəhətdən şərtlənmiş dərin fərdiyyəti olan şüurlu varlıqdır.



    Azərbaycanda ilk psixologiya laboratoriyası 1926-cı ildə F.Ə.İbrahimbəyli tərəfindən yaradılmışdır. Lakin bu yaxşı başlanğıc repressiya illərində heçə endirildi. Yalnız Böyük Vətən müharibəsindən sonra, yəni XX əsrin 50-ci illərində orta məktəblərdə psixologiyanın tədrisinə başlanması ilə əlaqədar olaraq respublikanın əsas ali məktəblərində psixologiya şöbələri (ADU, APİ) təşkil olunur. Bu cəhət psixologiya üzrə elmi kadrların hazırlanmasına da mühüm təkan oldu. Əsrin 60-cı illərinə qədər onlarla mütəxəssis namizədlik dissertasiyası müdafiə edərək psixologiya üzrə elmi dərəcə aldı. Bununla bərabər, əsrin 60-70-ci illərində psixologiya üzrə ana dilində dərslik və dərs vəsaitləri yazılıb çap olundu. Bu sahədə xüsusən də M.C.Məhərrəmov, F.Ə.İbrahimbəyov, Ş.S.Ağayev, Ə.S.Bayramov, Z.M.Mehdizadə, Ə.Ə.Əlizadə, M.Ə.Həmzəyev, Ə.Ə.Qədirov və başqalarının xidmətləri böyük olmuşdur. Həmin dövrlərdə psixologiya elminin ayrı-ayrı problemlərinə dair monoqrafiyaların nəşr edilməsi də diqqəti cəlb edir. Elə bunun nəticəsi olaraq 60-70-ci illərdə, eləcə də sonrakı dövrlərdə respublikada psixologiya üzrə elmlər doktorlarının sayı artmağa başladı (Ş.S.Ağayev, Ə.S.Bayramov, M.Ə.Həmzəyev, Ə.Ə.Əlizadə, Ə.Ə.Qədirov, M.S.Nəcəfov, Q.E.Əzimov, Ə.T.Baxşəliyev, S.İ.Seyidov, B.H.Əliyev və b.). Psixologiya elminin inkişafı üçün Bakı Dövlət Universiteti nəzdində sosial elmlər və psixologiya (1991) fakültəsinin təşklil də mühüm rol oynamışdır. Həmin fakültənin psixologiya şöbəsini bitirən onlarla gənc mütəxəssis ciddi elmi-tədqiqat işi aparmış və respublikamızda psixlogiya elminin inkişafına yaxından köməklik göstərmişlər. Əlbəttə, bütün bu müvəffəqiyyətlərlə yanaşı respublikada psixologiya elminin müasir səviyyədə inkişaf etdirilməsi üçün hələ də çox işlər görülməlidir. Bunun üçün ilk növbədə elmi-tədqiqat psixologiya laboratoriyalarının yaradılmasına, onların yüksək ixtisaslı elmi kadrlarla, müasir cihazlarla təmin edilməsinə xüsusi diqqət yetirilməlidir.

    1. İnsanın fərd və şəxsiyyət kimi inkişaf mərhələləri.

    . Psixologiya elmi insanın fərd və şəxsiyyət kimi inkişaf mərhələlərini xarakterizə etmək üçün ontogenezhəyat yolu terminlərindən istifadə edir.


    Yüklə 102,58 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   14   15   16   17   18   19   20   21   ...   60




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin