Psixologiyanın predmeti və vəzifələri


Vasitəsizemosionalünsiyyət



Yüklə 102,58 Kb.
səhifə27/60
tarix31.12.2021
ölçüsü102,58 Kb.
#112181
1   ...   23   24   25   26   27   28   29   30   ...   60
psixologiya imtahan

Vasitəsizemosionalünsiyyət körpənin anası ilə özünəməxsus dialoqudur. Uşaq anasının ağuşunda özünü sakit aparır, onun nəvazişini duyur, ətrini hiss edir və bundan xoşlanır. Bu hiss bioloji cəhətdən qarşılıqlıdır. Ana doğma övladını əmizdirərkən fərəh hissi keçirir, körpəsinə məhəbbəti daha da möhkəmlənir. əmzikli ananın emosional vəziyyəti isə öz növbəsində uşağın inkişafına təsir göstərir.

Əşyavi – manipulyativ fəaliyyət prosesində uşaq əşyaları sökərək, bu yandan o yana sürüərək, bir-birinə calayaraq onların xassələrini dərk edir.

Rollu oyunlar isə mahiyyət etibarilə insan münasibətlərinin mənimsənilməsi prosesidir. Bu haqda aydın təsəvvür əldə etmək üçün psixologiyada təsvir olunmuş maraqlı bir faktı qeyd etmək kifayətdir: Uşaqları heyvanxanaya aparıb, heyvanların həyatı ilə tanış etdilər. Tərbiyəçilər belə güman etdilər ki, uşaqlar ekskursiyadan qayıdan kimi heyvanxana mövzusunda maraqlı oyunlar oynayacaqlar. Lakin nə qədər təəccüblü olsa da, onlar ekskursiyadan sonra həmin mövzuda heç bir oyun oynamadılar, özlərinin adi işləri ilə məşğul oldular. Tərbiyəçilər bunun səbəbini izah etmək üçün psixoloqlara müraciət etdilər. Psixoloqlar məsələnin mahiyyətini asanlıqla başa düşdülər və ekskursiyanın planını dəyişdilər. Onların məsləhətilə uşaqları yenə də heyvanxanaya ekskursiyaya apardılar. Uşaqlar bu dəfə ekskursiyadan qayıdan kimi heyvanxana mövzusunda oyun oynamağa başladılar: biri kassir, biri həkim, biri isə nəzarətçi rolunda çıxış etməyə başladırlar. Bu mənada deyirlər ki, uşaq oyunları insan münasibətlərinə xüsusilə həssasdır və hər şeydən əvvəl məhz onları əks etdirirlər.


Yüklə 102,58 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin