Psixologiyanın predmeti və vəzifələri



Yüklə 102,58 Kb.
səhifə36/60
tarix31.12.2021
ölçüsü102,58 Kb.
#112181
1   ...   32   33   34   35   36   37   38   39   ...   60
psixologiya imtahan

İ.M.Seçenovun bu dərin elmi tezisi mürtəce idealist alimlərin uydurduqları “iradi azadlığı” deyilən nəzəriyyəyə sarsıdıcı zərbədir. Bu qeyri-elmi nəzəriyyəyə görə, insanın ixtiyari hərəkətləri guya xarici aləmdən və beynin fəaliyyətindən asılı deyil, müstəqil ruhi qüvvə olan “azad iradə”nin nəticəsidir. Məşhur alim “iradi azadlığı” nəzəriyyəsini uydurma, elmilikdən uzaq bir cəfəngiyyat olduğunu ifşa edərək göstərildi ki, insanın bütün hərəkət və rəftarlarının birinci səbəbi maddi aləmdir. Maddi aləmin təsiri ilə əmələ gələn bütün davranışlarımız baş beyin yarımkürələri qabığının tənzimedici fəaliyyəti ilə idarə olunur.

İradi iş zamanı iki cür maneələri aradan qaldırmalı olur: daxili (subyektiv) və xarici(obyektiv) maneələr.



Daxili maneəinsanın qarşısına qoyduğu məqsədə nail olmasını çətinləşdirən istək və meyllərindən ibarət ola bilər. Məsələn, şagird sabah müəllimə cavab vermək üçün hazırlaşmağa başlayır. Elə bu vaxt televizorda onun çoxdan baxmaq arzusunda olduğu bir filmi nümayiş etdirəcəklərini eşidir. Bu zaman o, öz istəyini boğaraq qonşu otağa keçib dərsə hazırlaşırsa, daxili maneəni aradan qaldırmış olur.

Xarici maneəisə insanın qarşısına qoyduğu məqsədə nail olmasını çətinləşdirən obyektiv, onun istəyindən asılı olmayan maneədir. Məsələn, şagird sabahkı dərsə hazırlaşmaq məqsədini qarşısına qoyur. Bu zaman işıqlar sönür. Şagird öz məqsədinə çatmaq üçün yaxınlıqda yaşayan əmisigilə gedərək dərsi hazırlayırsa, xarici maneəni aradan qaldıraraq öz məqsədinə nail olur. Mətin iradəli adamlar qarşılarına qoyduqları məqsədə nail olmaq üçün hər cür maneəni aradan qaldıra bilirlər.

Ümumiyyətlə, insanların hərəkətləri 2 qrupa bölünür:




  1. Yüklə 102,58 Kb.

    Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin