Qərarın qəbul edilməsi mərhələsi. Bu mərhələdə əsil iradi iş həyata keçir. Qərarın qəbulu çox məsuliyyətlidir. Ona görə ki, qərarı qəbul edən zaman elə yol və vasitə seçmək lazımdır ki, məhz həmin qərar məqsədə nail olmağa imkan versin.
Qəbul edilən qərarın icrası mərhələsi. Bu mərhələdə qəbul olunan qərar icra olunur. Ona görə ki, qəbul olunan qərar şəxsin məsuliyyət hissini artırır. Bu şərtlə ki, şəxs özü qərarı qəbul etmiş olsun. Məhz buna görə cavabdeh postlarda rəhbər vəzifəsində işləyən şəxslərdə ürək-damar, şəkərli diabet xəstəlikləri daha tez əmələ gəlir.
Bir sıra hallarda əmələ gələn şəraitin xüsusiyyəti işin nəticəsini əvvəlcədən müəyyənləşdirməyə imkan vermir. Belə olanda insan qərar qəbul etmək üçün risk etməli olur. Psixologiyada səmərəli və səmərəsiz risk növləri ayrılır.
İradi işin icra mərhələsində insanın özünə sahib olması özünə nəzarət etməsi xüsusi əhəmiyyət kəsb edir. İnsan müəyyən çətinlikləri aradan qaldırıldıqca onun iradi keyfiyyətləri möhkəmlənir və tədricən xarakter əlamətlərinə çevrilir. Məhz bu baxımdan xarakter iradi keyfiyyətlərə ayrılır.
İradi fəaliyyətin səciyyəvi xüsusiyyətləri.
İradi hərəkətləri insan həmişə bir şəxsiyyət kimi icra edir. İradə yalnız şəxsiyyətə məxsusdur.
İradi hərəkətlərin icrası zamanı kənardan heç bir məcburiyyət olmur (şəxsiyyət müstəqil olaraq özü qərar qəbul edir), azad hərəkətlərdir.
Dostları ilə paylaş: |