Psixologiyanın predmeti və vəzifələri


İnsanlarda iradi fəaliyyət müxtəlif formada cərəyan



Yüklə 102,58 Kb.
səhifə45/60
tarix31.12.2021
ölçüsü102,58 Kb.
#112181
1   ...   41   42   43   44   45   46   47   48   ...   60
psixologiya imtahan

İnsanlarda iradi fəaliyyət müxtəlif formada cərəyan edir. Biri təkidlilik göstərir, digərində bu keyfiyyət müşahidə olunmur, biri qərar qəbul edərkən özünü çox müstəqil aparır, digəri əksinə tex təsir altına düşür, bir başqası öz əzmi ilə hamını heyran edir, daha başqası qətiyətsizliyi ilə fərqlənir. Belə keyfiyyətlər çoxdur. Biz burada onların ən mühümləri barədə - müstəqillik, qətiyyətlilik, təkidlilik, soyuqqanlılıq haqqında məlumat verəcəyik.

Müstəqillikhəm iradi hərəkətin motivində, həm də qərar qəbulunun xarakterində təzahür edir. Müstəqilliyin mahiyyəti ondan ibarətdir ki, insan öz davranışını təsadüfi təsirlərə, ətrafındakıların təzyiqinə deyil, müvafiq şəraitdə necə hərəkət etmək haqqında öz bilik, əqidə və təsəvvürlərinə əsaslanaraq müəyyən edir.

Qətiyyətlilik. Bu iradi keyfiyyət öz vaxtında, lüzumsuz tərəddüdə yol vermədən kifayət qədər əsaslandırılmış qərar qəbul etmək və onu düşünülmüş bir şəkildə həyata keçirmək qabiliyyətində ifadə olunur. Bu mühüm iradi keyfiyyətin əksini qətiyyətsizlik təşkil edir. Qətiyyətsizlik qərar qəbulu prosesində təzahür edə bilər. Belə ki, qətiyyətsiz insan tərəddüd edir, seçdiyi hərəkətin düzgünlüyünə inanmır, ona şübhə ilə baxır, motivlər mübarizəsi nəhayətsiz prosesə çevrilir.

Təkidlilik. Qətiyyətlə yanaşı, nəzərdə tutulmuş qərarların müvəffəqiyyətlə həyata keçirilməsini təmin edən olduqca mühüm iradi keyfiyyətlərdən biri təkidlilikdir. Təkidlilik insanın uzun müddət və zəifləməyən enerji gərginliyinə qabil olduğunu göstərir. Planlaşdırılmış məqsədə çatmaq yolunda meydana çıxan çətinliklər onu qorxutmur. O, dönmədən qarşısına qoyduğu məqsədə doğru hərəkət edir. Təkidlilik ilə tərslik arasında böyük fərq vardır. Tərslik real şəraiti düzgün qavrayıb qiymətləndirə bilməməkdə, dəyişmiş şəraitə çevik münasibət göstərə bilməməkdə ifadə olunur. İnsan iradəsinin zəifliyi bunda özünü göstərir.

İradi fəaliyyətin yüksək səviyyəsi çox parlaq şəkildə insanın özünü ələ almaq (dözümlülük, soyuqqanlılıq) bacarığında təzahür edir. İnsan bacarığı sayəsində özünü ələ alaraq təhlükəlilik, qorxu kimi maneələri aradan qaldırır və düşünülmüş, əsaslı surətdə qəbul etdiyi qərarı həyata keçirmək qabiliyyətini göstərir. Başqa sözlə desək, soyuqqanlılıq, arzuedilməz, həm də şüurlu təhrikedici qüvvələri özünə tabe etmək bacarığından ibarətdir. İradə insanın özü tərəfindən bəyənilməyən hislərinin: əsəbiliyin, qorxu, hiddət, qəzəb, ümidsizlik affektlərinin və s. təzahürünü cilovlamaq bacarığında ifadə olunur. Şəxsiyyətin iradi keyfiyytlərinin inkişafı prosesinə müəyyən yaş dövründə yeni, həm də olduqca mühüm bir amil – özünütərbiyə əlavə olunur. İnsan şüurlu olaraq özündə lazımi iradi keyfiyyətlər tərbiyə etməyə başlayır. Psixi fəaliyyətin heç bir sahəsində, məsələn, nə təxəyyül, nə təfəkkür sahəsində və başqa sahələrdə insan öz üzərində hakim olduğu iradi hərəkətlər sahəsində olduğu qədər aydın surətdə hiss edə bilmir. Ona görə də şəxsiyyətin təşəkkülündə onun inkişafının elə dövrü mühüm mərhələ təşkil edir ki, həmin dövrdə böyüyən insan nəinki öz hərəkət və davranışını tənqidi cəhətdən qiymətləndirməyi bacarır, həm də öz qarşısında özünütərbiyə və öz şəxsiyyətinin keyfiyyətini dəyişmək vəzifəsini qoyur.



  1. İnsanlarda iradi fəaliyyətin müxtəlif formada cərəyan etməsi.(təkidlilik və soyuqqanlılıq)


Yüklə 102,58 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin