Psixologiyanın predmeti və vəzifələri


Şəxsiyyətin formalaşmasında insanların qarşılıqlı münasibətləri və ünsiyyət



Yüklə 102,58 Kb.
səhifə51/60
tarix31.12.2021
ölçüsü102,58 Kb.
#112181
1   ...   47   48   49   50   51   52   53   54   ...   60
psixologiya imtahan

Şəxsiyyətin formalaşmasında insanların qarşılıqlı münasibətləri və ünsiyyət

Müasir dövrdə ünsiyyətin psixologiyasında ünsiyyətə belə tərif verilmişdir.

İki və daha çox adamın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir”.

L.S.Vıqotski ünsiyyət tələbatına uşağın psixi inkişafının əsas və hərəkətverici qüvvəsi kimi xüsusi əhəmiyyət verirdi. O, göstərirdi ki, uşağın xarici aləmə hətta ən sadə münasibəti də başqa adama münasibət vasitəsilə əks olunur.

Məzmun və məqsədindən asılı olaraq ünsiyyəti bir neçə növə bölmək olar. Məzmununa görə o maddi kimi təqdim oluna bilər (ərzaq və əşyanın dəyişdirilməsi); koqnitiv (bilik münasibəti); motivasiyalı (hiss, məqsəd, maraq və motiv tələbatları); fəaliyyətlə əlaqəli (bilik, bacarıq və vərdişlər mübadiləsi) və s.

Ünsiyyət və fəaliyyət arasında fərqlər vardır. Belə ki, ünsiyyət nəticəsində insanlar bir-birilərinə təsir edir. Fəaliyyət nəticəsində isə insanın intelektual, aktiv inkişaf forması onun şəxsiyyət kimi formalaşmasında ifadə olunur.

Fəaliyyət də ünsiyyət kimi şəxsiyyətin intelektual inkişafında iştirak edir. İnsanların qarşılıqlı münasibətləri bir-biri ilə bağlı olsa da, onları ünsiyyət ilə eyniləşdirək olmaz.

Qruplarda insanlar birgə yaşayıb və fəaliyyət göstərmələrinə görə onların arasında istər-istəməz qarşılıqlı münasibətlər özünü göstərir. Bu cür münasibətlər sosial psixologiyada şəxsiyyətlərarası münasibətlər adlanır. Şəxsiyyətlərarası münasibətlər birgə fəaliyyət və ünsiyyət prosesində insanlar arasında təzahür edən subyektiv qarşılıqlı təəccüratdan ibarətdir. Şəxsiyyətlərarası münasibətlər fərdlərin bir-birini qavraması şəraitində mümkün olur. Şəxsiyyətlərarası münasibətlər insanların bir-birində qavradığı və qiymətləndirdiyi ustanovka, meyl, gözləmə stereotiplər və s. sistemindən ibarətdir. Qavrayışzamanı hər şeydən əvvəl qavranılan adamın anatomik, funksional və sosial keyfiyyətlərinin müəyyən məcmusu əks etdirilir. Bu keyfiyyətlər vəhdətdə olsalar da, inikas prosesində birinci yerə sosial cəhətlər keçir. Başqasına rast gəldikdə birinci növbədə “o kimdir?” sualı meydana gəlir. Bu sual hər şeydən əvvəl fərdin sosial mövqeyini müəyyənləşdirir.




Yüklə 102,58 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin