Psixologiyanın predmeti və vəzifələri



Yüklə 102,58 Kb.
səhifə54/60
tarix31.12.2021
ölçüsü102,58 Kb.
#112181
1   ...   50   51   52   53   54   55   56   57   ...   60
psixologiya imtahan

Yoldaşlıq qarşılıqlı münasibətləri işgüzar təmasa əsaslanır. Bu zaman birgə fəaliyyətin məqsədi, vasitə və nəticələri əlaqələrin saxlanması, vəzifə bölgüsü ilə müəyyənləşir.

Dostluq qarşılıqlı münasibətlərinə gəldikdə insanlar arasındakı bu cür münasibət qarşılıqlı bağlılığa, mənəvi yaxınlığa, maraqların eyniliyinə və s. əsaslanır. Ə.S.Bayramov və Ə.Ə.Əlizadənin qeyd etdikləri kimi, şəxsi qarşılıqlı münasibətlərin hər bir tipi psixoloji məsafənin xarakterinə görə intim, dostluq münasibətləri, şəxsi, yoldaşlıq və tanışlıq münasibətləri isə sosial münasibətlər kimi formalaşırlar.

Şəxsiyyətlərarası münasibətlərin növlərindən birinin də işgüzar münasibət olduğunu qeyd etdik. Bu cür qarşılıqlı münasibətlər işgüzar əlaqələrin həyata keçirilməsi prosesində baş verir və insanların birgə fəaliyyətinin səmərəliliyinə öz təsirini göstərir. Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan birliyi ordakı adamlar arasında tımas yaradılmasından birgə fəaliyyəti həyata keçirə bilməz və onların arasında qarşılıqlı anlama baş verə bilməz. Ünsiyyət insanlar arasında birgə fəaliyyət tələbatından doğan təmasın çoxplanlı inkişaf prosesidir. Başqa sözlə, insanların öz münasibətlərini aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir. Ümumi psixoloji baxımdan nəzərdən keçirdikdə, əvvəla, ünsiyyət iki və daha çox insan arasında baş verir; ikincisi, həmin proses az-çox dərk edilmiş olur; üçüncüsü, ünsiyyət insanlar arasında informasiya mübadiləsi olmaqla bərabər qarşılıqlı təsir prosesi, real gerçəkliyi əks etdirmək vasitəsidir; dördüncüsü, ünsiyyət dinamik prosesdir, onun müxtəlif forma və vasitələri vardır. Deməli, ümumi psixoloji baxımdan ünsiyyəti fəaliyyətin xüsusi bir növü hesab etmək olar. Ünsiyyət prosesində insalnlar arasında fikir, bilik, rəy, təcrübə və hislər mübadiləsi gedir, onlar bir-birinin inam və əqidəsinə təsiri olan müxtəlif tipli məlumatları əsasən başqaları ilə ünsiyyət prosesində əldə edir, öz bilik və təsəvvürlərini başqalarına aşılayırlar.

Qarşılıqlı münasibətlər ünsiyyətin məzmununa təsir göstərə bilir. Qarşılıqlı münasibətlər: a) formal (rəsmi); b) qeyri-formal (qeyri rəsmi) formada həyata keçirilir. Formal qarşılıqlı münasibətlər fəaliyyətin normativ cəhətlərini əks etdirir və işgüzar münasibətlərdə ifadə olunur.

Məsələn, məktəblərdə “direktor-müəllim” tipli münasibət formal qarşılıqlı münasibətə misal ola bilər. Onların qarşılıqlı münasibətlri rəsmi xarakter daşıyır, inzibati-hüquqi qaydalarda tənzim olunur. Qeyri-formal qarşılıqlı münasibətlər isə heç kəs tərəfindən müəyyən edilmir, psixoloji cəhətdən əlverişli şərait olduqda öz-özünə yaranır.

Burada qarşılıqlı münasibətlərin (ər-arvad, iki dost, iki yoldaş, iki tanış və s.) xarakterindən asılı olaraq müəyyən psixoloji məsafə gözlənilir. Məsələn, ər-arvad qarşılıqlı münasibəti üçün məqbul hesab edilən rəftar tərzi, ünsiyyət forması, eyni qrupda təhsil alan oğlan və qızın qarşılıqlı münasibətlərində qəbul olunmur.

Onların pozulması, adətən əxlaqi meyarlarla qiymətləndirilir. Bir çox psixoloqlar (Ə.S.Bayramov, Ə.Ə.Əlizadə, M.Ə.Həmzəyev, Ə.Qədirov və s.) ünsiyyət mədəniyyətinin əhəmiyyətini xüsusi qeyd edirlər.



41. Hisslər beyin fəaliyyətinin məhsulu kimi.


  1. Yüklə 102,58 Kb.

    Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin