Pul vəsaitləri



Yüklə 87,71 Kb.
tarix17.11.2018
ölçüsü87,71 Kb.
#83971

Onlayn demo versiya http://saas.marco.az/ausie

«Azərbaycan üçün şirkətin idarə edilməsi» konfiqurasiyası, kiçik müəssisədə idarəetmənin və uçotun əsas məsələlərini əhatə edən kompleks həlldir, onun fəaliyyətinin müxtəlif aspektlərinin idarə edilməsi üçün vahid məlumat sistemini təşkil etməyə imkan verir. Həmin aspektlər aşağıdakılardır:



  • satışlar, pərakəndə satışlar daxil olmaqla;

  • alışlar;

  • xidmət;

  • istehsal;

  • pul vəsaitləri;

  • əmək haqqı və personal;

  • maliyyə vəsaitləri, əmlak daxil olmaqla.

Sistem yalnız idarəetmə uçotunun aparılması üçün nəzərdə tutulub. Muhasibatvə vergi uçotunun aparılması üçün «1C:Muhasibatlıq 8» proqramını əldə etmək tövsiyə olunur. Bu proqramla birgə istifadə üçün tətbiqi həlldə yüklənən sənədlər səviyyəsində verilənlərin mübadiləsi reallaşdırılmışdır.

Birneçə fiziki şəxsdənvə yafərdisahibkarlardan (təşkilatlardan) ibarətmüəssisələr üçün idarəetmə uçotunun aparılmasının əyarlaması ya bütün təşkilatlar (şirkət) üzrə, yada hər bir təşkilat üçün ayrılıqda mümkündür.

İdarəetmə uçotu sənədlərdəki məlumatlar əsasında aparılır. Əməliyyatlarınbaş vermə faktı birdəfə daxil edilirvə bundan sonar idarəetmə balansı formalaşdırmaqla müxtəlif idarəetmə bölmələrində əks olunur.

Beləliklə, «Azərbaycan üçün şirkətinidarə edilməsi» konfiqurasiyasıaşağıdakı imkanlartəqdimedir:



  • müəssisə rəhbərinə və biznesin inkişafına cavabdeh olan idarəedicilərə - müəssisənin rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədilə onun resurslarının analizi, planlaşdırılması və elastik idarə edilməsi imkanları ;

  • bölmələrin rəhbərlərinə, menecerlərə və istehsal prosesinin təmin edilməsi üzrə istehsal, satış, təchizetmə və digər fəaliyyətlə bilavasitə məşğul olan işçilərə - öz sahələri üzrə gündəlik iş effektivliyini artırmağa imkan verən alətlər.

«Azərbaycan üçün şirkətin idarə edilməsi» konfiqurasiyasının tətbiqinin aşağıdakı fəaliyyət istiqamətləri ilə məşğul olan kiçik müəssisələrdə daha səmərəli olacağı gözlənilir:

  • podrat (layihə) işləri,

  • xidmətlərin göstərilməsi,

  • məhsul istehsalı,

  • ticarət.

Müəssisələr üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir:

  • personalın sayının birdən bir neçə onluğa qədər olması;

  • xətti təşkilati quruluş;

  • çətin olmayan idarəetmə prosesləri;

  • bir işçinin bir neçə rolda çıxış etməsi;

  • avtomatlaşdırmaya tələbat – birdən on beşə qədər işçi yeri.

Funksional imkanlar


«Azərbaycan üçün şirkətin idarə edilməsi» konfiqurasiyasının kompleks həll olmasına baxməyaraq, o, adətən kiçik müəssisələrdə artıq olan çətin funksionalla yüklənməib.

Sistem, müəssisənin təsərrüfat fəaliyyətinin ilkin sənədlərinin: ticarət – alış, maliyyə, anbar, istehsal sənədlərinin qeydə alınması və formalaşdırması imkanına malikdir. Kağız sənədlərin elektron analoqları təsərrüfat əməliyyatlarını aydın şəkildə sistemdə qeydə almağa imkan verir.

Müəssisələr üçün şirkətə daxil olan bütün təşkilatlar və ya ayrılıqda hər bir təşkilat üçün ötəri idarəetmə uçotu aparıla bilər.

Tətbiqi həlldə olan analitik hesabatlar isifadəçilərə uçotun hər bir kəsiyində məlumat almağa imkan verir.

İstifadəçi sərbəst olaraq hesabatlarda detallaşma səviyyəsini, qruplaşma parametrlərini və verilənlərin seçim kriteriyalarını həll edilən məsələnin xüsusiyyətinə uyğun olaraq əyarlaya bilər, həmçinin hesabatların şəxsi variant və əyarlamalarını formalaşdıra bilər.

Aşağıda «1C:Azərbaycan üçün şirkətin idarə edilməsi» proqram məhsulunun hər bir bölməsi üzrə xüsusiyyətlərə baxılacaq.


Satışlar


«1C:Azərbaycan üçün şirkətin idarə edilməsi» müəssisənin məhsul çeşidinin, qiymətlərin və güzəştlərin, satışın planlaşdırılmasının tətbiqini, həmçinin alıcılar və sifarişçilərlə işi dəstəkləyir.

Proqramda məhsul çeşidi ilə əməliyyatlar avtomatlaşdırılıb:



  • müəssisənin nomenklaturasının (mal və xidmətlərin) qeydə alınması və saxlanılması;

  • nomenklaturanın müxtəlif növlərinin qeydə alınması və saxlanılması, qiymət cadvəlinin çapı;

  • güzəşt və əlavələrin növlərinin qeydə alınması;

  • qiymətin müəyyən olunması və dəyişdirilməsi, qiymətin baza qiymət növünə, nomenklatura qiymətlərinə və ya kontragent qiymətlərinə görə hesablanması, yuvarlaqlaşdırma.

Proqram aşağıdakıları dəstəkləyir:

  • qiymət hesablama üsulunun saxlanması (qiymətlərin baza növü və əlavənin faizi), dinamik və hesab qiymətlərinin dəstəklənməsi;

  • qiymətlərin qiymət cədvəlinə çıxarılması zamanı istifadə olunan nomenklatura qiymət növü üçün formatın saxlanması;

  • nomenklatura qiymətini dəyişən istifadəçi haqqında məlumatın saxlanması.

Satış planları natural və dəyər ifadəsində formalaşa bilər və bütöv müəssisə üzrə və ya ayrılıqda bölmələr üzrə tərtib oluna bilər.

Satışların effektivliyinin analizi üçün ayrılıqda bölmələr, nomenklatura qrupları və mallar üzrə satışların plan – fakt analizi formalaşır.

Satışların hazırlanması və müştərilərlə iş proqramda aşağıdakı əməliyyatlarla həyata keçirilir:


  • müştərilərin əlaqə məlumatlarının qeydiyyatı və saxlanması;

  • kontragentlərin əlaqəli şəxslərinin siyahısının və onların əlaqə məlumatlarının qeydiyyatı və saxlanması;

  • alıcılar və sifarişçilərlə qarşılıqlı əlaqəyə girərkən hadisələrin qeydiyyatı – daxil olan və çıxan zənglər, məktublar, görüşlər və s.;

  • alıcılarla müqavilələrin qeydiyyatı;

  • alıcı sifarişlərinin qeydiyyatı (sifariş faktiki olaraq müqaviləyə spesifikasiya hesab olunur ki, burada malların, işlərin növü, çatdırılma/yerinə yetirilmə müddətləri, həmçinin dəyər əks olunur);

  • sifariş – naryadların qeydiyyatı (sifariş – naryad eyni zamanda işlərin görülməsi və xidmətlərin göstərilməsinin planlaşdırma sənədidir, həmçinin işlərin görülməsi, xidmətin göstərilməsi, malın satışı faktını, material və əmək sərfiyyatı uçotunu təsdiq edən faktiki sənəddir);

  • alıcı sifarişlərinin layihəyəbirləşdirilməsi;

  • malların göndərilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi qrafikinin formalaşması;

  • anbarlarda malların sərbəst qalıqlarının rezerv olunması, təchizatçıya sifarişlərin və/və ya istehsala sifarişlərin yerləşdirilməsi yolu ilə məhsula, işlərə, xidmətlərə yaranan tələbatın təmin edilməsi;

  • alıcı sifarişinin mallarla, məhsullarla, iş və xidmətlərlə təmin olunmasının izlənməsi.

Proqramda aşağıdakı satış sxemləri dəstəklənir:

  • anbardan və sifariş əsasında satışlar;

  • kredit və ya ilkin ödəniş əsasında göndərilmə;

  • komissiyaya qəbul edilmiş malların realizasiyası;

  • malların realizasiya üçün komissionerə verilməsi.

Məhsulun, iş və xidmətlərin satışının rəsmi sənədləşdirilməsi məhsul fakturası və ya görülmüş işlər aktı, həmçinin sifariş – naryadlarda həyata keçirilir. Satış sənədlərinin əsasında hesab – fakturalar formalaşır.

Pərakəndə ticarət


Topdan ticarət şirkətləri adətən avtomatlaşdırılmış və avtomatlaşdırılmamış pərakəndə ticarət nöqtələrinə malik olurlar. Pərakəndə nöqtələr uzaqda yerləşə bilər (bazarın, ticarət kompleksinin ərazisində və s.) və ya bilavasitə şirkət ofisinin ərazisində ola bilər.

Ticarət nöqtələrində miqdar – məbləğ və ya məbləğ uçotu aparıla bilər. Miqdar – məbləğ uçotu üçün aşağıdakılar istifadə olunur:



  • mərkəzi ofisin uçot sistemləri (mağazanın şirkət ərazisində yerləşdiyi və ya Online rejimdə uzaqdan daxil olma imkanına malik olduğu hallarda);

  • satıcıların mütəmadi olaraq satışlar haqqında qeydləri daxil etdiyi dəftər.

Təşkilat, malların miqdar – məbləğ uçotunu aparmağa imkan verən xüsusi avtomatlaşdırma vasitələrinə malik olmadığı və ya mütəmadi olaraq inventarizasiya aparmaq imkanı olmadığı hallarda, ticarət nöqtələrində məbləğ uçotu aparılır.

Altsistem, ticarət nöqtələrində aşağıdakı növlərin işini avtomatlaşdırmağa imkan verir:



  • fiskal qeydiyyatlı (Online NKA) topdan şirkətin ofisində pərakəndə satış nöqtələri;

  • avtonom NKA – lı ticarət nöqtələri («dəftərdə» uçot, mütəmadi inventarizasiya ilə uçot);

  • məbləğ uçotlu ticarət nöqtələri.

Altsistem çərçivəsində lazımi hesabatlılıq almaq imkanı nəzərdə tutulub:

  • daxil olma/yerdəyişmə sənədləri üzrə - pərakəndə qiymətlərlə fakturalar;

  • pərakəndə qiymətlərlə malların hərəkəti və qalıqları üzrə hesabat;

  • pərakəndə qiymətlərlə satışlar üzrə hesabat;

  • etiket və qiymətliklərin çapı.

Alışlar


«1C:Azərbaycan üçün şirkətin idarə edilməsi» müəssisənin ehtiyatlarının idarə edilməsi prosesinin dəstəklənməsini təmin edir.

Təchizat xidmətinə mal və xidmətlərə olan daxili və xarici tələbin müəyyən edilməsi və təmin edilməsi üçün operativ məlumat təqdim olunur. Xidmət, əsasən mal – material ehtiyatlarına, iş və xidmətlərə; faktiki alışlara;təchizatçılara açıq sifarişlər və istehsala sifarişlərə olan təmin edilməmiş tələbatın mövcudluğu haqqında məlumatlandırılır.

Tələbin təmin edilməsi malların saxlandığı yerdə sərbəst qalıqda rezerv edilməsi, həmçinin təchizatçılara sifarişlər və istehsala sifarişlərdə yerləşdirmə ilə həyata keçirilir..

Malların alış prosesinin, təchizatçılarla iş və xidmətlərin təmin edilməsi üçün aşağıdakı əməliyyatlar avtomatlaşdırılib:



  • təchizatçıların və əlaqə məlumatlarının qeydiyyatı;

  • təchizatçıların və rəqibərin qiymətlərinin saxlanması, kontragentin qiymət cədvəlinin çapı;

  • qiymət növünün, müqavilə üzrə kontragentin qiymət növünün saxlanması;

  • kontragentin nomenklatura qiymətini dyişən istifadəçi haqqında məlumatın saxlanması;

  • kontragentlərin əlaqəli şəxslərinin siyahısının və onların əlaqə məlumatlarının qeydiyyatı və saxlanması;

  • təchizatçılar və podratçılarla qarşılıqlı əlaqə zamanı hadisələrin qeydiyyatı – daxil olan və çıxan zənglər, mıktublar, görüşlər və s.;

  • təchizatçıya sifarişin tərtib olunması və onların icrasına nəzarət;

  • tədarük qrafikin formalaşması;

  • ehtiyatlara tələbatın hesablanması, ehtiyat kəsirlərinin müəyyən olunması, istehsala sifarişlər və təchizatçılara sifarişlərin formalaşdırılması yolu ilə ehtiyatların doldurulması tövsiyələrinin formalaşdırılması.

Mal – material ehtiyatlarının müəssisəyə daxil olması müxtəlif sxemlərdə əks oluna bilər:

  • kontragentdən ödənişin daxil olması,

  • təhtəlhesab şəxsdən əldə edilmə,

  • realizasiya üçün komissionerdən qəbul,

  • sifarişçi mal və materiallarının alınması.

Mal – materialehtiyatlarının əldə edilməsi üçün əlavə xərclərinqeydiyyatfunksiyası damövcuddur.

Müəssisə ehtiyatlarınınbir çoxanbarlardauçotunuaparmaq üçünaşağıdakı imkanlarnızırdı tutulub:



  • ehtiyatların fərdi uçotu – şəxsi malların, materialların, məhsulların, həmçinin komissiyaya verilmiş və qəbul edilmiş malların və emala verilmiş və qəbul edilmiş materialların;

  • istənilən xüsusiyyətli nomenklaturanın (rəng, ölçü və s.), həmçinin ehtiyat partiyalarının uçotu;

  • saxlama yerlərinin (zonalar, stellajlar, rəflər və s.) oyular çərçivəsində uçotu;

  • ehtiyatların yerdəyişməsi (saxlama yerləri arasında, istismara verilmə və istismardan qaytarılma, daxili ehtiyaclar üçün silinmə);

  • ehtiyatların rezerv olunması (ehtiyatların və alıcı sifarişləri kəsiyində xərclərin uçotu);

  • YGB kəsiyində ehtiyatların uçotu;

  • ehtiyatların uçotunun order sxemindən istifadə (anbar mədaxil orderləri, anbar məxaric orderləri);

  • etiket və qiymətliklərin çapı.

Ehtiyatlarıninventarlaşması və inventarizasiyanəticələrinin əksolunması funksiyaları dəstəklənir – Ehtiyatlarınmədaxilivə silinməsi.

Xidmət


«1C:Azərbaycan üçün şirkətin idarə edilməsi» materialların silinməsini nəzərdə tutan işlərin satışı imkanlarını və əməyin ödənilməsi xərclərinin uçotunu dəstəkləyir. Xidmət göstərilməsi faktı sifariş – naryad sənədinin köməyilə qeydə alınır ki, bu sənəd eyni zamanda işlərin görülməsi və xidmət göstərilməsinin planlaşdırma sənədi hesab olunur, həmçinin işlərin görülməsi, xidmətlərin göstərilməsi, malların satışı, material və əmək məsrəfləri faktını, material və əmək məsrəfləri uçotunu təsdiqləyən sənəddir.

Sifariş – naryad müəssisənin resurslarının planlaşdırılmasını mümkün edir, bunu da «Planlaşdırıcı» AİY – nin köməyilə həyata keçirmək mümkündür.


İstehsal


«1C:Azərbaycan üçün şirkətin idarə edilməsi» məhsul istehsalı, işlərin görülməsi, xidmətlərin göstərilməsi proseslərinin idarə edilməsini dəstəkləyir.

Görülən işlərin və istehsal olunan məhsulun tərkibi və texnologiyası haqqında verilənlərin idarə edilməsi spesifikasiyaların köməyilə həyata keçirilir.

Məhsul istehsalı plan – qrafiki istehsala sifarişlər əsasında; işlərin görülməsi, xidmətlərin göstərilməsi plan – qrafiki istehsala sifarişlər və sifariş – naryadlar əsasında formalaşır.

Müəssisənin resusrlarının yüklənməsinin planlaşdırılması istehsala sifarişlər və sifariş – naryadlarla həyata keçirilir.

Qeydə alınan istehsala sifarişlər aşağıdakı xüsusiyyətlərə malikdir:


  • alıcı sifarişi əsasında tələbin təmin edilməsi mənbəyi ola bilər;

  • istehsala sifarişlər əsasında material və komplektləşdiricilərə tələb hesablanır;

  • istehsala açıq sifarişlərdə yeni alıcı sifarişləri ilə yaranan tələblər yerləşdirilə bilər.

«1C:Azərbaycan üçün şirkətin idarə edilməsi» məhsul istehsalı faktını qeyd etməyə imkan verir. Buraxılış həm istehsal bölməsində, həm də anbarda (məsələn, qablaşdırma, komplektlərin yığılması) rəsmiləşdirilə bilər. Məhsul onu buraxan struktur vahidində göstərilir və digər struktur vahidinə yerləşdirilə bilər – məsələn, növbəti satışlar üçün anbara və ya texnoloji marşrut üzrə növbəti sexə.

Işin görülmə (xidmət göstərilmə) faktı və onun sifarişçiyə təhvili görülmüş işlərin aktında, həmçinin bilavasitə sifariş – naryadlarda əks olunur.

Əməkdaşların işinin planlaşdırılması üçün iki funksiya mövcuddur


  • işəmuzd naryadlar – əməyin işəmuzd ödənişi ilə istehsal tsiklinin texnoloji əməliyyatların yerinə yetirilməsinə tapşırıqların verilməsi üçün istifadə olunur; naryadlar fərdi və briqada ola bilər;

  • iş tapşırıqları – daxili və xarici layihələr çərçivəsində işçilərin yüklənməsinin planlaşdırılması üçün istifadə olunur.

Naryadlar və tapşırıqlar üzrə işlərin yerinə yetirilməsi haqqında faktiki məlumatların qeydiyyatı nəzərdə tutulur. Bu məlumat sonradan əmək haqqının hesablanmasında, həmçinin işin səmərəliliyinin qiymətləndirilməsində və personalın plan – fakt analizinin hazırlanmasında istifadə oluna bilər.

Müəssisənin xərclərinin uçotu və faktiki maya dəyərinin hesablanması üçün aşağıdakı funksiyalar mövcuddur:



  • faktiki xərclərin uçotu – lazımi kəsiklərdə dəyər və natural ölçüdə aparılır;

  • mal buraxılışı üçün sərf olunmuş maddi və qeyri – maddi xərclərin bölüşdürülməsi – həm qeyd edilən dövrə görə, həm də konkret mal buraxılış sənədi əsasında həyata keçirilə bilər;

  • dövrün bağlanması zamanı mal buraxılışının faktiki maya dəyərinin reqlamentli hesablanması;

  • buraxılmış məhsulun və görülmüş işlərin maya dəyəri haqqında hesabat.

Pul vəsaitləri


«1C:Azərbaycan üçün şirkətin idarə edilməsi» pul vəsaitlərinin uçotunu aparmağa, həmçinin operativ ödəniş təqvimini tərtib etməyə imkan verir.

Pul vəsaitlərinin idarə edilməsinə daxildir:



  • pul vəsaitlərinin kassada və bank hesablarında hərəkətinin uçotu;

  • bank və kassa üzrə ilkin sənədlərin tərtib olunması;

  • təhtəlhesab şəxslərlə hesablaşmalar;

  • ödəniş təqviminin tərtib olunması;

  • «Bank müştərisi» sistemi ilə inteqrasiya.

Əmək haqqı


Bu bölmənin imkanlarına personalın, həmçinin əvəzçiliklə işləyən işçilərin kadr uçotu, iş vaxtının uçotu (tabel) müəssisənin işçilərinin əmək haqqının avtomatik hesablama nəticələrinin qeydiyyatı daxildir.

Kadr uçotuna aşağıdakı funksiyalar daxildir:



  • işə qəbulun rəsmiləşdirilməsi,

  • kadr yerdəyişməsi,

  • personalın işdən azad edilməsi.

  • əmək haqqının hesablanması ilə əlaqədar imkanlar:

  • əmək haqqının hesablanması əlavələr və tutulmalar nəzərə alınmaqla həyata keçirilir;

  • işçilərə əmək haqqının və avansın ödənilməsini göstərən ödəmə cədvəllərinin tərtib olunması;

  • iş vaxtının uçotu – iş vaxtının uçotunu həm günlərlə, həm də ümumi, dövrlərə görə aparmağa imkan verən tabel istifadə edilir

Bölmədə personalla hesablaşmalar, işçilərə əlavələr və tutulmaların hesablanması üzrə analitik hesabatların tərtib edilməsi imkanları nəzərdə tutulub.

Müəssisə


Bu bölmə bütövlükdə müəssisəyə aid olan əməliyyatların uçotu üçün nəzərdə tutulub: bu bölmədə idarəetmə uçotu hesablar planının redaktəsi, əmlakın uçotu həyata keçirilir. Bölmədə həmçinin vergilərin hesablanması, digər xərclərin daxil edilməsi və bölüşdürülməsi, maliyyə nəticəsinin avtomatik tərtib olunması üçün təqvim ayının bağlanma prosedurunun çağırılması vasitələri nəzərdə tutulub.

Əmlak


Konfiqurasiya əmlakının – şirkətin əsas vəsaitlərinin və qeyri – maddi aktivlərinin uçotunun aparılmasını dəstəkləyir.

Əmlakla işləmə mexanizmi aşağıdakılara imkan verir:



  • əmlakın uçotunu aparmaq və amortizasiyanın hesablanması,

  • əmlakı uçota almaq və onun parametrlərini dəyişdirmək,

  • əmlakı satmaq və silmək.

Təhlil


«1C:Azərbaycan üçün şirkətin idarə edilməsi» tətbiqi həlldə idarəetmə uçotunu aparmaq, idarəetmə balansını tərtib etmək, maliyyə nəticəsini tərtib və analiz etmək imkanları reallaşır.

Bu məqsədlər üçün sistemdə idarəetmə hesablar planı və sənədlərin idarəetmə müxabirləşmələrinin tərtib edilmə mexanizmi nəzərdə tutulub.

Dövriyyə - qalıq cədvəli kimi hesabatların mövcudluğu hesabına tətbiqi həll istənilən vaxt kəsiyi üçün maliyyə hesabatını əldə etməyə imkan verir.

Gəlir və xərclərin uçotu üçün köçürmə metodu və ya köçürmə və kassa metodu istifadə edilə bilər.

Köçürmə metodu ilə gəlir və xərclərin analitik uçotu fəaliyyət istiqaməti, bölmələr, alıcı sifarişləri, gəlir və xərc maddələri (hesablar) üzrə aparılır.

İdarəetmə uçotu məlumatlarına əsasən istifadəçi əsas maliyyə hesabatlarını tərtib etmək imkanına malikdir:



  • idarəetmə balansı,

  • mənfəət və zərər hesabatı,

  • pul vəsaitlərinin hərəkəti hesabatı.

Sistemdə maliyyə planlarının (büdcələrin) qeydiyyat imkanı mövcuddur:

  • proqnoz balans,

  • mənfəət və zərərlər büdcəsi,

  • pul vəsaitlərinin hərəkət büdcəsi.

Fəaliyyət göstəriciləri


Müəssisənin fəaliyyətinə nəzarət üçün rəhbər tərəfindən «Rəhbər nəzarəti» nəzərdə tutulub ki, burada əsas göstəricilər əks olunur:

  • müəssisənin hesablarında və kassalarda pul vəsaitləri qalıqları;

  • satış dinamikası;

  • debitor borcu – ümumi, gecikdirilmiş;

  • kreditor borcu – ümumi, gecikdirilmiş;

  • mənfəət və zərərlər;

  • malların göndərilməsi və xidmətlərin göstərilməsi üzrə alıcı və sifarişçilər qarşısında yerinə yetirilməmiş öhdəliklər;

  • malların göndərilməsi və xidmətlərin göstərilməsi üzrə təchizatçılar və podratçılara olan yerinə yetirilməmiş öhdəliklər.

Əlavə olaraq aşağıdakı məlumatı əldə etmək olar:

  • ümumi göstəricilər: satışlar, gəlirlər və xərclər, dövriyyə vəsaitlərinin (pul vəsaitlərinin, ehtiyatların və debitor borclarının) vəziyyəti;

  • pul vəsaitləri: dövr üzrə, maddələr daxilində qalıqlar və pul vəsaitlərinin hərəkəti;

  • debitor borcu: dövr üzrə, borc müddətinə görə qalıqlar və dinamika;

  • kreditor borcu: dövr üzrə, borc müddətinə görə qalıqlar və dinamika.

« Azərbaycan üçün şirkətin idarə edilməsi » Almaq

Proqramın tövsiyyə olunmuş pərakəndə qiyməti, AZN, ƏDV-siz – 408 AZN

Tövsiyyə olunan iş yerlərin sayı – birdən iyirmiyə kimi.

« Azərbaycan üçün şirkətin idarə edilməsi »-ni bir neçə kompüterdə istifadə etmək istəyirsinizsə, əlavə lisenziyalar alınmalıdır.

Müştəri lisenziyasının qiyməti(AZN)

1 iş yeri – 138 AZN

5 iş yeri – 477 AZN

10 iş yeri – 917 AZN



20 iş yeri – 1 742 AZN
Yüklə 87,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin