Satışlar
«1C:Azərbaycan üçün şirkətin idarə edilməsi» müəssisənin məhsul çeşidinin, qiymətlərin və güzəştlərin, satışın planlaşdırılmasının tətbiqini, həmçinin alıcılar və sifarişçilərlə işi dəstəkləyir.
Proqramda məhsul çeşidi ilə əməliyyatlar avtomatlaşdırılıb:
müəssisənin nomenklaturasının (mal və xidmətlərin) qeydə alınması və saxlanılması;
nomenklaturanın müxtəlif növlərinin qeydə alınması və saxlanılması, qiymət cadvəlinin çapı;
güzəşt və əlavələrin növlərinin qeydə alınması;
qiymətin müəyyən olunması və dəyişdirilməsi, qiymətin baza qiymət növünə, nomenklatura qiymətlərinə və ya kontragent qiymətlərinə görə hesablanması, yuvarlaqlaşdırma.
Proqram aşağıdakıları dəstəkləyir:
qiymət hesablama üsulunun saxlanması (qiymətlərin baza növü və əlavənin faizi), dinamik və hesab qiymətlərinin dəstəklənməsi;
qiymətlərin qiymət cədvəlinə çıxarılması zamanı istifadə olunan nomenklatura qiymət növü üçün formatın saxlanması;
nomenklatura qiymətini dəyişən istifadəçi haqqında məlumatın saxlanması.
Satış planları natural və dəyər ifadəsində formalaşa bilər və bütöv müəssisə üzrə və ya ayrılıqda bölmələr üzrə tərtib oluna bilər.
Satışların effektivliyinin analizi üçün ayrılıqda bölmələr, nomenklatura qrupları və mallar üzrə satışların plan – fakt analizi formalaşır.
Satışların hazırlanması və müştərilərlə iş proqramda aşağıdakı əməliyyatlarla həyata keçirilir:
müştərilərin əlaqə məlumatlarının qeydiyyatı və saxlanması;
kontragentlərin əlaqəli şəxslərinin siyahısının və onların əlaqə məlumatlarının qeydiyyatı və saxlanması;
alıcılar və sifarişçilərlə qarşılıqlı əlaqəyə girərkən hadisələrin qeydiyyatı – daxil olan və çıxan zənglər, məktublar, görüşlər və s.;
alıcılarla müqavilələrin qeydiyyatı;
alıcı sifarişlərinin qeydiyyatı (sifariş faktiki olaraq müqaviləyə spesifikasiya hesab olunur ki, burada malların, işlərin növü, çatdırılma/yerinə yetirilmə müddətləri, həmçinin dəyər əks olunur);
sifariş – naryadların qeydiyyatı (sifariş – naryad eyni zamanda işlərin görülməsi və xidmətlərin göstərilməsinin planlaşdırma sənədidir, həmçinin işlərin görülməsi, xidmətin göstərilməsi, malın satışı faktını, material və əmək sərfiyyatı uçotunu təsdiq edən faktiki sənəddir);
alıcı sifarişlərinin layihəyəbirləşdirilməsi;
malların göndərilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi qrafikinin formalaşması;
anbarlarda malların sərbəst qalıqlarının rezerv olunması, təchizatçıya sifarişlərin və/və ya istehsala sifarişlərin yerləşdirilməsi yolu ilə məhsula, işlərə, xidmətlərə yaranan tələbatın təmin edilməsi;
alıcı sifarişinin mallarla, məhsullarla, iş və xidmətlərlə təmin olunmasının izlənməsi.
Proqramda aşağıdakı satış sxemləri dəstəklənir:
anbardan və sifariş əsasında satışlar;
kredit və ya ilkin ödəniş əsasında göndərilmə;
komissiyaya qəbul edilmiş malların realizasiyası;
malların realizasiya üçün komissionerə verilməsi.
Məhsulun, iş və xidmətlərin satışının rəsmi sənədləşdirilməsi məhsul fakturası və ya görülmüş işlər aktı, həmçinin sifariş – naryadlarda həyata keçirilir. Satış sənədlərinin əsasında hesab – fakturalar formalaşır.
Dostları ilə paylaş: |