İstehsal
«1C:Azərbaycan üçün şirkətin idarə edilməsi» məhsul istehsalı, işlərin görülməsi, xidmətlərin göstərilməsi proseslərinin idarə edilməsini dəstəkləyir.
Görülən işlərin və istehsal olunan məhsulun tərkibi və texnologiyası haqqında verilənlərin idarə edilməsi spesifikasiyaların köməyilə həyata keçirilir.
Məhsul istehsalı plan – qrafiki istehsala sifarişlər əsasında; işlərin görülməsi, xidmətlərin göstərilməsi plan – qrafiki istehsala sifarişlər və sifariş – naryadlar əsasında formalaşır.
Müəssisənin resusrlarının yüklənməsinin planlaşdırılması istehsala sifarişlər və sifariş – naryadlarla həyata keçirilir.
Qeydə alınan istehsala sifarişlər aşağıdakı xüsusiyyətlərə malikdir:
alıcı sifarişi əsasında tələbin təmin edilməsi mənbəyi ola bilər;
istehsala sifarişlər əsasında material və komplektləşdiricilərə tələb hesablanır;
istehsala açıq sifarişlərdə yeni alıcı sifarişləri ilə yaranan tələblər yerləşdirilə bilər.
«1C:Azərbaycan üçün şirkətin idarə edilməsi» məhsul istehsalı faktını qeyd etməyə imkan verir. Buraxılış həm istehsal bölməsində, həm də anbarda (məsələn, qablaşdırma, komplektlərin yığılması) rəsmiləşdirilə bilər. Məhsul onu buraxan struktur vahidində göstərilir və digər struktur vahidinə yerləşdirilə bilər – məsələn, növbəti satışlar üçün anbara və ya texnoloji marşrut üzrə növbəti sexə.
Işin görülmə (xidmət göstərilmə) faktı və onun sifarişçiyə təhvili görülmüş işlərin aktında, həmçinin bilavasitə sifariş – naryadlarda əks olunur.
Əməkdaşların işinin planlaşdırılması üçün iki funksiya mövcuddur
işəmuzd naryadlar – əməyin işəmuzd ödənişi ilə istehsal tsiklinin texnoloji əməliyyatların yerinə yetirilməsinə tapşırıqların verilməsi üçün istifadə olunur; naryadlar fərdi və briqada ola bilər;
iş tapşırıqları – daxili və xarici layihələr çərçivəsində işçilərin yüklənməsinin planlaşdırılması üçün istifadə olunur.
Naryadlar və tapşırıqlar üzrə işlərin yerinə yetirilməsi haqqında faktiki məlumatların qeydiyyatı nəzərdə tutulur. Bu məlumat sonradan əmək haqqının hesablanmasında, həmçinin işin səmərəliliyinin qiymətləndirilməsində və personalın plan – fakt analizinin hazırlanmasında istifadə oluna bilər.
Müəssisənin xərclərinin uçotu və faktiki maya dəyərinin hesablanması üçün aşağıdakı funksiyalar mövcuddur:
faktiki xərclərin uçotu – lazımi kəsiklərdə dəyər və natural ölçüdə aparılır;
mal buraxılışı üçün sərf olunmuş maddi və qeyri – maddi xərclərin bölüşdürülməsi – həm qeyd edilən dövrə görə, həm də konkret mal buraxılış sənədi əsasında həyata keçirilə bilər;
dövrün bağlanması zamanı mal buraxılışının faktiki maya dəyərinin reqlamentli hesablanması;
buraxılmış məhsulun və görülmüş işlərin maya dəyəri haqqında hesabat.
Dostları ilə paylaş: |