«1C:Azərbaycan üçün şirkətin idarə edilməsi» pul vəsaitlərinin uçotunu aparmağa, həmçinin operativ ödəniş təqvimini tərtib etməyə imkan verir.
Pul vəsaitlərinin idarə edilməsinə daxildir:
pul vəsaitlərinin kassada və bank hesablarında hərəkətinin uçotu;
bank və kassa üzrə ilkin sənədlərin tərtib olunması;
təhtəlhesab şəxslərlə hesablaşmalar;
ödəniş təqviminin tərtib olunması;
«Bank müştərisi» sistemi ilə inteqrasiya.
Əmək haqqı
Bu bölmənin imkanlarına personalın, həmçinin əvəzçiliklə işləyən işçilərin kadr uçotu, iş vaxtının uçotu (tabel) müəssisənin işçilərinin əmək haqqının avtomatik hesablama nəticələrinin qeydiyyatı daxildir.
Kadr uçotuna aşağıdakı funksiyalar daxildir:
işə qəbulun rəsmiləşdirilməsi,
kadr yerdəyişməsi,
personalın işdən azad edilməsi.
əmək haqqının hesablanması ilə əlaqədar imkanlar:
əmək haqqının hesablanması əlavələr və tutulmalar nəzərə alınmaqla həyata keçirilir;
işçilərə əmək haqqının və avansın ödənilməsini göstərən ödəmə cədvəllərinin tərtib olunması;
iş vaxtının uçotu – iş vaxtının uçotunu həm günlərlə, həm də ümumi, dövrlərə görə aparmağa imkan verən tabel istifadə edilir
Bölmədə personalla hesablaşmalar, işçilərə əlavələr və tutulmaların hesablanması üzrə analitik hesabatların tərtib edilməsi imkanları nəzərdə tutulub.