Q əRBİ kaspi universiteti SƏRBƏ


Mirzə Kazım bəyin siyasi görüşləri



Yüklə 63,82 Kb.
səhifə2/4
tarix01.01.2022
ölçüsü63,82 Kb.
#106986
1   2   3   4
bextiyar xankisiyev mirze kazimbey

Mirzə Kazım bəyin siyasi görüşləri

Kazım bəy 26 yaşında ikən London Kral Asiya cəmiyyətinin həqiqi üzvü seçildi. İki il keçdikdən sonra fars dilində ərəb filologiyasına dair əsərinə görə Şərq dilçiliyi magistri dərəcəsi aldı. Sənədlərdən məlum olur ki, Kazım bəy universitetə lektor təyin olunanda rus dilini heç bilmirdi. Ona görə də rus dilini əsaslı şəkildə öyrənmək vəzifəsini qarşıya qoyan Kazım bəy çox keçmədən öz mühazirələrini rus dilində oxumağa başlamışdı. O, eyni zamanda Sədinin "Gülüstan" əsərini rus dilinə tərcümə etməyə başlamış və 1829-cu ilin sonunda başa çatdırmışdı. Kazım bəy Kazan Universitetində fəaliyyəti dövründə elmi-tədqiqat işləri ilə də ciddi məşğul olurdu. "Ərəb ədəbiyyatı haqqında mülahizələr" adlı əsərini tamamladıqdan sonra Krım xanlarının tarixinə həsr etdiyi əsəri də yazıb qurtarmışdı. Bu əsər "Əssab as-Səyyar, yaxud yeddi səyyarə" adlanırdı. (Aleksey Pilev, "Aleksandr Kazımbəy: Şərqdən doğan işıq"" (rus dilində), Moskva – 2003. (səh. 94))

Kazım bəy Rusiyanın elm aləmində dərin bilikli alim kimi tanınırdı. Ona görə də Kazım bəy Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi.

Kazım bəy böyük rus yazıçısı L.N.Tolstoyla da yaxından tanış idi. L.N.Tolstoy Kazan Universitetinə daxil olmağa hazırlaşan vaxtlar Kazım bəy ona türk və ərəb dillərini öyrənməyə kömək etmiş və nəticə uğurlu alınmışdı.

Professor Kazım bəy Kazanda yaşadığı iyirmi ildən artıq müddətdə son dərəcə səmərəli elmi və pedaqoji fəaliyyət göstərmişdi. Onun Azərbaycan dilinin öyrənilməsi sahəsində tədqiqatları xüsusi qeyd olunmalıdır. Azərbaycan dilinin elmi qrammatikasının əsas prinsiplərini Kazım bəy işləyib hazırlamışdır. "Azərbaycan dili" termininin elmi əsaslarını ilk dəfə o, vermişdir.

Brokhauz və Efronun Ensiklopedik lüğətində Kazım bəy haqqında bu sözlər yazılmışdır: "Şərqşünaslıq sahəsində dərin erudisiyası, Avropa dillərini yaxşı bilməsi Kazım bəyi həm Qərbi Avropanın, həm də Rusiyanın birinci yerdə dayanan şərqşünasları sırasına çıxarmışdır".

1849-cu ildə Sankt-Peterburq Universitetinin rəsmi dəvəti ilə Peterburqa gedən Kazım bəy orada fars dili ilə bərabər ərəb dilini də tədris etmişdi.1850-ci ilin fevral ayında Rusiya coğrafiya cəmiyyətinin həqiqi üzvü seçilmiş, bir müddətdən sonra Şirvan və Dərbəndin qədim tarixinə dair "Dərbəndnamə" adlı çox mühüm əsərini nəşrə hazıramışdı. Təqribən 12 il ərzində ərsəyə gətirdiyi bu əsərində Kazım bəy təkcə ona məlum əlyazmalardan deyil, həm də Qərbi Avropa alimlərinin əsərlərindən də faydalanmışdı.

Rusiyada və Qərbi Avropa ölkələrində geniş rezonans doğurmuş bu əsərə görə o, Peterburq Elmlər Akademiyasının çox prestijli sayılan Demidov mükafatına layiq görülmüşdü. Sonralar bu əsərə görə Kazım bəyə Britaniya kraliçasının qızıl medalı verilmişdi.

Kazım bəy Peterburq Universitetində çalışmaqla kifayətlənməyib Hərbi Akademiyanın zabit heyəti üçün türk dilindən mühazirələr oxuyurdu. O, İmperator Hərbi Akademiyasında keçilən türk dili kursu üçün dərs vəsaiti də hazırlamış və bu əsərinə görə ona növbəti dəfə Demidov mükafatı verilmişdi. (Aleksey Pilev, "Aleksandr Kazımbəy: Şərqdən doğan işıq"" (rus dilində), Moskva – 2003. (səh. 96))

1854-cü ilin oktyabrında Peterburq Universitetinin Şərq dilləri şöbəsi fakültəyə çevriləndən sonra Kazım bəy oranın ilk dekanı seçilmişdi. Onun təklifi ilə bu fakültədə qədim ərəb, yeni ərəb, fars, osmanlı türkcəsi, Azərbaycan-türk, caqatay, monqol, kalmık, mancur, Çin, qədim yəhudi, yeni yəhudi, gürcü dili və ləhcələrinin tədrisi başlamışdı. Qərbi Avropanın heç bir ölkəsində belə bir iş görülməmişdi. Kazım bəy Şərq dilləri fakültəsində əlavə olaraq xarici əlaqələr, siyasi-iqtisad, mülki hüquq və cinayət hüququ məsələlərinin, latın dilinin və pedaqogikanın tədrisinin aparılmasına nail olmuşdu.

Həmin illərdə Kazım bəy hələ Kazanda başladığı "Quranın tam konkordansı"nı (Konkordans mətnin öyrənilməsinin çoxdan məlum olan, lakin bu vaxtadək lazımınca dəyərləndirilməyən ənənəvi öyrənilməsi üsuluna deyilir - red.) nəşrə hazırlamışdı. Kazım bəy bu əsərini 25 ilə tamamlamışdı. Xalq maarifi nazirliyinin jurnalı "Konkordans" əsərinə münasibətini belə bildirmişdi: "Bu əsərə görə həm islam aləmi, həm də bu aləmi tədqiq edən bütün ölkələrin şərqşünasları Kazım bəyə yüksək dərəcədə minnətdardır".

Kazım bəy ərəb, fars, türk və Azərbaycan ədəbi əsərlərinin məxəzlərini və onların qarşılıqlı əlaqələrini tədqiq etmişdir. İslamın meydana gəlməsi dövründən XIX əsrin başlanğıcına qədər ərəb ədəbiyyatının, Firdovsi zamanından fars ədəbiyyatının, Nizamidən başlamış Mirzə Fətəli Axundov dövrünədək Azərbaycan ədəbiyyatının vəziyyəti böyük alimin əsərlərində öz əksini tapmışdır. (Aleksey Pilev, "Aleksandr Kazımbəy: Şərqdən doğan işıq"" (rus dilində), Moskva – 2003. (səh. 99))



  1. Yüklə 63,82 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin