Ərinti karbamidi bölməsinin "buxarlandırma" hissəsinin ilkin qoşulmasına hazırlıq: 1. I və II pillə buxarlandırıcılar (U-E-401 və U-E-402) qızdırılır və havalandırılır.
2. PV-7001 klapanı I mərhələ və PV-7007 klapanı II mərhələ buxarlandırıcı üçün tam açılır.
3. Buxarlandırma kondensatorlarına (U-E-702, U-E-703) soyuducu suyun təmin edilməsi
4. Doymuş aşağı təzyiqli (SLP) buxarı FO-6013 vasitəsilə karbamid saxlanma çəninin
(U-T-302) B bölməsinə ötürülür.
5. Karbamid ərinti nasosu (U-P-401A/B) buxar kondensatı ilə doldurulur və resirkuliyasiya xətti ilə karbamid saxlanma çəninə yığılır.
II. Ərinti karbamidi bölməsinin "buxarlandırma" hissəsinin ilkin işə qoşulması:
1. Karbamid məhlulu nasosu (U-P-303A/B) işə qoşulur.
2. SG-4001 nəzarət şüşəsində səviyyə görünərsə və karbamid ərinti nasosunun
(U-P-401A/B) girişində LI-4001 səviyyə göstəricində artma olarsa, karbamid saxlanma çəninə (U-T-302) gedən karbamid ərinti nasosu işə salınır.
Resirkulyasiya xəttindəki SLP buxar üfürülməsi dayandırılır.
3. PIC-6013A /LI-4001 vasitəsilə əl-mexaniki rejimdə səviyyə 60%-də nəzarət olunur, müşahidə şüşəsi SG-4001 yoxlanılır.
4. I və II buxarlandırıcıların seperatorlarının çıxış temperaturları:
U-V-401in Tçıxış=130°C
U-V- 402nin Tçıxış=140°C saxlanılır.