4. Birinci reformerə təbii qazın(xammalın) verilməsi:
-Təbii qaz birinci reformerə verilməzdən əvvəl kükürdsüzləşdirmə bölməsinin çıxışında kükürd ˂0.05 ppm olmalıdır.İlkin olaraq birinci refomerə təbii qaz təxminən 2000Nm3/saat verilir.Təbii qaz verildiyi üçün sobada temperatur düşməyə başlayır və tüstü qazları temperaturu 30-50 C artırılır. Qazın sərfiyyatı ilk olaraq buxar sərfiyyatı artırılmaqla 11000Nm3/saat-a artırılır.Sistem təzyiqi 20 bara artırılmaqla birinci reformerin çıxış temperaturu 700 C-ə artırılır. Yüksək təzyiqli buxarın təzyiqi orta təzyiqli buxarın təzyiqindən yüksək olduğu üçün yüksək təzyiqli buxar orta təzyiqli buxar kollektoruna verilməyə başlanılır.