115
tərkibindən və nəmlik dərəcəsindən asılı olaraq 1200-1500 m
3
/ha götürülə bilər. Ağır torpaqlarda
arat sentyabrın, yüngül torpaqlarda isə oktyabrın birinci ongünlüyündə başa çatmalıdır. Aratdan
sonra sahə yetişdikcə malalanmalı və toxum basdırılan dərinlikdən çox olmayaraq başdan-başa
becərən herik kultivatoru ilə becərilməlidir.
Əgər torpaq yüngül qranulometrik tərkibə malikdirsə, qumsaldırsa, şum qatı
nazik və alt
hissəsi daşlıdırsa suyu özündən tez keçirib aşağı qata salır. Buna görə də bu cür torpaqlarda
səpsuvar aparılır. Taxıl səpilən kimi sahə suvarılmalıdır. Səpsuvar aratda olduğu kimi şırım üsulu
ilə aparılmalıdır. Səpsuvar üçün hektara 800-900 m
3
su sərfi yaxşı normadır.
Yüksək məhsulun əldə edilməsi toxumun keyfiyyətindən çox asılıdır. İri toxumlardan alınmış
bitkilər kollanma buğumunu (düyün) daha dərində əmələ gətirirlər və bu bitkilər qışa davamlı
olurlar. İri toxumlardan alınmış bitkilər daha güclü kök sistemi əmələ gətirirlər, tez inkişaf edirlər,
nisbətən quraqlığa dözürlər, xəstəliyə əhəmiyyətli dərəcədə az tutulurlar və yüksək məhsul verirlər.
Məs:
mütləq kütləsi 45 qram olan Qılçıqsız-1 buğda sortu hektardan 50 sentner dən məhsulu
verdiyi halda, 47 qr-lıq isə 54 sentner vermişdir.
Toxumun keyfiyyəti onun tərkibindəki zülalın miqdarından da çox asılıdır. Toxumun
cücərməsi və vegetativ kütlənin inkişafı, generativ orqanların əmələ gəlməsi zülalın miqdarından
asılıdır.
Məs:
suvarılan bölgələrdə dənin tərkibində 18% zülal olan payızlıq buğda əkinlərində
məhsuldarlıq hektardan 36,5 sentner olduğu halda, dəndə zülal 15% olduqda məhsuldarlıq 28,5
sentner olmuşdur.
Payızlıq buğda elə
bir müddətdə səpilməlidir ki, qışlamaya qədər bitki 3-4 gövdə əmələ
gətirmiş olsun. Bu halda bitkinin yarpaq, gövdə və kollanma buğumunda kifayət qədər üzvi
maddələr toplanır və onların kök sistemi güclü inkişaf edir. Belə bitkilər qışın əlverişsiz şəraitinə
davamlı olurlar. Eyni zamanda pas xəstəliklərinə və həşəratlara qarşı da dözümlü olurlar. Bunun
üçün payızlıq buğdanı elə müddətdə səpmək lazımdır ki, qışlamaya qədər 3-4 gövdə əmələ gətirmiş
olsun və payız vegetasiyası 50-55 günə (yarovizasiya) çatsın. Bu müddətdə faydalı
temperaturun
miqdarı 550-580
0
C-yə bərabər olur. Səpinin ən yaxşı müddəti orta gündəlik temperatur 14-17
0
C-
dir. Həm tez və həm də gecikmiş səpinlərdə bitkilər az məhsuldar olurlar.
Hər bir fermer təsərrüfatında səpin müddəti meteoroloji şəraitdən, torpaq tipindən,
sələflərdən, sortun xüsusiyyətləri və digər faktorlardan asılı olaraq dəyişə bilər. Səpinin 3-5 gün
müddətində başa çatdırılması zəruridir.
Payızlıq buğdanın məhsuldarlığı səpin müddətinin düzgün təyin edilməsindən çox asılıdır.
Səpin elə bir müddətdə aparılmalıdır ki, qış şaxtaları düşənə qədər ümumi kollanma 4-5-ə (hər
kolda 4-5 budaq) bərabər olsun. Respublikanın ayrı-ayrı bölgələrində payızlıq buğda üçün aşağıdakı
optimal səpin müddəti müəyyən edilmişdir:
-
aran suvarma bölgələrində oktyabrın əvvəllərindən oktyabrın 25-dək, həmin bölgədə
nəmliklə təmin olunmuş dəmyə şəraitdə oktyabrın 20-dək;
-
dağətəyi bölgənin rütubətlə təmin olunmayan dəmyə rayonlarında sentyabrın 20-dən
oktyabrın 10-na qədər;
- dağlıq bölgədə avqustun 20-dən sentyabrın 10-na qədər.
Payızlıq dənli bitkilərin toxumu əsasən üç üsulla səpilir: Adi cərgəvi (cərgəarası 15 sm),
darcərgəli (cərgəarası 7,5 sm) və çarpaz. Ən əlverişli səpin üsulu darcərgəli üsuldur. Bu üsulla səpin
apardıqda hektarda olan cərgələrin sayı adi cərgəvi üsula nisbətən 2 dəfə artır, cərgədə olan
bitkilərarası məsafə də müvafiq olaraq artır.
Beləliklə, toxumlar torpağa bərabər səpilir. Belə
olduqda bitkilər su, qida maddələri və günəş işığından daha səmərəli istifadə edir.
Payızlıq buğdanın müasir texnologiya ilə becərilməsi zamanı səpin daima texnoloji cığır
qoymaqla aparılır. Səpin üçün DT-75, T-74, MTZ-80/82 traktorlarına asılan SZ-3,6 yaxud SZP-3,6
tipli traktordan asılan səpici aqreqatlardan istifadə edilir. Daimi texnoloji 1800 mm-lik cığır
qoymaq üçün traktora qoşulmuş səpən aqreqatın 6 -7 və 18 - 19-cu, 1400 mm-lik aqreqatın isə 7-8
və 17-18-ci səpən aparatları bağlanılır. Bu halda hər 10,8 metrdən bir 450 mm enində iki ədəd
səpilməyən cığır alınır. Səpindən sonra məhsul yığımına qədər bütün vasitələr (gübrə, pestisidlər,
116
retardant və s.) tətbiq edilərkən traktor və aqreqatın təkəri bu cığırla hərəkət etdiyindən bitkini
ayaqlamır.
Payızlıq buğdanın toxumlarının səpin norması iki üsulla müəyyənləşdirilir: Birinci kütlə
üsulu, ikinci vahid sahədə sortun bioloji xüsusiyyətlərindən asılı olaraq cücərən toxumun sayı üsulu
ilə.
Kütlə üsulu ilə səpin normasının təyinində bəzi çatışmayan cəhətlər vardır. Belə ki, bu üsulla
səpin normasını təyin etdikdə sortun bioloji xüsusiyyətini tam nəzərə almaq mümkün olmur. Kütlə
üsulunda toxumlar iri olduqda hektara sayca az, xırda olduqda isə çox toxum səpilir,
bitkilərin
sahədə seyrək və ya çox sıx yerləşməsinə səbəb olur. Bu da məhsuldarlığa mənfi təsir göstərir.
Səpində cərgələrin istiqaməti də böyük əhəmiyyət kəsb edir. Relyefə uyğun olaraq, yaxşı olar
ki, cərgələr şimaldan cənuba doğru olsun. Belə halda bitkilər səhər və axşam qiymətli günəş
şüalarından yaxşı istifadə edirlər. Günorta çağı bitkilər qızmaqdan az əziyyət çəkirlər və nəticədə
məhsuldarlıq hektardan 2-3 sentnerə qədər artır.
Payızda güclü inkişaf etmiş bitkilər (təbii şəraitdən asılı olaraq) gövdənin üçdə biri qədər
hündürlükdən biçilir. Biçilmiş yaşıl kütləni sahədən tez çıxarmaq lazımdır ki, bitkilərin üzərində kif
göbələyi əmələ gəlməsin. Biçilmiş kütləni vaxtında çıxardıqda qışın soyuqlarına qədər bitki
möhkəmlənir. Mal-qaranın belə tarlalarda otarılması qadağandır.
Payızın sonunda buğda əkinlərini kök çürüməsinə qarşı hektara 3-5 kq hesabı ilə fundazolla
işləmək mümkündür.
Son illər respublikamızın qabaqcıl fermer təsərrüfatlarında payızlıq buğdanın səpin norması
vahid sahədə cücərəcək toxumların sayı hesabı ilə müəyyənləşdirilir. Bu da hər bir sortun xarici
faktorlara tələbi ilə əlaqələndirilir.
Dəmyə şəraitdə suvarmaya nisbətən səpin norması azaldılmalıdır. Sələf dənli-paxlalı bitkilər
olduqda və sahə azotla yüksək dərəcədə təmin edildikdə səpin norması sələfi taxıllar olana nisbətən
az götürülməlidir. Belə ki, azotun çox olması kollanmaya
müsbət təsir edir, bu da taxılın çox sıx
olmasına səbəb ola bilər.
Qranulometrik tərkibi ağır olan torpaqlarda səpin norması strukturlu torpaqlara nisbətən
yüksəldilməlidir, çünki ağır torpaqlarda toxumların tarla cücərmə faizi nisbətən aşağı olur.
Səpin optimal müddətdən tez aparıldıqda səpin normasını nisbətən azaltmaq, gec apardıqda
isə artırmaq lazımdır.
Payızlıq buğdanın səpin norması müəyyən edilərkən torpağın münbitliyini, sələfləri, səpin
müddəti və üsulunu, istifadə olunan sort və iqlim şəraitini nəzərə almaq zəruridir.
Səpin norması
elə müəyyənləşdirilməlidir ki, yığım dövründə 1 m
2
-də 500-600 ədəd
məhsuldar gövdə olsun. Bu cür məhsuldar sıxlıqlı əkinlərin hər hektarından 5-6 ton məhsul
götürmək mümkündür. Düzgün planlaşdırılmış səpin norması torpaqdan qida maddələrinin və
nəmliyin daha yaxşı istifadə olunmasına səbəb olur. Adətən həm seyrək, həm də sıx səpinlərdə
məhsuldarlıq aşağı olur.
Səpin norması sortun xüsusiyyətinə (kollanma qabiliyyəti, yatmaya qarşı davamlılığı), səpin
üsuluna və torpağın münbitliyinə uyğun olaraq müəyyənləşdirilir.
Payızlıq buğdanın təxmini norması bir hektara 4,5 - 5,0 – 5,5 milyon ədəd cücərmə
qabiliyyətli toxumdur. Bütün şərtlərdən asılı olaraq səpin norması hər hektara fiziki çəkidə 180-250
kq-a qədər dəyişə bilər.
Toxumun dolğunluğu və cücərtilərin tez alınması, kollanma
düyününün dərində yerləşməsi,
kollanması, şaxtaya davamlılığı və qışlaması onun basdırılma dərinliyindən asılıdır. Toxumun
basdırılma dərinliyi isə səpin müddətindən, nəmlikdən, torpağın qranulometrik tərkibindən və
toxumun iriliyindən asılıdır. Payızlıq buğda toxumunun optimal basdırılma dərinliyi 4-5 sm-dir.
Qranulometrik tərkibi yüngül olan və tez quruyan torpaqlarda toxumun basdırılma dərinliyini 2-3
sm, ağır və nəmli torpaqlarda isə 1-2 sm dayaz basdırmaq məsləhət görülür. Dəmyə şəraitdə toxumu
torpağın nəm qatına səpmək məqsədi ilə onları 6-8 sm dərinliyə basdırmaq məqsədə uyğundur.
Səpiləcək toxumun torpağın nəm qatına düşməsi vacibdir.
Dostları ilə paylaş: