Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə105/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   101   102   103   104   105   106   107   108   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Məhsulun yığılması. 
Yığımın müddəti və üsulu məhsulun həcmindən (miqdarı) və 
keyfiyyətindən asılıdır. Dənli bitkilər istehsalında məhsul yığımı ən məsul, böyük diqqət və gərgin 
əmək tələb edən prosesdir. Bu dövrdə ən mühüm məsələ məhsulu vaxtında və itkisiz yığmaqdır. 
Taxıl biçininin 10-15 gün gecikdirilməsi 23-27% məhsul itkisi deməkdir. Payızlıq buğda birfazalı 
(kombaynla birbaşa) və ikifazalı (hissə-hissə) üsulla yığılır. Yığıma tam yetişkənlik fazasında 
başlanılır.
Küləşin biçilməsinə dəndə nəmlik 35%-ə endikdə başlamaq olar. Yəni 35% nəmlikdə taxıl 
hissə-hissə yığılır: Küləş əvvəlcə taxıl biçən maşınla (JVN-6A, JVR-10, JRB-4,2) biçilir, kütlə 
quruduqdan sonra (aran rayonlarında 3-4, dağ rayonlarında 5-7 gün) biçilmiş taxıl xüsusi aqreqatla 
təchiz edilmiş CK-5, «Niva» və ya «Kolos», yaxud yeni kombaynlarla döyülür. Biçin zamanı 
kəsimin hündürlüyü torpaq səthindən 10-20 sm, alçaq boylu və yatmış taxıllar üçün 10 sm-dən az, 
uzun küləşli və yatmış taxıllar üçün isə 15-20 sm həddində müəyyən edilir. 
Hissə-hissə yığım məhsul yığımının tez başlanmasına, tökülmənin (dən itkisinin) qarşısının 
alınmasına və quru dən əldə edilməsinə imkan verir, toxumluq materialın və satışa yararlı dənin 
qurudulması və təmizlənməsi işinin həcmini əhəmiyyətli dərəcədə azaldır. Eyni zamanda payızlıq 
buğdanın yığımı ilə yanaşı vaxtlı-vaxtında kövşənliyin üzlənməsi və payız şumunun qaldırılması 
üçün küləşin də sahədən çıxarılması zəruridir. Küləş bütöv (tam), kip bağlanmış (
pres
) və 
xırdalanmış halda yığılır. 
Nəmlik dəndə 17-18% olduqda taxılı birbaşa kombaynla yığmaq olar. Böyük sahələrdə hər iki 
üsul əlaqələndirilərək tətbiq olunmalıdır. Birbaşa yığım mum yetişkənlik fazasının sonunda aparılır. 
Bunun üçün bitkinin sünbüllü gövdəsi eozin məhlulunda 3 saat saxlanılır. Əgər sünbül rəngini 
dəyişmirsə yığım aparmaq olar, sünbül qızarırsa deməli, bu süd yetişkənlik fazasıdır. Yığım 
gecikdirildikdə tənəffüsün hesabına dəndə quru maddənin miqdarı azalır. Çox alaqlanmış, yatmış 
taxıl və şoran torpaqlarda inkişafı qeyri bərabər olan sahələrdə də taxıl hissə-hissə üsulla 
yığılmalıdır.
Yığılmış taxıl məhsulu xırmana daşınır, nisbətən qurudulur, təmizlənir və 12-13% nəmlikdə 
anbar şəraitində saxlanılır.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin