Dənin yığımdan sonra işlənməsi və əmtəəlik taxıl partiyasının formalaşması. Döyüldükdən sonra qəbul edilmiş payızlıq buğdanın dəni nəmli qatışıqlar və alaq otlarının
toxumlarından təcili olaraq təmizlənməlidir. Hətta kombaynla yığım zamanı əlverişli meteoroloji
şəraitdə çox vaxt dən 20-25%-ə qədər, ancaq nəmişli dəyişkən havada isə 30-35% nəmliklə daxil
olur. Qalaqlarda dənin nəmliyi yaşıl və nəmişli qatışıqların hesabına arta bilər. Belə dənlərin hətta
qısa müddətdə saxlanması onun səpin və texnoloji keyfiyyətinin aşağı salır. Nəm dəndə
zərərvericilərin və xəstəlik törədicilərin inkişafı üçün əlverişli şərait yaranır, öz-özünə qızışma
gedir, ona görə də dənin qabaqcadan təmizlənməsi bir nömrəli məsələdir. Qalaqlardakı dənlər
qabaqcadan alaq otlarının toxumlarından və digər qatışıqlardın təmizlənir. Təmizləndikdən sonra
nəm toxumlar qurudulur və çeşidlənir. Dənin təmizlənməsi, qurudulması və çeşidlənməsi KZS-25Ş,
ZAV-25, ZAV-50 və s. toxumtəmizləyən-quruducu komplekslərdə həyata keçirilir. Dənin
qurudulması zamanı temperatur rejiminə riayət edilməsi zəruridir. Dənin nəmliyi 22% və artıq
olduqda onu quruducu kompleksdən bir neçə dəfə keçirirlər, hər dəfə dənin nəmliyi 4-6% aşağı
enir.
Kütləvi yığım zamanı işlənməyə daxil olmuş dənin miqdarı quruducu qurğunun dən buraxmaq
qabiliyyətini artırır. Xırmanda dənin müvəqqəti saxlanmasına (qurutmaya qədər) zərurət yaranır.
Xarab olmadan qaçmaq üçün onu bunkerə yerləşdirirlər, bu zaman dənin nəmliyi və temperaturu
nəzərə alınmaqla xırman meydançasında havalanma fəal olmalıdır.
Qurudulduqdan və çeşidləndikdən sonra dən hamar olmalı, alaq toxumları və digər
qatışıqlardan təmiz, onun nəmliyi 14-16%-i keçməməli və toxumluq dən kimi standarta cavab
verməlidir. Dənin əmtəəlik partiyasının formalaşması üçün 2-3 nəfərdən ibarət üç dəfə -
qabaqcadan, əsas və nəzarət yoxlaması aparmaq üçün ixtisaslaşmış kompleks briqada yaradılır.
Analiz məqsədi ilə dənin döyülməsinə (yığıma) 1-2 gün qalmış tarlada qabaqcadan nümunə
götürülür. Dənin keyfiyyəti barədə əsas qiymət taxıl qəbulu müəssisəsində analiz etmək üçün
konveyer (arasıkəsilməz) xəttində işləndikdən sonra nümunə (1-2 kq) götürülməlidir. Nəticəni taxıl
qəbulu müəssisəsi xəbər verir və dənin göndərilməsi qaydası barədə razılığa gəlirlər. Dənin
keyfiyyəti barədə nəzarət yoxlanışı taxıl qəbulu müəssisəsində həyata keçirilir. Nümunələr
maşından götürülür və onlar analiz edilir.