Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə117/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   113   114   115   116   117   118   119   120   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Torpağın becərilməsi.
Payızlıq çovdar payızlıq buğdaya nisbətən torpağın becərilməsinə 
daha çox tələbkardır, belə ki, çovdarın toxumu dayaz basdırılır. Payızlıq çovdarı məşğullu herik və 
təmiz herikdən sonra yerləşdirdikdə torpağın becərilməsi sistemi payızlıq buğda bitkisində olduğu 
kimidir. Qranulometrik tərkibi ağır olan torpaqlarda kifayət qədər nəmlik olan və payızlıq çovdarın 
səpininə qədər 20-30 gündən gec olmayaraq üzvi gübrə verilmiş 16-20 sm dərinliyində pərşum 
aparılması məqsədəuyğundur. Payızlıq çovdarı məşğullu herikdən sonra yerləşdirdikdə çovdarın 
səpininə 20-25 gün qalmış herik tarlasının bitkisi yığılmalıdır.
Sələflərdən asılı olaraq becərmə müxtəlif olur. Yonca altından çıxmış sahələr 6-8 sm 
dərinlikdə üzləndikdən sonra 25-27 sm dərinlikdə şum qaldırılır. Kartofdan sonra şum əvəzinə 
malalama ilə birlikdə 8-10 sm dərinliyində diskləmə aparılır. Səpindən əvvəl toxumun basdırılma 
dərinliyində səpinqabağı kultivasiya çəkilir. Torpağın səpin qabağı becərilməsi KPS-4, KŞU-12 
kultivatorlarla aparılır, daha keyfiyyətli becərmə isə kombinə edilmiş VK-3,6, AKP-3,6, RVK-5,6 
və VİP-5,6 aqreqatlarından istifadə etdikdə alınır.
Toxumun səpinə hazırlanması.
Səpin üçün 1-ci sinfə aid təmizliyi 97%, cücərmə qabiliyyəti 
isə 90%-dən çox olan toxumlar götürülür. Səpindən qabaq toxumlar hər tona 1,5-2,0 kq hesabı ilə 
raksil və pentatiuramla bərk sürmə, fuzarioz və helmintosporioz kök çürüməsi, bərk və gövdə 
sürməsi xəstəliklərinə qarşı PS-10 , «Mobitoks» maşınlarında dərmanlanır.
Səpin müddəti, üsulü və norması. 
Həm tez və həm də gecikmiş səpinlər məhsuldarlığı aşağı 
salır. Toxum elə müddətdə səpilməlidir ki, qışlamaya qədər bitki 3-4 gövdə əmələ gətirsin. Optimal 
səpin müddəti sentyabrın 20-dən oktyabrın 10-na qədər, orta sutkalıq temperatur 14-15 
0
C hesab 
olunur. Səpin bu temperaturda aparıldıqda İsveç və Hessen milçəkləri ilə zədələnmə kəskin azalır.
Covdar adi cərgəvi və darcərgəli üsulla SZ-3,6 və SZP-3,6 aqreqatlarla səpilir. Darcərgəli üsul daha 
əlverişlidir. Səpinin istiqaməti şimaldan cənuba doğru aparıldıqda cərgələr yaxşı işıqlanır və 
bitkilərin günorta saatlarında qızması təhlükəsiz olur. Əgər səpin üçün təzə yığılmış toxumlardan 
istifadə edilərsə onlar günəş altında 3-5 gün, yaxud dənqurudulanda 2-3 saat müddətində toxum 45 
0
C-yə qədər qızdırılır.
Səpin norması torpağın münbitliyi və nəmliyindən, tarlanın zibillənməsindən və istifadə 
olunan sortdan asılıdır. Onu elə yoluna qoymaq lazımdır ki, yığım müddətinə 1 m
2
-də 500-600 
məhsuldar gövdə olsun. Təxmini səpin norması hektara 4-5-6 milyon ədəd cücərmə qabiliyyətli 
toxum götürülür. Yaxşı becərilmiş və gübrələnmiş tarlalarda səpin norması bir hektara 0,5 mln. 
ədəd azaldılır. Səpin müddəti gecikərsə səpin normasını 8-10% artırmaq lazımdır. Payızlıq çovdar 
kifayət qədər nəmliyi olan ağır torpaqlarda 2-3 sm, yüngüldə 4-5, orta torpaqlarda 3-4 sm 
dərinliyində basdırılır. Quraq hava şəraitində və torpağın üst təbəqəsi quruduqda toxumun 
basdırılma dərinliyi 1-2 sm artırılır. Adətən xırda toxumlar iri toxumlara nisbətən dayaz basdırılır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin