Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə118/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   114   115   116   117   118   119   120   121   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Əkinlərə qulluq. 
Qulluq işləri malalama, tapanlama, əkinlərin herbisidlər və retordantlarla 
işlənilməsindən ibarətdir. Payızlıq çovdarı yumşaq torpağa səpən zaman nəmlik çatışmadıqda 
dərhal səpindən sonra ZKKŞ-6, KKŞ-6A, KKN-2,8 markalı halqalı tapanlarla torpaq tapdalanır, bu 
halda torpağın kipləşməsi və düzlənməsi təmin olunur, çıxışlar bir bərabərdə alınır və tarla 
cücərməsi yüksəlir. Səpindən sonra quraq keçən illərdə yaxşı çıxışların alınması və bitkinin yaxşı 
qışlaması üçün qranulometrik tərkibi yüngül olan torpaqlarda vərdənələmə müsbət nəticələr verir. 
Payızlıq çovdarın əkinləri qar kifinə, kök çürüməsinə, unlu şeh və digər xəstəliklərə qarşı 
hektara 1 kq 25%-li 
bayleton
yaxud hektara 0,5 litr 25%-li 
tilt 
preparatı ilə işlənilir. 
Payızlıq çovdar əkinlərində qulluq işlərindən malalama geniş yayılmışdır. Payızlıqların 
payızda inkişaf edib dəyişməsi və boy nöqtəsini şəffaflaşdırmaq üçün malalama xüsusən zəruridir. 
Torpaq fiziki yetişkənliyə çatan kimi malalama həyata keçirilir, bu zaman torpaq alətə yapışmır və 
yaxşı yumşaldılır. Erkən yazda yüngül torpaqlarda malalama BZSS-1 markalı dişli mala ilə, 


129 
qranulometrik tərkibi ağır olan torpaqlarda isə BZTS-1 markalı ağır malalarla iki iz cərgələrə 
köndələn aparılır. Yazda alaqlara qarşı hər hektara 0,6-1,0 kq 2,4-D amin duzu ( herbisid) çilənir. 
Məhsulun yığılması. 
Çovdarın dənləri eyni müddətdə yetişir. Tarlada çox qaldıqda tökülür. 
Qısa müddətdə birbaşa yığmaq lazımdır. Birbaşa yığım dəndə nəmlik 20%-ə qədər olduqda SK-5 
«Niva, «Don-1500», «Enisey-1200H» kombaynları ilə həyata keçirilir. 
Dənin tərkibində nəmlik 30-35% olduqda JVN-6H, JNS-6-12 markalı taxıl biçən maşınla 
biçilərək tirələrə sərilir, 3-5 gündən sonra dən və gövdə quruyan zaman döyülür. Hissə-hissə yığım 
birbaşa yığıma nisbətən 5-10 gün tez başlanır. Hissə-hissə yığım mum yetişkənlik fazasında həyata 
keçirilir.
Yığımın müddəti və üsulunu seçərkən çovdarın bioloji xüsusiyyətini nəzərə almaq zəruridir, 
bir bərabərdə yetişir və vaxtında biçilmədikdə güclü surətdə tökülür. Eyni zamanda nəmli və isti 
havada kökdə cücərmə gedə bilər. Ona görə də onu qısa müddətdə yığmaq zəruridir.
Təmizlənməsi, qurudulması və çeşidlənməsi əmtəəlik kondisiyasına çatdırmaq üçün dərhal 
həyata keçirilir. Biçinin arxasınca tarladan küləş yığılaraq çıxarılır, bu növbəti ilin məhsulu üçün 
torpağın becərilməsinə görə zəruridir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin