Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə119/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   115   116   117   118   119   120   121   122   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

14.2.8. Payızlıq arpa 
 
Əhəmiyyəti.
Payızlıq arpa əsasən, dənli yem və yarmalıq bitki kimi becərilir. Onun dənində 
zülalın miqdarı az (10-11%) olduğundan pivəbişirmə sənayesi üçün qiymətli xammaldır. 
Yayılması və məhsuldarlığı.
Payızlıq arpa qışı mülayim keçən ərazilərdə becərilir, belə ki, 
onun sortları payızlıq buğdaya nisbətən qışadavamlılığı əhəmiyyətli dərəcədə aşağıdır. Payızlıq arpa 
əsasən Rusiyada Şimali Qafqazda, Belarusda, Ukraynada, Orta Asiya respublikalarında və 
Azərbaycanda becərilir. Respublikamızda onun əkin sahəsi 243286 hektar, ümumi məhsul istehsalı 
621811 ton və hektardan orta məhsuldarlıq (2008 –ci il) 25,8 sentner olmuşdur.
Payızlıq arpa məhsuldarlığına görə yazlıq arpanı ötüb keçir. Rusiyanın Krasnodar diyarında 
payızlıq arpanın bir hektarından 4-5 ton dən məhsulu əldə edilir. Payızlıq arpanın daha yüksək 
məhsul verməsi, onun erkən yaz nəmliyindən yaxşı istifadə etməsidir. 
Bioloji xüsusiyyətləri. 
Payızlıq buğda və çovdara nisbətən payızlıq arpanın qışadavamlılığı 
və şaxtayadavamlılığı aşağıdır. Optimal becərmə şəraitində kollanma buğumu (düyünü) zonasında 
mənfi -14 
0
C temperatura dözür. Mənfi -12-15 
0
C şaxtaların davam etməsi, eləcə də erkən yazda 
temperaturun kəskin tərəddüd etməsi onlara məhvedici təsir göstərir. Payızlıq arpa müqayisəli 
dərəcədə quraqlığa davamlı bitkidir. Vegetasiya dövrü yazlıq arpaya nisbətən 12-16 gün, və 
payızlıq buğdaya nisbətən 6-10 gün qısadır.
Payızlıq arpanın torpağa münasibəti payızlıq buğda bitkisində olduğu kimidir. 
Azərbaycanda rayonlaşdırılmış sortları 
– payizlıq arpa:
 
Qarabağ – 7, Rosava, Seltik, 
Qarabağ – 21, Cəlilabad – 19, Qarabağ – 22, Baharlı. 
Becərilmə texnologiyası.
Payızlıq arpanın becərilmə texnologiyası ilə payızlıq buğdanın 
becərilmə texnologiyasında çoxlu ümumi oxşar cəhətlər var. Payızlıq arpa təmiz herik tarlasından 
sonra yerləşdirildikdə daha yüksək məhsul verir. Adətən istehsalat şəraitində onu yemlik bitki kimi 
qarğıdalıdan, dənli-paxlalılardan, payızlıq buğdadan, kartof və bostan bitkilərindən sonra tez-tez 
əkirlər. 
Bir ton dən və ona müvafiq olaraq küləşin formalaşması üçün payızlıq arpa torpaqdan 32-36 
kq azot, 11-12 kq fosfor və 20-24 kq kalium elementi aparır.
Payızlıq arpa üçün torpağın becərilməsi digər payızlıq bitkilərlə eynidir (oxşardır). Payızlıq 
arpa payızlıq buğda ilə müqayisədə kollanma enerjisi az və qışlaması daha zəifdir, ona görə o səpin 
müddətinə yüksək tələbat göstərir. Onu payızlıq buğdadan bir qədər gec səpirlər. Payızlıq arpanın 
səpin müddəti sentyabrın axırı, oktyabrın 10-a qədərdir. Səpin müddəti torpağın münbitliyindən, 
sələflərdən, torpağın nəmliyindən və istifadə olunan sortlardan asılı olaraq müəyyənləşdirilir.


130 
Payızlıq arpa adətən cərgəvi, darcərgəvi və çarpaz üsullarla səpilir. Toxumun optimal 
basdırılma dərinliyi yüngül və yumşaq torpaqlarda 4-6 sm, ağır torpaqlara nisbətən tez quruyan 
torpaqlarda isə 1-2 sm dərinə basdırılır.
Səpin norması iqlim və torpaq şəraitindən, toxumluq materialın keyfiyyətindən, səpin müddəti 
üsulundan, istifadə olunan sortlardan asılı olaraq müəyyənləşdirilir. Ən yaxşı səpin norması 
hektara 4,0-4,5 mln. ədəd cücərmə qabiliyyətli toxumdur. 
Səpin gecikdirildikdə, istifadə olunan toxumun məhsuldar kollanma enerjisi aşağı olduqda, 
dar cərgəli və çarpaz səpin üsullarında, eləcə də suvarma şəraitində səpin norması 10-15% elə 
hesablanaraq artırılır ki, məhsul yığımına yaxın 1m
2
-də 500-550 məhsuldar gövdə olsun. 
Payızlıq arpa təzə şumlanmış yumşaq torpağa səpildikdə səpindən dərhal sonra tarlanın 
halqalı yaxud mahmızlı tapanlarla tapdalanması zəruridir. Alaqlarla zibillənmiş əkinlər payızda 2,4-
D herbisidi ilə işlənilir.
Payızlıq arpa su basmaya pis reaksiya göstərir, ona görə də nəmlik çox olan bölgələrdə yaz 
sularının artıqlığını ötürmək üçün onu hündür ərazilərdə yerləşdirirlər. Quraq ərazilərdə becərilən 
arpa əkinlərində ərimiş qar suları, eləcə də suvarma sularının qarşısını almaq zəruridir. 
Yazda bitki inkişaf etdiyi dövrdə azot gübrəsi ilə erkən yemləmə həyata keçirilir. İkinci 
yemləmə öz vaxtında boruya çıxma fazasında verilir. Payızlıq arpa əkinlərinə növbəti qulluq işləri 
alaq otlarına qarşı mübarizədən ibarətdir. Zibillənmiş tarlalar yazda kollanma fazasında 2,4-D qrup 
herbisidləri yaxud dialenlə işlənilir.
Payızlıq arpa payızlıq buğda və payızlıq çovdardan tez olaraq bir bərabərdə yetişir. Yetişən 
zaman sünbüllər əyilir və kövrək olur, ona görə də daha çox dən itkisi mümkündür. Yığımı daha tez 
başa çatdırmaq üçün bir kombaynla yığım aparılması zəruridir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin