Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Toxumun səpinə hazırlanması



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə124/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   120   121   122   123   124   125   126   127   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Toxumun səpinə hazırlanması. 
Səpin üçün eyni ölçülü, təmizliyi 97%, cücərmə qabiliyyəti 
95% olan toxumlardan istifadə olunmalıdır. Bitkini heyvandarlıqda yem məqsədi üçün becərdikdə 
cücərmə qabiliyyəti 92% olan 2-ci sinif toxumlardan istifadə olunur. Toxum çatmadıqda cücərmə 
qabiliyyəti hətta 90% olan 3-cü sinif toxumlardan da istifadə etmək olar. Təzə yığılmış toxumlar 
səpinqabağı açıq havada qızdırılır. Bərk sürmə xəstəliyinə tutulmadığına və praktiki olaraq toz 
sürməyə qarşı davamlı olduğuna görə toxumların səpinqabağı dərmanlanmasına ehtiyac yoxdur.
Səpin müddəti, üsulu və norması. 
Optimal səpin müddəti payızlıq buğda üçün optimal 
hesab edilən müddətin 2-ci yarası və sonu hesab olunur. Bu isə təxminən oktyabrın 1-10 arasına 
təsədüf edir. Tritikalenin «Qismət» sortu sentyabrın axırında səpilir.
Ən yaxşı səpin üsulu darcərgəli və adi cərgəvi üsuldur.
Tritikale payızlıq buğdaya nisbətən yüksək norma ilə səpilir. Bölgədən və torpaq-iqlim 
şəraitindən asılı olaraq suvarılan yerlərdə hektara 3, 4, 5 mln, dəmyə yerlərdə isə 3, 5, 6 mln. ədəd 
cücərmə qabiliyyətli toxum səpilməlidir. Yem məqsədi üçün becərdikdə səpin norması artırılır. 
Toxumların basdırılma dərinliyi torpaq tipindən asılı olaraq 6-8 sm-ə qədər dəyişir.
Əkinlərə qulluq. 
Səpindən sonra sahə dərhal suvarılır. Yazda buğda bitkisinə nisbətən 
tritikale tez böyüməyə başlayır və buğdaya nisbətən 2 dəfə güclü kök sistemi (kütləsi) əmələ gətirir. 
Ona görə də buğda bitkisindən əvvəl gübrələnməsi məsləhət olunur. Tritikale əkinlərinə 
boruyaçıxma fazasında təsiredici maddə hesabı ilə hektara 30-40 kq azot gübrəsinin verilməsi 
məhsuldarlığa müsbət təsir göstərir. Kollanma fazasının sonunda və boruya çıxmanın əvvəlində 
TUR preparatının verilməsi (4 litr + 300 litr su/ha) bitkinin yatmasını azaldır. Alaq otlarına qarşı 
mübarizə tədbirləri buğda bitkisində olduğu kimidir.
Vegetasiya müddətində 3-4 dəfə suvarılır. Suvarmalar kollanma, boruyaçıxma, sünbülləmə və 
dənə dolma fazasında həyata keçirilir.
Gübrələrin forması və verilməsi üsulları payızlıq buğdada olduğu kimidir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin