Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə126/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   122   123   124   125   126   127   128   129   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bioloji xüsusiyyətləri
. Yazlıq buğda öz-özünə tozlanan uzun gün bitkisidir - payızlıq buğda 
kimi orqanogenezin (fərdi inkişafı) eyni fazalarını və mərhələlərini keçir. Cücərtilər alındıqdan 
sonra (I və II mərhələ) yazlıq buğda yavaş inkişaf edir və payızlıqlara nisbətən alaqlardan güclü 
əziyyət çəkir. Kök sistemi daha zəif inkişaf (xüsusən bərk buğdada) etməsi və mənimsəmə 
qabiliyyətinin zəif olması ilə xarakterizə olunur. Orta məhsuldar kollanma 1,2-2,0 arasında tərəddüd 
edir. Dənləri müqayisəli dərəcədə iridir, 1000 ədəd dənin kütləsi yumşaq buğdada 35-45 qram, bərk 
buğdada isə 40-45 qrama bərabərdir. 
Yazlıq buğda soyuğa davamlıdır, toxumları 1-2 
0
C temperaturda cücərmə qabiliyyətinə 
malikdirlər. Həyat qabiliyyətli cücərtilər 5-7 
0
C-də meydana gəlir. Çıxışların tez və yaxşı alınması 
üçün 15-18 
0
C optimal, 35-40 
0
C isə maksimal temperatur hesab olunur. Cücərtilər mənfi -8-10 
0

şaxtada məhv olur. Yumşaq yazlıq buğda bərk buğdaya nisbətən aşağı temperatura daha davamlıdır. 
Çiçəkləmə fazasında isə 1-2 
0
şaxta bitkiləri tam məhv edir. Bu halda sünbüllərin mayalanması 
normal getmir.
Yazlıq buğda xüsusən torpaqda nəmlik olduqda yüksək temperatura kifayət qədər davamlıdır. 
Dənin dolması və yetişmə dövründə havanın optimal temperaturu 22-25 
0
C-dir. 35-40 
0
C və quru 
küləklər bitkilər üçün əlverişsizdir və məhsulun aşağı enməsinə və keyfiyyətinin pisləşməsinə 
gətirib çıxarır. Vegetasiya döründə fəal temperaturun cəmi 1500-1750 
0
C-dir. 
Çıxışlar alındıqdan kollanmaya qədər 15-22 gündür, bu vaxt ilk köklər (rüşeym kökləri) 50-55 
sm dərinliyə işləyir. İkinci mənşəli (düyün) kökləri 3-4 yarpaq fazasında yalnız kollanma düyünü 
zonasında nəmlik olduqda əmələ gəlir (orqanogenezin III-IV mərhələsi). 
Şəraitdən asılı olaraq kollanmadan boruya çıxma fazasına qədər keçən müddət 11-25 gün 
çəkir, borulaşmadan sünbülləməyə qədər isə 15-20 gün. Bu dövrlərin davam etməsi havanın 
temperaturundan, torpağın nəmliyindən və qidalanma şəraitindən asılıdır. Yazlıq buğdanın 
vegetasiya müddəti sortdan, becərildiyi bölgədən və hava şəraitindən asılı olaraq 85-125 gün 
arasında tərəddüd edir. 
Yazlıq buğda nəmliyə tələbkardır. Tədqiqatlarla müəyyən edilmişdir ki, onun nəmliyə tələbi 
payızlıq arpa və darıyabənzər taxıllardan yüksəkdir. Yumşaq buğda toxumun cücərməsi üçün öz 
kütləsinin 50-60%-i, bərk buğdada isə ondan 6-7% artıq nəmlik tələb olunur, belə ki, onların 
tərkibində zülal daha çoxdur. Vegetasiya müddətində bu bitkinin hər hektarına 1600-2400 ton su 
sərf olunur. Bu suyun 5-7%-i cücərtilərin əmələ gəlməsində, 15-20%-i kollanma dövründə, 50-
60%-i boruya çıxmada, 20-30%-i sünbülləmədə, 3-5%-i süd və mum yetişmə fazalarında istifadə 
edilir. Bərk buğdanın kök sistemi zəif inkişaf edir, ona görə o torpaq quraqlığına tab gətirmir 
(dözmür), ancaq yumşaq buğdaya nisbətən hava quraqlığına daha yaxşı dözür.
Vegetasiya dövründə yazlıq buğdanın suya tələbatı eyni bərabərdə deyil. Nəmliyə 
münasibətinə görə böhran dövrü boruya çıxma - sünbülləmədir, yəni reproduktiv orqanların əmələ 
gəlməsi dövrüdür (IV-VII mərhələ). Bu dövrdə nəmlik çatışmadıqda boş sünbüllülük (barsız) artır, 
dənin dolması və iriliyinin formalaşması aşağı enir, bu da məhsuldarlığın əhəmiyyətli dərəcədə 
aşağı düşməsinə gətirib çıxarır. Torpağın bir metrlik qatında məhsuldar yaz ehtiyat nəmliyinin 100 
mm-dən az olması yazlıq buğdanın boy və inkişafı üçün əlverişsizdir, ancaq 60 mm-dən az olduqda 
hətta qənaətbəxş məhsul almaq mümkün deyil. Sonrakı bol çöküntülər vəziyyəti düzəldə bilmir, 
məhsul kəskin aşağı enir. 
Yazlıq buğdanın transpirasiya əmsalı bərk buğda sortlarında orta hesabla 400-450, yumşaq 
buğda sortlarında isə 450-500-ə bərabərdir. Bu bitki dənli taxıl bitkiləri içərisində vegetasiya 
müddəti qısa, ümumi kollanma dərəcəsi zəif olduğu üçün torpağın yaşayış faktorlarına daha 
tələbkardır. 
Yazlıq buğda digər dənli taxıl bitkiləri ilə müqayisədə torpağın qranulometrik tərkibinə və 
münbitliyinə daha çox tələbkardır, bu onunla izah olunur ki, onun kök sisteminin mənimsəmə 


135 
qabiliyyəti zəifdir. Ağır gilli və yüngül çimli torpaqlara gübrə verilmədikdə pis inkişaf edirlər.
Yazlıq buğda şorlaşma dərəcəsi yüksək olan və turş torpaqları sevmir. Vegetasiya 
müddətində torpaqda asan mənimsənilən qida maddələrinin kifayət dərəcədə olması bitkinin 
məhsuldarlığına müsbət təsir göstərir. Respublikamızın neytral reaksiyalı (pH = 6,0-7,5) şabalıdı və 
tünd şabalıdı torpaqları yazlıq buğda əkinləri üçün ən yaxşı torpaqlar hesab edilir. 
Bərk buğda yumşaq buğdaya nisbətən torpağın strukturuna və təmizliyinə, münbitliyə daha 
yüksək tələbat göstərir. Həyatının ilk dövrlərində bərk buğdanın kökləri dərinə tez işləyir, ancaq 
yumşaq buğdanın kökləri isə ətrafa (eninə) fəal yayılır. 
Kollanma düyünü yerləşən dərinlikdə nəmlik kifayət qədər olduqda rüşeym və buğum kökləri 
yaxşı inkişaf edir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin