Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Toxumun səpinə hazırlanması



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə129/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   125   126   127   128   129   130   131   132   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Toxumun səpinə hazırlanması. 
Yazlıq buğdadan yüksək məhsul əldə etmək üçün toxum 
materialının hazırlanmasına məsuliyyətlə yanaşmaq lazımdır. Səpiləcək toxum sorta uyğun irilikdə 
və tam dolğun olmalıdır. Toxumlar toxumtəmizləyən maşınlarda digər qarışıqlardan təmizlənməli 
və çeşidlənməlidir. Səpin üçün yalnız birinci və ikinci fraksiyalı toxumlar götürülməlidir. Toxum 
materialı səpinqabağı xəstəlik və zərərvericilərə qarşı qranozan, heksaxloran, raksil preparatları ilə 
dərmanlanmalıdır.
Cücərmə enerjisini artırma və çıxışları sürətləndirmək üçün toxumun isti havada günəş 
altında 3-4 gün qızdırılması da məsləhətdir. 
Toxumların səpinqabağı mikroelementlərlə və bakterial gübrələrlə işlənməsi bitkilərin 
inkişafına müsbət təsir göstərir. 
Səpin müddəti, üsulu və norması. 
Yazlıq buğdanın səpinini respublikamızın dağlıq 
rayonlarında fevralın axırı və martın əvvəllərindən gec olmayaraq başa çatdırmaq lazımdır. Əgər 
səpin gecikdirilərsə bitkinin inkişafı onun bioloji xüsusiyyətlərinə müvafiq olaraq getməz və bu da 
məhsulun miqdarına və keyfiyyətinə mənfi təsir göstərər. Aparılmış təcrübələrlə müəyyən 
edilmişdir ki, dağətəyi rayonlarda yazlıq buğdanın qışqabağı şaxtalar düşməmiş səpini yaxşı nəticə 
vrir. Belə səpin müddətində toxumlar yaxşı cücərti verir, bitkilər normal kollanır, nəticə etibarı ilə 
yaz səpininə nisbətən 4-5 gün tez yetişir. 
Yazlıq buğda adətən adi, dar cərgəvi, çarpaz və lent üsulu ilə səpilir. Bu səpin üsulları 
içərisində ən yaxşısı dar cərgəvi üsul hesab edilir. 
Belə ki, bu səpin üsulunda bitkinin kök sistemi yaxşı inkişaf edir. Sahənin alaqlanma dərəcəsi 
aşağı olur və nəticə etibarı ilə nisbətən yüksək məhsul alınır. 
Səpin norması buğdanın yaşayış faktorları ilə təmin olunma dərəcəsindən və bioloji 
xüsusiyyətlərindən asılı olaraq dəyişir. Qidalı maddələrlə təmin olunmuş və yüksək rütubətli 
şəraitdə səpin norması nisbətən yüksək götürülür. 
Yazlıq buğdanın səpin norması torpaq-iqlim şəraitindən sortun bioloji xüsusiyyətindən, yazda 
torpaqda olan səmərəli ehtiyat nəmlikdən, sələflərdən, səpin müddəti və üsulundan asılıdır. 
Səpin norması elə hesablanmalıdır ki, 1 m
2
-də kifayət qədər nəmliyi olan torpaqlarda yığım 
dövrünə 500-600, nəmlik çatışmadıqda 350-450 və quraq bölgələrdə 250-350 məhsuldar gövdələr 
qalmış olsun. 
Ümumiyyətlə səpin norması hektara 3,5 - 4 - 5 mln. ədəd və ya 180-220 kq cücərmə 
qabiliyyətli toxum götürülür. Toxumun basdırılma dərinliyi toxumun iriliyindən, torpağın 
nəmliyindən, qranulometrik tərkibindən və s. amillərdən asılıdır. Xırda toxumlar nisbətən dayaz, iri 
toxumlar isə dərin basdırılır. Torpağın üst qatında nəmlik az olduqda toxum nisbətən dərin 
səpilməlidir. Adətən, toxumun basdırılma dərinliyi 4-8 sm arasında dəyişir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin