Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə131/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   127   128   129   130   131   132   133   134   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

14.3.2. Yazlıq arpa 
 
Əhəmiyyəti. 
Arpa əhəmiyyətli dənli taxıl bitkisi olmaqla ərzaq, dənli yem, yarmalıq və 
texniki məqsədlər üçün becərilir. Onun dənindən arpa yarması (perlova) və un hazırlanır. Unundan 
ehtiyac olduqda 20-25% buğda ununa qatırlar. 
Dənin tərkibində 7-14% zülal, 5,5% sellüloza, 65% nişasta, 2,1% yağ, 1,3% su, 2,8% kül olur. 
Dənin 1 kq-ı 1,2 yem vahidinə bərabərdir. 
Arpa dəni bütün kənd təsərrüfatı heyvanları üçün konsentratlı yemdir. Pivə bişirmə və spirt 
çəkmə sənayesi üçün böyük əhəmiyyət kəsb edir. Küləşindən heyvanların yemləndirilməsində
yaxşı qaba yem kimi istifadə olunur. Arpa yaşıl yem üçün və paxlalı bitkilərlə quru ot qarışığı 
məqsədi ilə də becərilir. Yemlik dəyərinə görə ikicərgəli arpa daha üstündür. 
Arpa insanlara qədimdən. daş dövründən məlumdur. Bizim eradan 4-5 min il əvvəl yalnız 
ərzaq məqsədi üçün becərilirdi. Sonralar yem və daha sonralar isə pivə məqsədi üçün becərilməyə 
başlanıldı. Pivəlik arpanın pərdəliliyi 8-10% və cücərmə enerjisi 95% olmalıdır. Pivəlik məqsədi 
üçün ikicərgəli arpa becərilir. Pivəlik arpanın tərkibində zülal 7-9%, nişasta isə 78-82% olduqda 
daha əlverişlidir. 1000 ədəd toxumun kütləsi 40-45 q olmalıdır. 
Yayılması və məhsuldarlığı.
Arpanın bioloji xüsusiyyətləri onu müxtəlif iqlim şəraitində 
becərməyə imkan verir. Ona görə də bu bitki dünyada geniş yayılmışdır. Dünya miqyasında 
arpanın əkin sahəsi 100 mln hektara yaxındır. Ən çox əkin sahələri Kanadada (4-5 mln/ha), ABŞ-da 
(3-4 mln/ha), İspaniya, Fransa, İngiltərə və Mərakeşdədir. Əkin sahəsinə görə buğda, çəltik və 
qarğıdalıdan sonra arpa 4-cü yeri tutur.
Arpa bitkisi eyni zamanda Şimali Qafqazda, Belarusda, Ukraynada və Orta Asiya 
respublikalarında becərilir. 
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx, 
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin