Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə133/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   129   130   131   132   133   134   135   136   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Hordeum distichum L. 
- yarımnövü ikicərgəli arpadır, oxunun pilləsində üç sünbülcük 
əmələ gəlir. Ancaq onlardan ortada yerləşən inkişaf edərək dən verir, yan tərəfdəkilər az-çox 
dərəcədə zəifləyir (rudimentləşir) və dən əmələ gətirmir. Ona görə də ikicərgəli adlanır. İkicərgəli 
arpalar yan sünbülcüklərinin rudmentləşmə dərəcəsinə görə iki qrupa bölünür: 
Nutantia qrupu - 
nutantia R. Red.,
yan sünbülcüklər zəif rudimentləşdiyinə görə onların 
bütün pulcuqları (sünbülcük və çiçək pulcuqları), hətta bəzən erkəkciyin toz kisələri də inkişaf edir. 
Defisienta qrupu
– 
deficientia
R. Red.,
yan sünbülcüklər kəskin rudimentləşdiyi üçün yalnız 
sünbülcük pulcuğuqları əmələ gəlir. Çiçək pulcuqları və cinsi orqanları ya heç olmur, ya da nəzərə 
çarpmayacaq dərəcədə zəif olur. 
3. 
Hordeum intermedium Vav et orl.
- yarımnöv keçid arpalardır, sünbül oxunun pilləsində 
olan sünbülcüklərin inkişaf etmə dərəcəsindən asılı olaraq müxtəlif cərgəlilik alınır.
Sünbül oxunun hər pilləsində üç sünbülcük əmələ gəlir. Çiçək qrupu sünbüldür. Sünbülcüyü 
bir çiçəklidir. Çiçəyində 3 erkəkcik bir dişicik vardır. Sünbülcük pulcuqları xırda, ensiz-
lansetvaridir. Çiçək pulcuqları dənə yapışır. Xarici çiçək pulcuğunun nəhayətindən qılçıq çıxır.
Arpanın dəni enli, yanları yığcamdır. Vələmirdən fərqli olaraq arpanın dənmeyvəsi çiçək 
pulcuğu ilə bitişikdir. İkicərgəli arpanın pərdəliliyi 9-11%, çoxcərgəlininki isə 10-13%-dir. 
Çoxcərgəli arpanın dənləri iriliklərinə görə eyni deyildir, yan dənlər xırdadır və əsasından bir qədər 
əyilmiş kimidir. 
Arpanın hər bir yarımnövləri spesifik xarakterə malik olan morfoloji əlamətlərə görə 
növmüxtəlifliklərinə ayrılır: qılçıqlılıq (qılçıqlı, qılçıqsız), qılçığın xarakteri (dişli, hamar), sünbülün 
və dənmeyvənin rəngi (sarı yaxud qara), pərdəliliyi (pərdəli, çılpaq), sünbülün sıxlığı (sıx - sünbül 
oxunun 4 sm-də 15-18 üzvücük, seyrək - 7-14 üzvücük). 
Növmüxtəlifliklərin hamısına demək olar ki, Azərbaycanın bütün bölgələrində təsadüf edilir. 
Ancaq bütün bölgələrdə Pallidum növmüxtəlifliyi üstünlük təşkil edir.
Yayılmasına görə ikinci yeri Nutans növmüxtəlifliyi tutur. Bu növmüxtəlifliyin sortları 
Pallidum növmüxtəlifliyinin sortlarına nisbətən az sahəyə malik olmaqla respublikamızın dağlıq və 
dağətəyi rayonlarda yazlıq kimi becərilir. Yayılmasına görə üçüncü yeri qara sünbüllü bozumtul-
sarı rəngli qılçıqları olan niqropallidum növmüxtəlifliyi tutur. Buna daha çox aran ərazilərdə 
Pallidum növmüxtəlifliyi sortlarının qarışığı kimi təsadüf edilir. Pərdəli arpaların qalan formalarına 
taxıl əkinlərində çox nadir hallarda təsadüf edilir. Çılpaq dənli arpalar başqa ölkələrdən gətirilmədir. 
Bu növmüxtəlifliklərdən əlavə maraq təşkil edən tanınmış, pərli arpadır – 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin