140
zədələyir. Çiçəkləmə dövründə temperaturun 34-36
o
C-yə çatması əlverişli sayılır. Arpa buğda və
vələmirə nisbətən yüksək temperatura daha davamlıdır. Havanın 38-40
0
C temperaturunda arpa
yarpaqlarının ağızcıqları örtülmək (qapanmaq) qabiliyyətini 25-30 saatdan, yazlıq buğda 10-17
saatdan, vələmir 4-5 saatdan sonra itirirlər. Arpanın tez yetişən sortlarının tam inkişafı üçün faydalı
temperatur cəmi 1000-1500
0
C, gecyetişənlər üçün isə 1800-2000
0
C tələb olunur.
Yazlıq arpa uzun gün bitkisidir. Yarovizasiya mərhələsini nisbətən qısa müddətdə keçirir.
Toxum cücərərkən 5-8 rüşeym kökcüyü əmələ gətirir.
Arpa müxtəlif torpaq-iqlim bölgələrində becərilir. Ancaq onlar üçün neytral reaksiyası (pH
= 6,5-7,5) strukturlu münbit torpaqlar daha yaxşı hesab olunur. Bu münasibətinə görə o vələmirə
nisbətən yazlıq buğdaya yaxındır. Torpaq və qida maddələrinə tələbkardır. İnkişafının əvvəllərində
fosfor elementinə daha çox ehtiyac göstərir. Fosfor və kaliumla təmin edildikdə bitkilər qışa daha
çox davamlı olurlar.
Dostları ilə paylaş: