Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə137/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   133   134   135   136   137   138   139   140   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Məhsulun yığılması. 
Arpanın məhsulu bir bərabərdə yetişir, tam yetişmə başladıqda 
sünbüllər əyilir və kövrək olurlar. Yığımın gecikdirilməsi böyük miqdarda məhsul itkisinə gətirib 
çıxarır. Mum yetişmə fazasının sonunda dənin tərkibində nəmlik 20% olduqda məhsul bir başa 
kombaynla yığılır. Hissə-hissə yığıma 3-5 gün tez başlanılır. Bu zaman dənin tərkibində nəmlik 35-
38% olur. Yığım 5-7 gün müddətində başa çatdırılmalıdır. 
 
14.3.3. Vələmir 
 
Əhəmiyyəti. 
Vələmir qiymətli ərzaq və yem bitkisidir. Onun dəni heyvandarlıq və quşçuluq 
üçün əvəzsiz qüvvəli yemdir. Vələmirin dənindən yarma, peçenye, kofe, (yulaf unu, qerkules) və s. 
hazırlanır. Bu ərzaqların tərkibində orqanizmdə asan həzm olunan zülal, yağ, nişasta və vitaminlər 
olduğundan pəhriz və uşaq yeməkləri üçün böyük əhəmiyyətə malikdir. Vələmirin dəni B
1
və B
2
vitaminləri, dəmir birləşmələri, kalsium və fosforla zəngindir. Dənin tərkibində 12-13% zülal, 40-
45% nişasta, 4,5% yağ vardır. Eyni zamanda 11-12% sellüloza, 3,5% kül, 14% su olur. 
Çörəkbişirmə sənayesində vələmir unu buğda yaxud çovdar ununa qatılır. Pərdəli vələmirə nisbətən
çılpaq dənli vələmirin tərkibində ərzaq münasibətinə görə daha çox zülal, nişasta və yağın 
əhəmiyyətli dərəcədə olması böyük əhəmiyyət kəsb edir. 100 kq dən 99,8 yem vahidinə bərabərdir. 
Vələmirin küləşi digər taxılların küləşinə nisbətən heyvanlar üçün qiymətli sayılır. Küləşin 
tərkibində 6,9% zülal, 40,7% azotsuz ekstraktiv maddələr, 1,8% yağ, 27,8% sellüloza, 6,8% kül, 
16% su olub, 100 kq-nın tərkibində 31 yem vahidi vardır. 
Yayılması və məhsuldarlığı.
Vələmirin becərilməsinə buğda və arpadan sonra 
başlanılmışdır. P. M. Jukovski bu bitkinin bizim eradan əvvəl IV əsrdə Yunanıstanda becərildiyini 
göstərmişdir. Avropaya bizim eradan 1500-1700 il əvvəl məlumdur. Bu bitkinin Rusiya ərazisində 
becərilməsinə VII əsrdə başlanılmışdır. 
Fransanın cənubundan Norveçə (69
0
şimal en dairəsinə) qədər Avropa ölkələrində bu bitki 
daha çox becərilir. Eləcədə Kanada və ABŞ-da çox əkilir.
Dünya miqyasında vələmirin əkin sahəsi 13 mln. hektara yaxındır (orta məhsuldarlıq 20,2 
sen/ha.). Rusiya Federasiyasında əkin sahəsi 3,72 mln. hektar arasında tərəddüd edir. Məhsuldarlığı 
Hollandiya, Belçika və Danimarkada hektardan 28-40 sentnerə çatır. Azərbaycanda əkin sahəsi 
nisbətən azdır, məhsuldarlığı isə orta hesabla hektardan 18 sentnerdir. Becərilmə texnologiyasına 
düzgün əməl edildikdə hektardan 4 tona qədər və daha çox dən məhsulu götürmək mümkündür.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin