Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Azərbaycanda rayonlaşmış sortları



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə140/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   136   137   138   139   140   141   142   143   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Azərbaycanda rayonlaşmış sortları:
Azərbaycan – 60.
Növbəli əkində yeri.
Zərərvericilərin çox yayılmaması üçün vələmiri eyni tarlada iki il 
dalbadal əkmək tövsiyə olunmur. Adətən vələmir digər taxıllardan sonra növbəli əkinin axırıncı 
tarlasına yerləşdirilir. Kök çürüməsinə qarşı yüksək davamlılığına görə sanitar bitki rolunu oynayır. 
Vələmiri cərgəarası becərilən bitkilər və dənli paxlalılardan sonra növbələndirmək daha əlverişlidir. 
Azot elementinə tələbkar olduğundan dənli-paxlalı bitkilərdən, xüsusən noxuddan sonra 
növbələnməsi daha səmərəlidir. Vələmir bitkisi nəmliyə çox tələbat göstərən və alaqlanmaya 
dözməyəndir. Çox quraq keçən rayonlarda herik tarlasından sonra da becərmək mümkündür. Şəkər 
çuğundurundan sonra vələmiri növbələndirmək məsləhət görülmür. Ona görə ki, hər iki bitkinin 
zərərvericiləri eynidir. (
Bunlar çuğundur birəsi, yarpaq və kök mənənəsi, yarpaqyeyən tırtıllar, 
çəmən kəpənəyi, məftil qurdları, minalı çibinlər və s.-dir
). 
Torpağın becərilməsi.
Torpağın becərilməsi sistemi digər dənli taxıl bitkilərində olduğu 
kimidir. Vələmir becəriləcək tarlaların əsas və səpinqabağı becərilmə üsulları torpaq-iqlim 
şəraitindən və digər səbəblərdən asılı olaraq müəyyənləşdirilir. Əgər sələf bitkiləri payızlıq 
taxıllardırsa məhsul yığıldıqdan sonra kövşənlik üzlənir və 25-27 sm dərinliyində şum qaldırılır. 


144 
Səpindən 10-15 gün qabaq qranulometrik tərkibi ağır olan torpaqlarda arat aparılır. Səpindən əvvəl 
10-12 sm dərinliyində yumşaltmaq məqsədi ilə kultivasiya çəkilməsi də tövsiyə olunur. Səpin 
qabağı becərmədə toxum səpilən dərinlikdə torpağa kultivasiya çəkilir və sonra sahə malalanır. 
Cərgəarası becərmədən sonra torpaq birbaşa şum edilir, hektara 10-15 ton yarımçürümüş peyin və 
1-2 sentner superfosfat verilir.
Gübrələnməsi. 
Vələmir yaxşı inkişaf etmiş kök sisteminin sayəsində sələf bitkisindən sonra 
saxlanmış, torpaq münbitliyi və qida maddələrindən səmərəli istifadə edir. Xüsusən məhsuldarlığa 
və dənin keyfiyyətinə sələf bitkisi altına verilmiş üzvi gübrələr güclü təsir edir. Bir ton dənin 
formalaşması üçün torpaqdan 27-31 kq azot, 10-12 kq fosfor və 22-29 kq kalium aparır. Vələmir 
üzvi və mineral gübrələrin verilməsinə tələbkardır. Peyinin sonrakı təsiri də məhsuldarlığın 
yüksəlməsində özünü göstərir. Mineral gübrələrin tam normada verilməsinə çox həssasdır. Xüsusən 
azot gübrəsini sevir. Fosfor və kalium gübrələri əsas şum altına, azotun 50-60%-i səpinqabağı 
kultivasiya altına, qalan hissəsi isə kollanmanın sonu və boruya çıxmanın başlanğıcında yemləmə 
şəklində verilir. Hektara N
60
P
60
K
50
kq gübrə normalarının verilməsi torpaq tipindən asılı olaraq 
yaxşı nəticə verir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin