Səpin müddəti, üsulu, norması və toxumun basdırılma dərinliyi. Qarğıdalını erkən
müddətdə soyuq torpağa səpmək toxumların cücərmə qabiliyyətini azaldır. Bu dövrdə aşağı
temperaturda cücərən alaq otlarının toxumları cücərərək sahələri örtürlər. Səpin, şəraitdən asılı
olaraq müxtəlif vaxtlarda aparılmalıdır. Torpaqda orta gündəlik temperatur 10–12
0
C
olduqda səpin
aparılır. Münbit, gübrələnmiş, alaqlardan təmiz sahələrdə əkin qatında 8-10
0
C temperatur olduqda
da səpin aparmaq olar. Qranulometrik tərkibi yüngül olan torpaqlarda səpin ağır torpaqlara nisbətən
tez aparılır. Yay əkinləri payızlıq taxıllar yığıldıqdan sonra iyun və iyul aylarında aparılır. Dən və
silos məhsulu üçün qarğıdalını gencərgəli 60-70 sm və yaxud punktir üsulla səpirlər. Punktir səpin
üsulunda cərgə araları 70 sm, bitkilər arası isə 15-40 sm götürülür. Punktir səpin üsulu SUPN-8,
SUPİ-6 və SPÇ-6M markalı səpən maşınlarla aparılır. Qarğıdalını paxlalı bitkilərlə də qarışıq
becərmək mümkündür. Bu vaxt hər yuvaya 2-3 qarğıdalı, 3-4 paxlalı bitki toxumu salınır. Punktir
səpinlərdə hər iki bitkinin toxumları bərabər nisbətdə qatışdırılıb səpilir. Dəmyə şəraitdə zolaq
üsulu ilə də səpilir, 2-4 və 6 cərgə səpin aparılaraq 210 sm enində zolaq saxlanılır.
Səpin norması torpaq-iqlim şəraitindən, toxumun iriliyi və səpin sxemindən asılı olaraq
aparılır. Yağıntının miqdarı 300-400 mm olduqda 20-25 min, 400-500 mm olduqda 30-40 min və
suvarılan zonalarda hektara 40-60 min bitki yerləşdirilir. Yaşıl kütlə üçün bitki sıxlığı hektarda 80-
120 min olmalıdır.
Toxum məqsədi üçün səpin norması hektara 10-25 kq, silos və yaşıl yem üçün isə 30-100 kq-
a qədər götürülə bilər. Toxumlar qranulometrik tərkibi ağır olan torpaqlarda 5-6 sm, yüngül
torpaqlarda 8-10 sm, dəmyə yerlərdə isə 10-12 sm dərinliyə basdırılır.
Normal və sağlam cücərtilər almaq üçün eyni ölçülü, 1000 ədəd dənin kütləsi çox olan,
laboratoriya cücərmə qabiliyyəti 96 %-dən çox, birinci sinfin tələblərinə cavab verən 1-ci nəsil (F
1
)
toxumlar səpilməlidir. Toxumun təmizliyi 99 %, nəmliyi 14 % olmalıdır. Səpin norması aşağıdakı
düsturla hesablanır:
100
=
Y M S N N - 1 hektara səpin norması, kq-la.
S – işıqlanma sahəsinə tələbini nəzərə almaqla həmin sortun səpilməsindən ötrü təklif edilən toxumların miqdarı
milyon ədədlə.