165
(40
0
C) və quraqlığa daha çox davamlı bitki kimi tanınır. Transpirasiya əmsalı orta hesabla 200-ə
bərabərdir. Çiçəkləmə üçün minimal temperatur 14-15
0
C, yetişmə 10-12
0
C, vegetasiya
müddətində isə effektli temperaturun cəmi 2250-2500
0
C-dir. Sorqo işıqsevən qısa gün bitkisidir.
Toxumun cücərməsi üçün öz kütləsinin 40%-i qədər nəmlik qəbul etməlidir. Bütün ikinci
qrup dənli taxıl bitkiləri kimi sorqo başlanğıcda tədricən inkişaf edir və tarlanın zibillənməsindən
güclü əziyyət çəkir. Orta müddətdə yetişən sorqonun cücərtiləri (çıxışlar) səpindən 10-15 gün sonra
əmələ gəlir, ancaq kollanma isə 25-30 gündən sonra başlayır. Boruya çıxma fazası 40-50 gün
keçdikdən sonra, lakin süpürgələmə çıxışlardan 55-65 gün sonra qeydə alınır. Çiçəkləmə
süpürgələmədən 5-6 gün sonra başlayır. Bitkinin vegetasiya dövrü yetişmə müddətləri müxtəlif olan
sortlarda 90-145 gün arasında dəyişir. Quraqlığa davamlı olmasına baxmayaraq sorqo bitkisi
suvarmaya yaxşı reaksiya göstərir. İsti və rütubətli şəraitdə ildə 2-3 biçim verir ki, bu da
heyvandarlığın yem bazasının möhkəmləndirilməsində böyük rol oynayır.
Qarğıdalı bitkisinə nisbətən torpağa az tələbkardır. Onu yüngül qumlu, gilli və nisbətən
şoranlaşmış torpaqlarda da becərmək mümkündür. Bu bitkinin çatışmayan cəhəti yaşıl halda
gövdəsində, yarpaqlarında az miqdarda sianid (sinil) turşusunun olmasıdır. Gövdələşmə fazasında
hər kq-da 100-226 mq, süpürgələmədə 60-90 mq dənin süd-mum yetişmə fazasında isə cəmi 2 mq
sianid turşusu olur. Yaşıl kütləsi soluxdurulduqda və qurudulduqda tərkibində sianid (sinil) turşusu
azalır. Quru otunda sianid turşusu yox dərəcəsindədir.
Dostları ilə paylaş: