167
Orqanizm tərəfindən asan həzm olunur. Darı quşlar, heyvanlar üçün yaxşı yemdir. Dənin tərkibində
nişastanın çox olması onun pivə və spirt istehsalında istifadə edilməsinə imkan verir. Darı dənindən
ev quşlarının yemləndirilməsində də istifadə edilir. Küləşi iribuynuzlu mal-qara üçün yaxşı yemdir,
belə ki, darı küləşi yemlik dəyərinə görə çəmən otlarından geri qalmır, hər 100 kq-ı 51 yem
vahidinə bərabərdir.
Darı yarması (
pşeno
) yüksək qidalılıq və yaxşı dad keyfiyyətinə görə fərqlənir (Cədvəl 40).
Respublikamızın torpaq-iqlim şəraiti darının yaz səpini məhsulunu yığdıqdan sonra həmin
sahəyə təkrarən darı toxumu səpib yaşıl yem kimi istifadə etməyə imkan verir. Deməli, darı eyni
sahədə iki məhsul vermə qabiliyyətinə malikdir. Əgər payızlıq taxıllar qış dövründə hər hansı bir
səbəbdən məhv olarsa həmin sahəyə yazda darı səpib istifadə etmək olar. Bununla əlaqədar olaraq
darı ən yaxşı təkrar və sığorta bitkisi hesab olunur.
Gədvəl 40
Darının və digər növ yarmaların kimyəvi tərkibinin müqayisəli xarakteristikası və
onların bişməsi
Yarmalar
Miqdarı, %-lə
Bişməsi,
dəqiqə
zülal
yağ
nişasta
şəkər
sellüloza
Darı
12
3,5
81
0,15
1,04
25
Düyü
6
0,5
88
0,5
0,3
40
Arpa
9,6
1,2
85
0,5
1,25
90
Qarabaşaq
10
3
82
0,3
2
35
Vələmir
16
6
72
0,25
2,87
25
Qarğıdalı
12,5
0,6
86
0,25
0,25
45
Manna
12,7
0,0
84
0,96
0,25
15
Arpa yarması
11
1,5
82
0,45
2
60
Dostları ilə paylaş: