Botaniki təsviri. Qarabaşaq
(Polygonum fagopurum) Qarabaşaqkimilər
ailəsinin
(Polygoaceae) nümayəndəsidir. Ən
vacibi mədəni qarabaşaq
(F.esculentum Moenh) iki yarımnövə ayrılır.
1.
Adi
(Ssp. vulgare Stol) ən çox
mədəni yayılandır.
2.
Çoxyarpaqlı
(Ssp. multifolium Stol) hündürboylu,
yaxşı
yarpaqlanandır.
3.
Tatar qarabaşağı
(F.tatarikum (L.) Garth). Yabanı bitən birillik əkinləri
zibilləyən bitkidir.
Mil kök sistemi torpağın 1 m dərinliyinə
işləyir. Əsas kök kütləsi 30 sm-lik qatda olur.
Qarabaşağın kökü vələmirin kökünə nisbətən
2-10 dəfə azdır, məhsuldarlığın aşağı
olmasının səbəblərindən biri də budur. Lakin
kök sistemi torpaqdan fosfat turşusunun çətin
mənimsənilən birləşmələrini mənimsəmək
qabiliyyətinə malikdir. Bu onunla əlaqədardır
ki, qarabaşağın kökü sintez etdiyi sirkə,
qarışqa, limon və quzuqulağı turşuları çətin
həll olunan maddələri əritmək qabiliyyətinə
malikdir.
Gövdəsi 50-120 sm, bəzən daha çox
200-250 sm-ə çatır. Gövdəsi budaqlanandır (10-12 ədəd).
Gövdə 3 hissəyə bölünür: a) aşağı gövdə budağı verən, b) orta-budaqlanma zonası, birinci
budaqlar (bəzən 2-ci, 3-cü budaqlanma, yaxud budaqlanma olmur), çiçək gövdənin təpəsində olur,
v) yuxarı-barvermən zona generativ orqanların daşıyıcısı.
Yarpaqları saplaqlı, yuxarıya qalxdıqca oturaq, oxşəkilli, ürəkşəkilli-üçbucaqlıdırlar.
Çiçəyi 2 cinslidir, ətirlidir, həşəratları cəlbedəndir. Yaxşı inkişaf etmiş bitkilərdə 500-1500-
2000 çiçək olur. Dimorfdur. Bir çiçəkdə qısa saplaqlı uzun tozçuqlu, digərində isə tozcuq 2 dəfə
uzundur. Qarabaşaq əkinlərində çiçəkləri uzun sütuncuqlu və qısa sütuncuqlu bitkilərin miqdarı
təxminən eyni olur.
Bir sıra çiçəklərində dişiciyin sütuncuğu uzun, erkəkciklərin saplağı qısa, digərlərində əksinə
olur. Buna qarabaşağın çiçəyinin dimorfizmi deyilir. Çiçəklərin çarpaz tozlanması legitim (qanuni)
və illegitim (qeyri-qanuni) gedir.
Legitim tozlanmada uzun sütuncuqlu dişiciyin yumurtalığı uzun saplaqlı erkəkciyin
tozcuqları ilə, qısa sütuncuqlu dişiciyin yumurtalığı qısa saplaqlı erkəkciyin tozcuğu ilə tozlanır.
Mayalanma meyvə əmələ gətirmə və həyat qabiliyyətinə görə legitim tozlanma həmişə üstünlük
təşkil edir. Toxum məhsulu 2 dəfə artıq olur. Qarabaşaq çarpaz tozlayan bitkidir. Meyvəsi üçüzlü
qozcuqdur, boz şabalıdı, yaxud qara rənglidir. Toxumun mütləq kütləsi 18-32 q, pərdəliliyi 15-30%,
yarma çıxımı 65-78%-dir. Rüşeymin kütləsi dənin kütləsinin 10%-ni təşkil edir. Toxumu
ikiləpəlidir.
Şəkil 15.
Qarabaşaq:
1,2 – bitki cücərti və
çiçəkləmə fazasında; 3 – çiçəkləyən cavan budaq;
4 – çiçəyi; 5 – meyvəcik; 6 – meyvəsi; 7 – dəni.