Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə196/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   192   193   194   195   196   197   198   199   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bioloji xüsusiyyətləri. 
Noxud tez yetişən dənli-paxlalı bitkidir. Becərilmə şəraiti və sortdan 
asılı olaraq vegetasiya müddəti 70-140 gün arasında dəyişir. Öz-özünü tozlayan bitkidir. Çıxışdan 
8-10 gün sonra köklərində fır bakteriyaları əmələ gəlməyə başlayır.
Noxud istiliyə orta tələbkar bitkidir. Toxumların cücərməsi üçün 1-2 
0
C temperatur lazımdır. 
Cücərtilər –7-8 
0
C şaxtalara dözür. Normal böyüməsi və inkişafı üçün ən yaxşı temperatur 15-20 
0
C-dir. Toxumların cücərməsi üçün öz kütləsinin 100-120%-i qədər su tələb edir. Ən mühüm bioloji 
xüsusiyyəti inkişaf fazalarını sürətlə başa çatdırması və qısa müddətdə çiçəkləməyə keçməsidir. 
Cücərtidən 25-35 gün sonra çiçəkləmə başlayır. Çiçəkləmə 30-40 gün davam edir. 
Azərbaycanda rayonlaşdırılmış sortları:
AzNİXİ – 1528.
Növbəli əkində yeri. 
Göy noxud üçün ən yaxşı sələf payızlıq taxıllar və cərgəarası becərilən 
bitkilərdir. 
 
Gübrələnməsi. 
Noxud fosfor və kalium gübrələrinə çox ehtiyac göstərən bitkidir. Əsas şum 
altına 2-3 sentner superfosfat və 1 sentner kalium gübrəsinin verilməsi müsbət nəticələr verir. Səpin 
zamanı cərgələrdə 15-20 kq P
2
O
5
verilməsi çox əlverişlidir. Münbitliyi az olan torpaqlarda əkinlərə
mikroelementlərin verilməsi məqsədə uyğun hesab olunur.
Torpağın becərilməsi. 
Arpa və taxıldan sonra (buğda) noxud əkiləcəksə kövşənlik 5-7 sm 
dərinlikdə üzlənməli və suvarılmalıdır. Alaq toxumları kütləvi cücərdikdə ön kotancıqlı kotanla 25-
27 sm dərinlikdə şum edilməli dərhal malalanmalıdır. Yazda səpildikdə yenə də kövşənlik 
üzlənməli dondurma şumu qaldırılmalıdır. Qışda arat keçirilməli və yazda sahə malalanmalıdır. 
Sahəyə kultivasiya çəkilməlidir.
Toxumun səpinə hazırlanması, səpin müddəti, üsulu və norması. 
Toxumluq material yaxşı 
təmizlənməli çeşidlənməlidir. Toxumlar duz məhlulunda ağırlıqlarına görə seçilməli və səpin üçün 
təmizliyi 98-99%, cücərməsi 95-97% olan 1-2-ci sinif toxumlar götürülməlidir.
Toxum səpindən qabaq dərmanlanmalı, bor preparatı və rizotorfinlə (nitraginlə) işlənilməlidir. 
Hər ton toxuma 3-4 kq 50%-li fundazol, 1-2 kq 70%-li taciqran işlənilməlidir. Toxum «Mobitoks», 
PS-10, PSŞ-5 maşınlarında dərmanlanır. Dərmanlama səpinə 20-30 gün qalmış başa çatmalıdır.
Səpin aparılan gün toxumlar mikrogübrələr və rizotorfinlə (nitraginlə) işlənilməlidir.
Payızda sentyabrın axırı, oktyabrın əvvəllərində, yazda isə fevralın axırı, martın əvvəllərində 
səpin aparılmalıdır.
Noxud üçün ən yaxşı səpin üsulu cərgəarası 15 sm olan adi cərgəvi üsuldur. Gencərgəli və 
lent üsulu ilə də səpmək mümkündür. 
Adi cərgəvi səpində hektara 120-300 kq, yaxud 1,0-1,5 milyon ədəd cücərə bilən toxum 
səpilməlidir. Toxumların normal basdırılma dərinliyi 6-8 sm, qumsal torpaqlarda isə 10 sm-ə
qədərdir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin