Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə198/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   194   195   196   197   198   199   200   201   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 
16.2. Nut 
 
 Əhəmiyyəti. 
Nut ərzaq və yem bitkisi kimi becərilir. Toxumunda çoxlu zülal və 4,5% yağ 
vardır. Onu bişirilmiş halda yeyirlər və kofe hazırlayırlar. 
Ərzaq məqsədi üçün ağ toxumlu nut becərilir. Tünd rəngliləri 
isə heyvandarlıqda yem məqsədilə becərilir. Nutun gövdə və 
yarpaqlarında çoxlu miqdarda quzuqulağı və alma turşusu 
olduğundan nə yaşıl kütləsi, nə də gövdəsi (
quru halda
) yem 
kimi istifadə olunmur, qoyunlar müstəsna olmaqla. 
Tarixi.
Nut ən qədim tarixə malik olan bitkidir. Bizim 
eradan xeyli əvvəl Hindistanda, Yunanıstanda və Qədim 
Romada becərilib.
Nut VI-VII əsrlərdə Cənub-Qərbi Asiyadan və Aralıq 
dənizi 
sahillərindəki 
ölkələrdən 
Zaqafqaziyaya 
və 
Azərbaycana gətirilərək becərilməyə başlanılmışdır.
Yayılması və məhsuldarlığı. 
Dənli-paxlalı bitkilərin 
əkin sahəsinə görə nut 3-cü yeri tutur. Dünya sistemində onun 
əkin sahəsi 12 milyon hektara yaxındır ki, onun da 8 milyon 
hektarı Hindistanın payına düşür.
Nut İranda, Türkiyədə, Çində, Fransada, İraqda, 
Mərakeşdə çox əkilir. Orta Asiya respublikaları, Zaqafqaziya, 
Ukrayna, Rusiyanın Mərkəzi-qaratorpaq zonası, Qərbi Sibir 
və s. nut becərilir. Onun məhsuldarlığı hər hektardan 30-40 
sentnerə çatır.
Ondan Şərq ölkələrində bir çox xörəklər hazırlanır. 
Xəstəlik və zərərvericilərdən az zərər çəkir.
Botaniki təsviri. 
Nut paxlalılar (
Fabaceae
) fəsiləsinin 
Cicer
cinsinə aiddir. Nutun becərilən mədəni növü 
cicer 
arietinium
adlanır (27 növü var). Birillik bitkidir. Hündürlüyü 60 sm-ə çatır. Gövdəsi düz, yerə 
yatmayan olub qabırğalıdır. Yarpaqları mürəkkəb, təklələkvaridir. Çiçəkləri tək-tək yerləşir. Çiçəyi 
qırmızı-bənövşəyi, sarımtıl-yaşıl, açıq-çəhrayı və mavi rənglidir. Respublikamızda ağ, çəhrayı və 
mavi rəngli çiçəyi olan formalar üstünlük təşkil edir. Meyvəsi paxladır. Paxlada 1-2 ədəd, bəzən 
artıq dən olur.
Şəkil 17. Nut: 
budağın yuxarı 
hissəsi, meyvələri və toxumları. 


188 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin