198
tökülməyə başlayır, fır bakteriyalarının bioloji azotu təsbit etmə fəaliyyəti dayanır. Bu bitkinin
cücərtiləri şaxtaya davamsızdır.
Viqna atmosfer quraqlığına yaxşı dözür, lakin torpaq quraqlığına davamsızdır. Ona görə də
quru subtropiklərdə mümkün qədər suvarmaq lazımdır. Toxum cücərməsi üçün öz kütləsinin 100-
120 %-i qədər nəmlik qəbul etməlidir. Bitkinin nəmliyə tələbatı çiçəkləmə və paxlaların
formalaşması dövründə daha çoxdur.
Viqna qısa gün bitkisidir. Günün uzunluğu bitkinin vegetasiya dövrünün uzanmasına, boyuna,
yarpaqların əmələ gəlməsinə və bitkinin məhsuldarlığına təsir edir.
Bitki torpaq münbitliyinə çox tələbat göstərmir. Viqna qumsal və gilli torpaqlarda yaxşı
inkişaf edir və yüksək turşuluğa yaxşı dözür. Tropik rayonlarda onu qırmızı, sarı və s. torpaqlarda
becərirlər.
Vegetasiya müddətində sortun bioloji xüsusiyyətlərindən asılı olaraq 80-120 və hətta 200 gün
ərzində bitkidə 40 ədəddən 300-ə qədər çisək əmələ gəlməsinə baxmayaraq 60 %-i, bəzi hallarda 80
%-i tökülür.
Dostları ilə paylaş: