201
Ensizyarpq və Sarı lüpinin səpin norması hektara 1,2-1,4 mln. ədəd cücərmə qabiliyyətli
toxum, ağ lüpin isə 0,5-0,8 mln. ədəd götürülür.
Çıxışdan əvvəl və çıxışdan sonra lüpin əkinlərini
malalamaq məsləhət görülmür, beə ki,
kövrək cücərtilər mala ilə güclü zədələnirlər.
Lüpinin paxlası və toxumu bir bərabərdə yetişmir. Yetişmiş toxumların tökülməməsi üçün
paxlaların 70-80 %-i qonurlaşanda iki mərhələli yığıma başlanılır, bu vaxt toxum bərkiyir. Nəmlik
çox olduqda biçilmiş lüpini yaxşı qurutmaq lazımdır ki, açılmış paxlalardan toxum tökülərək itkiyə
yol verilməsin.
Paxlalar eyni bərabərdə yetişmədikdə və ya soyuq havada yetişmə gecikərsə yığımdan əvvəl
yarpaqları qurutmaq lazımdır. Bunun üçün bitki defoliantlarla çilənir.
Belə qurutma yetişməni
sürətləndirir. Toxumların bir bərabərdə quruması yığımı və toxumun aşağı rütubətdə saxlanılmasını
yaxşılaşdırır.
Dostları ilə paylaş: