208
qarışdırılaraq 300
litr su ilə sahəyə çilənməli, sonra şum qaldırılmalıdır.
Dondurma şumu.
Şum 28-30 sm dərinlikdə edilir. Şum qatı
kifayət qədər dərin olmayan
torpaqlarda torpaq dərinləşdirici tətbiq edilir. Üzləmədən sonra dondurma şumu ön kotancıqlı
kotanla oktyabr ayında gələcək səpinin eninə edilməlidir. Dondurma şumundan əvvəl torpağa üzvi-
mineral gübrələr verilir.
Yaz becərməsi.
Rütubəti saxlamaq üçün fevral ayında tarlada şumun eninə malalama aparılır.
Malalamadan sonra 10-14 sm dərinlikdə kultivasiya edilir. Əgər payız-qış aylarında
tarla
suvarılmayıbsa səpinqabağı suvarma aparılır.
Çünki, ağır torpaqlarda
səpsuvar keçirilməsi qaysaq
əmələ gətirir və cücərtilər bunun altından çıxa
bilmirlər
. Aratdan
sonra torpaq yetişən kimi
səpinqabağı kultivasiya aparılır və mala çəkilir. Kultivasiyanın altına alaqlarla mübarizə məqsədilə
müvafiq herbisidlərin biri verilir.
Səpinqabağı hazırlıq bilavasitə çuğundur səpininə 3-4 gün qalmış aparılır. Səpinqabağı
becərmədən əvvəl arat keçirmək lazımdır. Aratdan sonra torpaq yetişən kimi səpinqabağı
kultivasiya və malalama keçirilir.
Səpinqabağı kultivasiya
şumun istiqamətində, toxumların
basdırılacağı dərinlikdə (3-4 sm) aparılır.
Cərgəarası becərilən bitkilərdən sonra şəkər çuğunduru yerləşdiriləcək
tarlalarda sələf
bitkisinin məhsulu yığılan kimi sahə ön kotancıqlı kotanla şumlanır və payız-qış dövründə müvafiq
becərmələr aparılır.
Dostları ilə paylaş: