214
Kökümeyvəni qazıb çıxarmaq üçün kartofqazan, eləcə də kartof çıxaran kombayndan istifadə
etmək olar. Yığım zamanı kartof qazandan istifadə edildikdə kökümeyvə əl ilə yığılır, lakin kartof
yığan kombayn kökümeyvəni yığır və nəqliyyat vasitəsinə yükləyir. Saxlanılma yerlərinə daşınan
kökümeyvələr yenidən seçilir və kəsilmiş və əzilmişləri çıxdaş edilir. Saxlama yerlərində solmamış
və mexaniki zədələnməmiş yalnız sağlam kökümeyvələr tığlara yığılır. Belə ki, tez xarab
olduqlarına görə şaxta vurmuş kökümeyvələrin uzun müddət saxlama yerlərində tığlara yığılması
yolverilməzdir.
Saxlama yerlərində tığın hündürlüyünün 2, eninin 3 və uzunluğunun 30 metrə qədər olması
tövsiyə edilir. Tığın bünövrəsi 20-50 sm, üzəri 10-30 sm torpaq qatı ilə, sonra isə 20-50 sm küləş
təbəqəsi ilə örtülür. Şaxtalar düşdükdə tığın üzəri bütünlüklə 10-15 sm torpaq qatı ilə örtülür. Əgər
tığın üzəri dərhal küləşlə örtülərsə, onda buxarlanan nəmliyin hesabına islanmış
küləşə toxunan
kökümeyvə təbəqəsi tez çürüyür. Torpağın (süxur) qışda donması nəzərə alınmaqla torpaq və küləş
qatının qalınlığı nəzərə alınır.
Dostları ilə paylaş: