Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə236/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   232   233   234   235   236   237   238   239   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

17.2.3. Şalğam və turneps 
 
Şalğam və turneps soyuğadavamlı yüksək məhsuldar bitkidir, digər kökümeyvələrə nisbətən 
torpaq münbitliyinə az tələbkardır. Bunun sayəsində onlar əkinçiliklə məşğul olan ən şimal 
ərazilərdə belə yayılmışdır.
Botaniki quruluşu.
Şalğam (
Brassica napus 
L., ssp. 
rapifera 
Metzger) və turneps (
Brassica 
rapa 
L., ssp. 
rapifera 
Metzger) – kələmkimilər (
Brassicaceae
) fəsiləsinin çarpaz tozlayan bitkisidi. 
Sübut olunmuşdur ki, şalğamın mənşəyi Avropadır və yalnız mədəni becərilən bitkidir. O, 
yarpaq kələmi və turnepsin sərbəst çarpazlaşması nəticəsində xromosom sayının ikiqat artması yolu 
ilə yaranmışdır. Turnepsin mənşəyi Avropada yayılmış yabanı şalğamdır (turp). Şalğam və turneps 
mədəni bitki kimi kartofa nisbətən olduqca əvvəl məlumdur.
Şalğam və turnepsin toxumları cücərən zaman ehtiyat maddələr cücərti tərəfindən istifadə 
olunduqdan sonra enli, yaşıl ləpə yarpaqları torpaq səthinə çıxarır. Bu fazada bitkilər çətin 
fərqlənirlər. Ləpələrin arasındakı tumurcuq inkişaf edərək birinci həqiqi yarpağı əmələ gətirir. 


216 
Həqiqi yarpaqları sadə, zəif və güclü dilimlənəndir. Şalğamın yarpaqlarının səthi hamar, seyrək 
tüklü mum təbəqəsi ilə örtülmüş, turnepsin əksər sortlarında isə müxtəlif dərəcədə kənarları xətlidir.
Həyatının ikinci ili kökümeyvənin başcığındakı tumurcuqlardan çiçək daşıyan budaqlar əmələ 
gəlir. Şalğamın hamaşçiçəyi qotaz, turnepsinki isə qındır. Çiçəkləri sarı rəngli dördləçəkli 
süpürgədir, altı erkəkcik və bir dişiciklidir, meyvəsi inkişaf etmiş çoxyuvalıdır. Meyvələri şarşəkilli, 
xırda, qara yaxud darçını rəngli, 1000 ədədinin kütləsi 2,5-3,0 qramdır. 
Kökümeyvə başlıca olaraq ləpəaltı dizciyin və qismən kökün hesabına əmələ gəlir. 
Kökümeyvənin forması sortdan asılıdır: şalğamda daha çox oval, yastı, yaxud uzunsov-dəyirmi
turnepsdə isə dəyirmi, uzunsov-konus formalıdır. Kökümeyvənin yuxarı hissəsi yaşıl, bənövşəyi
lakin aşağı hissəsi meyvə lətindən asılı olaraq ağ yaxud sarı ola bilər.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin