231
Əkin materialları birinci sinif, qara ayaq, həlqəvi çürümə və gövdə nematodu ilə yoluxmamalıdır.
Belə əkin materiallarını, yəni yüksək məhsul vermək potensiallına malik olan toxumları təsərrüfatın
daxilində təşkil etmək olar.
Yumruların əkinə hazırlanması əsasən sortlaşdırma, çeşidləmə, havalandırıb qızdırmaq,
cücərtmək, dərmanlamaq, makro və mikroelementlərlə işləmək, boy tənzimləyicilərlə (nizamlayıcı)
işləmək və s.- dən ibarətdir.
Yumruların sortlaşdırılması çeşidləmə məntəqələrində aparılır.
50-80 qr. kütləsi olan yumrulardan əkin materialı kimi istifadə olunması bioloji və iqtisadi
cəhətdən daha çox məqsədə uyğun sayılır.
Yumruların əkinə hazırlanması üsulları çoxdur. Bunlar yumruların
bölünməsi, gözlərin
üstündən kəsik açma, qızdırma,
quru cücərtmə, yumruların gübrələrlə işlənməsi, onların bakterial
gübrələrlə işlənməsi və s.- dir.
Yumruları əkinə qədər 10 - 12 kq-lıq yaşiklərdə 2-3 qat yığaraq 0+2
0
C-də seçilmədən və
köçürmədən saxlayırlar: Bu halda yumrular cücərmir.
Məhsulun tez alınması üçün yuxarıda qeyd olunan üsullarla yumrular əkinə hazırlanır. Habelə
boy maddələri, qamma-şüalanma və ultrasəslə də işləyirlər.
Yumruların bölünməsi çox vaxt və zəhmət tələb etdiyi üçün məhdud halda tətbiq edilir, yalnız
100 qramdan iri yumrular kəsilir. Kəsilən yerdə adventiv
tumurcuqlar əmələ gəlir ki, bunlar da
gözcüklər kimi cücərti verirlər.
Yumruların səthində gözlərdən yuxarı 10 mm dərinlikdə kəsik açılması tumurcuqların daha
tez oyanmasına və məhsuldarlığın xeyli artmasına səbəb olur.
Yumrular bölünərkən və üzərində kəsiklər açarkən bıçaqlar müntəzəm sürətdə formalin
məhlulu ilə (1:200-də duruldulmuş) dezinfeksiya edilməlidir.
Yumruların səpinə hazırlanması üçün ən çox yayılmış üsul yumruları havada qızdırmaqdır.
Yumruları açıq meydançalarda (16-20
0
C-də və 60-70% nisbi rütubətdə) 7-10 sutka qızdırırlar. Bü
müddətdə amilaza fermentinin fəallığı artır ki, bu da nişastanı şəkərə
çevirməklə gözcüklərin
qidalanmasını sürətləndirir, gözcüklərin tümürcüqları inkişaf edirlər və çıxışlar 4-5 gün tez alınır.
Bu üsulla hektardan 20-50 sentner artıq məhsul götürmək mümkündür. Şəraitdən asılı olaraq
cücərdilib əkilmiş sahələrdə hektardan 30-80 sentnerə qədər əlavə məhsul götürmək mümkündür.
Səpinqabağı yumruları işıqda cücərtmə erkən əkinlər üçün daha səmərəlidir. Bu üsülla əkdikdə
yumruların tərkibində 0,5-0,7% nişasta artır.
Daha tez məhsul almaq üçün yumruları quru halda cücərdirlər. Günəş şüaları altında, ya da
40-50 Vt/m
2
gücündə elektrik işığı verməklə işıqda 12-15
0
C-də, 70-80% nisbi rütubətdə yumrular
cücərdilir. Cücərtmə 15-25 gün davam edir. Bu müddətdən 0,5-1,5
sm uzunluqda yoğun və
möhkəm cücərtilər əmələ gəlir, köklərə başlanğıc verən təpəciklər törəyir. Bəzən noxud irilikdə
yaxşı yumrular əmələ gəlir. Bunlar uzana bilməmiş stolonlardır. Cücərdilmiş yumrular əkindən 7-
10
gün sonra, cücərdilməmiş yumrular 15-20 gündən sonra cücərti verir.
Adətən saxlayıcılarda kartof yumruları 2-5
0
C temperaturda saxlanılır. Yumruları şoka
salmamaq üçün 15-20 gün müddətində temperaturu tədricən 1
0
C artıraraq 15-20
0
C-ə çatdırırıq.
Sonrakı 15 gündə də cücərtmə davam etdirilir, cəmi 30 gün müddətinə yumrular cücərdilir.
Cücərtilərin uzunluğu 3-5 mm olarsa normal hesab olunur.
Hektara əkin norması planlaşdırılan məhsuldarlıqdan asılıdır. Suvarılan aran rayonlarında
hektardan 30-40 ton məhsul götürülür. Bu halda hektara 2-3 ton yumru əkilir (50-80 qramlıq
yumrulardan 41 min ədəd). Münbit qara torpaqlarda suvarılan şəraitdə 50-60 t/ha məhsul alınır. Bu
halda əkin materialından istifadə etdikdə çalışmaq lazımdır ki, hektarda normal sayda gövdə olsun.
Hektarda gövdələrin sayı yumrunun iriliyi və qida sahəsindən asılıdır. Ən yaxşısı odur ki, hər
hektarda 200-230 min gövdə olmasını təmin edək. Əkin norması bilavasitə yumrunun iriliyi və əkin
sxemindən asılıdır. Hektara 4-5 t yumru əkilir (80-100 qramlıq).
Məhsuldarlıq hektarda olan gövdə sayından çox asılıdır. Ona görə də müxtəlif irilikdə əkin
materialından istifadə etdikdə çalışmaq lazımdır ki, hektarda normal sayda gövdə olsun. Gövdələrin
sayı yumruların iriliyi və qida sahəsindən asılıdır. Hektarda 200-230 min gövdə olması
optimal