Məhsulun yığılması. Məhsul tam yetişmə dövründə yığılır. Yetişmiş yumruların sıx,
möhkəm epidermis qatı olur. Onlar qurumuş stolonlardan asanlıqla ayrılır. Adətən yığıma 5-7 gün,
toxumluq sahələrdə isə 10-12 gün qalmış yerüstü kütlə biçilir. Bu iş KİR –1.5 rotasiya aqreqatı ilə
yerinə yetirilir. Toxumluq sahələrdə yerüstü kütləni maqnezium-xloratın 60%-li məhlulu ilə
çiləyirlər. Faraş kartof kütləvi çiçəkləmə fazasında hissə-hissə qazılıb realizə olunur. Azərbaycanda
bu, polietilen altında becərildikdə aprelin 20-25-dən, örtüksüz becərildikdə mayın 10-20-dən
yığılmağa başlanılır. Yaz-yay dövründə istifadə etmək üçün hissə-hissə qazılır. Lakin, bitkinin
yerüstü kütləsi (bəlim) quruduqda kartof kütləvi surətdə yetişir və birdən yığıla bilər. Birdəfəlik
yığmaq üçün əvvəlcə bəlim biçilir (UBD-3 A ilə). Sonra KTN-2B kartofqazanı ilə qazıb yığırlar, ya
da KKU-2 «Drujba» kombaynı ilə birbaşa yığırlar. Kombayn yumruları torpaqdan, bəlimdən və
digər qatışıqlardan təmizləyir və bunkerə yığır. Yığılmış yumrular sərilərək qurudulur və iriliklərinə
görə çeşidlənir (50 q, 50-80 q, 80 q-dan iri). Çeşidləndikdən sonra yumrular xüsusi anbarlarda
saxlanılır. Yumruların tərkibində nəmlik 75% olduğundan tez xarab olur. Bunun üçün də saxlama
müddətində optimal temperatur, nəmlik və hava qarışığı olmalıdır. Yumruları yükləyən və
boşaldan zaman fikir vermək lazımdır ki, düşmə məsafəsi 30 sm-dən artıq olmasın. Yumruları bir
yerdən başqa yerə daşımaq üçün yaxşı olar ki, yeşiklərdən, səbətlərdən və kisələrdən istifadə
olunsun. Saxlamaq üçün yumrular anbarlarda 2,5-4,0 metr hündürlüyündə yığılır. Yumrular yaxşı
havalanma gedən anbarlarda saxlanılır.
Yumrular anbarlarda yığıldıqdan sonra 3-4 həftə 15-16
0
C temperaturda saxlanılır. Əgər
yumrularda zədə yoxdursa temperaturu 18
0
C-yə çatdırmaq olar. Nisbi rütubət 90-95% olmaqla
müalicə müddəti 8-10 günə başa çatır. Soyutma (temperaturun aşağı endirilməsi) dövrü (2-ci dövr)
20-40 gün davam edir. Temperatur tədricən 2-4
0
C-yə enir. Anbarlarda yumruların əsas saxlanması
2-4
0
C-yə və havanın nisbi rütubəti 85-95%-ə bərabər olmalıdır. Faraş kartof orta hesabla
hektardan 20-35 ton məhsul verir.