246
Səpin zamanı cərgənin yan tərəflərinə 5-10 kq azot, 10-15 kq fosfor verdikdə bitkilər ilk
inkişaf fazalarında qida elementləri ilə yaxşı təmin olunmuş hesab edilir. Cərgə aralarında becərmə
işləri başlayarkən birinci kultivasiyada yemləmə gübrəsi kimi hektara 30 kq azot və 30 kq fosfor
cərgələrdən 12-14 sm aralı, 10-12 sm dərinliyə verilməlidir. Qalan gübrə normaları ikinci və üçüncü
yemləmələrdə verilir. Məhsuldarlığı artırmaq üçün manqan sulfat mikrogübrəsi əsas şum altına
hektara 1-2 kq normada verilir. Eyni zamanda bakterial gübrə fosforobakterinin verilməsi də
müsbət nəticə verir.
Gübrələrin tətbiqi təkcə mineral elementlərlə bitkilərin qidalanmasını yox, həm də torpaq
nəmliyindən məhsuldar istifadə olunmasını təmin edir və günəbaxanın ağ və qonur çürümə
xəstəliyinə qarşı davamlılığını artırır.
Dostları ilə paylaş: