Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Azərbaycanda rayonlaşdırılmış sortları



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə284/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   280   281   282   283   284   285   286   287   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Azərbaycanda rayonlaşdırılmış sortları: 
Tismenitskiy 
Becərilməsi.
Raps üçün qara herik və məşğullu herik, 
yaşıl yem üçün becərilən birillik otlar, silosluq və dənli 
bitkilər yaxşı sələfdirlər. Raps bitkisini öz tarlasına (əvvəlki 
yerinə) 4 ildən tez qaytarmaq və xardaldan sonra 
növbələndirmək məsləhət görülmür. Onu çuğundur növbəli 
əkin tarlasında yerləşdirmək olmaz, ona görə ki, bu halda 
nematodlar çoxalır. Raps özü payızlıq və yazlıq taxıllar üçün gözəl sələfdir. 
Şəkil 36. Payızlıq raps 


254 
Belə ki, raps üçün kəltənsiz, çala-çuxursuz səthi hamar torpaqlar lazımdır, çünki toxumları 
çox xırdadır. Torpaq payızlıq taxıllarda olduğu kimi hazırlanır. Torpağın becərilməsi üzləmədən, 
əsas şumdan və səpin qabağı becərmədən ibarətdir. Səpinqabağı becərmənin dərinliyi 4-5 sm-dir. 
Raps yüksək toxum və yaşıl kütlə məhsulunu yalnız münbit torpaqlarda verir. Bir ton toxum 
yaratmaq üçün raps 50-60 kq azot. 35-36 kq fosfor, 40-60 kq kalium, 40-70 kq kalsium, 14-22 kq 
maqnezium və 40 kq kükürd tələb edir. 
Səpin adi cərgəvi üsulla, bəzən gencərgəli cərgəarası 30 və 45 sm olmaqla aparılır. Hektara 
12-15 kq gencərgəli üsulda isə 6-8 kq toxum (1,1-1,5 mln. ədəd cücərmə qabiliyyətli) sərf edilir. Ən 
yaxşı bitki sıxlığı payızda 1m
2
-ə 80-120 bitki, yazda isə 60-100 bitkidir. Səpin müddəti payızlıq 
taxıllardın 2-3 həftə tezdir. Toxumun basdırılma dərinliyi 2-3 sm-dir. Səpindən sonra tarla 
tapanlanır. 4-6 yarpaq fazasında orta dişli malalarla aqreqatın hərəkət sürəti saatda 4-5 km olmaqla 
payız malası aparılır. Gencərgəli əkinlərdə birinci kultivasiya bitkinin səthinə torpaq tökülməməsi 
üçün iki cüt yarpaq fazasında aparılır. İkinci kultivasiyanı azca dibdoldurmaqla cərgələr 
qovuşduqda başa çatdırmaq lazımdır. Gencərgəli əkinlərdə yaz vegetasiyası dövründə yemləmə 
gübrəsindən sonra cərgələrin köndələninə dişli malalarla malalama aparılır.
Əkinləri xaççiçəklər birəsindən mühafizə üçün toxumlar səpinqabağı 1 tona 5-6 kq hesabı ilə 
80%-li TMTD ilə işlənilir. Birələrə qarşı hektara 0,5 litr 50%-li 
aktellik
preparatı ilə çiləmə aparılır. 
Raps mişarçılarına, raps çiçəkyeyənlərinə, mənənələrə və digər həşəratlara qarşı əkinlər çiçəkləmə 
fazasına qədər hektara 0,6-0,8 litr 50%-li karbofosla, yaxud 0.3 litr 20%-li sumisiddinlə işlənilir. 
Alaq otlarına qarşı 25%-li treflan herbisidi hektara 3 litr hesabı ilə səpinqabağı kultivasiya altına 
verilir. Çicəkləmə dövründə tarlanı dərmanlamaq olmaz, ona görə ki, bal arıları məhv ola bilər. 
Rapsın meyvələrinin yetişməsi tədrici olduğundan qını asan partlayır və toxum itkisinə yol verilir. 
Yığımı bir başa tam yetişmə dövründə taxıl yığan kombaynla aparmaq olar. İsti havalarda toxumun 
nəmliyi 30-40% olduqda yığım hissə - hissə aparılır, bu zaman paxlalar saralır və içərisindəki 
toxumlar qonur və qara rəng alır. Toxum təmizlənir və nəmliyi 7%-ə çatdırıldıqdan sonra anbara 
yığılır. 
Yaşıl kütlə üçün raps bitkisini erkən 
yazda səpirlər. Çıxış alınandan 50-60 gün 
sonra bitkinin boyu 50-60 sm-ə çatır və 
birinci biçin aparılır. İkinci biçin birincidən 
45-50 gün sonra yer səthindən 10-12 sm 
hündürlüyündə yerinə yetirilir. Birinci 
biçindən sonra 50-60 kq təsiredici maddə 
hesabı ilə azotla yemləmə aparılır.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   280   281   282   283   284   285   286   287   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin