Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə287/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   283   284   285   286   287   288   289   290   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Becərilmə texnologiyası.
Xardal üçün payızlıq taxıllar, dənli-paxlalılar və başdan-başa 
becərilən bitkilər daha yaxşı sələfdirlər. Eyni zərərvericilər (torpaq birəsi) daşıdıqları üçün xardali 
kələmkimilər ailəsinin yağlı bitkilərindən sonra növbələndirmək olmaz. 
Bir ton məhsul yaratmaq üçün xardal payızlıq buğdadan təxminən iki dəfə çox qida maddələri 
tələb edir: azot 72 kq, fosfor 28 kq, kalium isə 54 kq. Ona görə də gübrə verilməsinə yaxşı reaksiya 
göstərir. 
Torpağın becərilməsi erkən dənli taxıl bitkilərində olduğu kimidir. 
Səpin üçün toxumlar 97% təmiz və 90% cücərmə qabiliyyətinə malik olmalıdırlar. Səpindən 
əvvəl toxumlar tona 5-6 kq hesabı ilə 80%-li TMTD, yaxud heksaxloranın qamma izomeri ilə tona 
3 kq hesabında səpindən bir ay əvvəl işlənilir. 
Səpin müddəti erkən səpilən dənli taxıl bitkiləri ilə eynidir. Səpin üsulu daha geniş yayılan adi 
cərgəvi səpindir. Alaqlarla zibillənmiş tarlalarda gencərgəli, cərgəarası 45-70 sm olan səpinlər yaxşı 
nəticə verir.
Səpin norması göy xardal üçün adi cərgəvi səpində hektara 9-12 kq, ağ xardalda 15-18 kq 
gencərgəli səpində müvafiq olaraq 6-8 kq və 10-12 kq (2-3 mln. cücərmə qabiliyyətli), toxum 
səpilir. Toxumun basdırılma dərinliyi 3-4 sm-dir.
Əkinlərə qulluq dedikdə cücərtilər göründükdə yüngül malalarla malalamanın aparılması, 
gencərgəli əkinlərdə cərgə aralarının becərilməsi və zərərvericilərə qarşı mübarizə tədbiridir. 
Mum yetişkənlik fazasında bitki saralmağa başlayarkən, qının içərisindəki toxumlar sorta 
münasib rəng alır, bu dövrdə göy xardalda hissə-hissə (iki mərhələdə) məhsulun yığılmasına 
başlanılır. Məhsul itkisinə və dənin xırdalanmasına yol verməmək məqsədilə biçilmiş kütlə PKK-5 
tərtibatlı «Niva» kombaynı ilə döyülür.
Demək olar ki, ağ xardalın qınları açılmır (çatlamır), ona görə də yaxşı olar ki, yığım birbaşa 
kombaynla tam yetişmə dövründə aparılsın. 
Xardal toxumlarını saxlamaq üçün tərkibində nəmlik 10%-dən artıq olmamalıdır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   283   284   285   286   287   288   289   290   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin