258
21.1.9. Yağçiçəyi
Əhəmiyyəti.
Yağçiçəyinin (kürəncə) toxumunda 40-46% yağ vardır. Bu yağdan əsasən
texniki məqsədlər üçün lak-boyaq və sabunbişirmə sənayesində istifadə olunur. Yağçiçəyi yağının
dad keyfiyyəti elə də yüksək deyildir. Ərzaq məqsədilə yalnız təzə yağdan istifadə etmək olar.
Saxlama zamanı o tez acıyır.
Yağçiçəyinin cecəsi konsentratlı yemdir. Hər sentnerində 115 yem vahidi vardır. Heyvanları
onunla az miqdarda yemləmək olar. Ona görə ki, tərkibində çoxlu miqdarda qlükozid olduğundan
istifadəsi təhlükəlidir.
Yağçiçəyi əsasən Rusiya ərazisində (Qərbi və Şərqi Sibirdə, Başqırdıstanda və s.) yazlıq bitki
kimi becərilir.
Dostları ilə paylaş: