32
Gencərgəli əkinlərdə bitki altına fosfor-kalium gübrələri vegetasiyanın birinci yarısında cərgə
aralarına kultivatorla 8-12 sm dərinliyə verilir. Başdan-başa səpilən bitkilərdə bu cür yemləmə
mümkün deyil. Artıq göstərildiyi kimi fosfor gübrəsini səthə səpələnməsi son dərəcə səmərəsizdir.
Payızlıq dənli bitkilər və çoxillik taxıl otlarını becərən zaman mineral azotla yemləmə
gübrəsinin aparılması geniş istifadə olunur. Yemləmənin vəzifəsi boy atmaya yaz startı verməkdir.
Böyümənin əvvəlində payızlıqlar və çoxillik otlar azotun kəskin çatışmamasını hiss edir, nə qədər
ki, hələ isinməmiş torpaqda mikrobioloji fəaliyyət sıxıntı ilə keçir, ancaq azotun mineral forması,
xüsusən mütəhərrik nitrat qar suyu ilə yuyulub aparılır. Qar suyunun üfüqi və şaquli axması
qurtardıqdan sonra, torpağın üst qatının nəmliyi 100% TRT-dən aşaığı, kapillyar nəmliyin
qırılmasından yuxarı (daha yüksək) olduqda bu bitkilər azotlu gübrələrlə yemləndirilir. Belə
torpaqlara düşən azotlu gübrələr tez həll olur və kapillyarlar vasitəsi ilə kök yayılan qata keçir.
Əlavə olaraq yuyulma və qazşəkilli itki minimum olacaq, lakin azotla yemləmə aparılmasının
səmərəsi maksimum olacaq. Əgər azotlu gübrə qabaqca verilərsə, onların bir hissəsi açıq
sututarlara, lakin bir hissəsi isə qrunt sularına yuyulacaq.
Dəndə zülal və kleykovinanın (öz) miqdarını artırmaq üçün dənə dolma və formalaşma
dövründə əkinlərdə kökdən kənar sidik cövhəri ilə yemləmə aparılır. Dən məhsuldarlığı bu
yemləmədən yüksəlmir, lakin zülalın miqdarı 1-2% arta bilir.
Çoxillik taxıl otlarını birinci biçindən sonra ikinci biçinin daha sürətlə formalaşması və
böyüməsi (uzanma) üçün mineral azotla yemləndirirlər. Qılçıqsız tonqalotu vegetasiya müddətində
üç biçin verə bilir, bu halda azotla ikinci yemləmə biçindən sonra vaxtında aparılmalıdır. İki
yemləmə zamanı çoxillik otlar vegetasiya müddətində yaz yemləməsində tam normanın 60%-ni,
ikincidə isə 40%-ni istifadə edir. Əkinlərin üç çalımı istifadəsi zamanı qılçıqsız tonqalotu suvarma
şəraitində vegetasiya ərzində azot gübrəsinin norması yazda 45%, birinci biçindən sonra 35 və
ikinci biçindən sonra 20% tətbiq edilir. Axırıncı biçindən sonra azotla yemləmə aparılmır, çünki
onlar otun qışa davamlılığını zəiflədə bilər.
Suvarılan ərazilərdə biçindən dərhal sonra gübrə verilərək suvarma aparılır. Yalnız torpağın
əkin qatını kifayət qədər islatmaq üçün (torpağın qranulometrik tərkibindən asılı olaraq) suvarma
normasını müəyyən etmək çox vacibdir. Su bol olduqda azot gübrəsi bu qatdan kənara (aşağı
qatlara) yuyulub gedəcək.
Torpaqda bor və molibdenin miqdarı aşağı olan zaman bu mikroelementlərlə çoxillik paxlalı
otlarda kökdən kənar yemləmə aparılır. Borat turşusunun norması hektara 6 kq (hektara 1 kq bor) və
ammonium molibdenatın norması hektara 200 qram 200 litr suda həll edilərək bitkinin hündürlüyü
25-30 sm olan zaman qönçələmə fazasından gec olmayaraq əkinlərdə çiləmə aparılır.
Dostları ilə paylaş: